Mühazirələr i.ü. f d., İsmayılova H. Q. Bakı – 2022


Torpaq kadastrı aşağıdakı tərkib hissələrdən ibarətdir



Yüklə 0,77 Mb.
səhifə81/171
tarix09.05.2022
ölçüsü0,77 Mb.
#56843
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   171
etraf muhitin iqtisadiyyat muhazire

Torpaq kadastrı aşağıdakı tərkib hissələrdən ibarətdir:

1. torpağın qeydə alınması;

2. torpağın kəmiyyət və keyfiyyətcə uçota alınması;

3. torpaqların bonitirovkası (keyfiyyətcə qiymətləndirilməsi);

4. torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi;

5. torpaq kadastr xəritələrinin tərtib edilməsi.

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı dövlət torpaq kadastrının hüquqi tərəfidir. O, Azərbaycan Respublikasının sərhədləri daxilində mövcud torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq üzərində hüquqlarının qorunması prinsipini təmin edir. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının uçot-qeydiyyat vahidi kimi torpaq sahəsi götürülür. Torpaq sahəsinin uçot-qeydiyyat vahi-di kimi götürülməsi onun torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün həm torpaqdan istifadə hüququnun obyekti, həm də təsərrüfat və digər fəaliyyət növünün obyekti kimi çıxış etməsi ilə əlaqədardır.

Torpaq sahələri üzərində hüquqlar, o cümlədən hüquqi və fiziki şəxslərin, habelə dövlət orqanlarının və bələdiyyələrin hüquqları, onları yaradan əsaslar mü-dafiə olunmaq məqsədilə dövlət torpaq kadastrından və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir.

Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı, dövlət torpaq kadastrının tərkib hissəsi kimi torpaqların hüquqi baxımdan öyrənilməsini təmin edir. Ona görə də ehtiyatların hüquqi və təbii-təsərrüfat baxımından öyrənilməsi dövlət torpaq kadastrının əsas vəzifələrindəndir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   171




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin