MÖVZU 8. ƏTRAF MÜHİTİN PİSLƏŞMƏSİ SƏBƏBİNDƏN DƏYƏN ZİYANLAR
1. Təbii mühitə dəyən ziyan və onun qiymətləndirilməsi.
2. İqtisadi ziyanın təsnifatı.
3. Ekoloji təyinatlı ziyanların həcminin təyin olunması.
4. İqtisadi ziyanların tərkib hissələri.
5. Ətraf mühitin pisləşməsi səbəbindən iqtisadi ziyanların təyin edilməsi metodikası.
6.Neftin və qazın nəqli zamanı ətraf mühitə dəyən ziyanın qiymətləndirilməsi
1. Təbii mühitə dəyən ziyan və onun qiymətləndirilməsi.
Ətraf təbii mühit (ƏTM) – insanın yaşayış və istehsal fəaliyyəti mühitidir, buraya süni yaradılmış mühitin elementləri də aid edilir.
Bəşəriyyət biosferanın övladıdır, insan dinamik mühitində doğulur və formalaşır. Cəmiyyətdə canlı orqanizmlər və onların yaşayış mühiti qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Biosfer dinamik sistemdir. Bəşəriyyət biosferdən kənarda mövcud ola bilməz. Biosferin qalınlığı (hündürlüyü) 20-30 km-dir. ―Həyat təbəqəsi‖ əsasən yer səthində cəmlənmişdir. Biosferin əsas struktur elementləri landşaft və biogeosenozlardır.
Təbii ehtiyatlar (TE) əsasən maddələrdən və təbii komponentlərdən, təbiətin qüvvələrindən ibarətdir. Məhsuldar qüvvələrin indiki mərhələsində istehlak əşyası və ya istehsal vasitəsi kimi istifadə edilə bilər, onlar insanların fəaliyyətini dəyişə bilər.
Dostları ilə paylaş: |