Sığorta müqaviləsi aşağıdakı əsas bölmələri özündə əks etdirir:
- müəssisənin adı, ünvanı, ekoloji riskin xarakteri;
- illik dövriyyənin (pulla ifadəsində) həcmi;
- müəssisənin istehsalat fəaliyyəti haqqında məlumat;
- istehsalat prosesinin xarakteri, xammalın, materialların və istehsal edilən məhsulun növləri haqqında məlumat;
- ətraf təbii mühit haqqında məlumat (əhalinin sayı, sıxlığı, istifadə edilən sahələrin xarakteri, torpaq, yerüstü və yeraltı sular);
- əsas atılmalar (axıntılar) və tullantılar, ətraf mühitin vəziyyətinə nəzarət metodları;
- atılmaların (axıntıların) risk dərəcəsi, onların ləğvi üzrə tədbirlər və s.
Müqavilələr adətən bir ilə bağlanır və müəssisənin arzusu ilə uzadıla bilər. Fasiləsiz olaraq 2 və daha çox ilə müqavilə bağlanarkən güzəştli (10-30%) imtiyazlar nəzərdə tutulur.
Ekoloji məsuliyyətin sığorta prosesi sığorta kompaniyasının iştirakı olmadan da, sənaye kompaniyalarının qarşılıqlı sığortalanma yolu ilə də həyata keçirilə bi-lər. Onlar birləşmiş fondlar yarada bilər, yaxud şəxsi (məxsusi) ehtiyat fondları formalaşdıra bilər.
Bütövlükdə ekoloji sığorta ekoloji menecment üçün çox cazibədardır və özündə iqtisadi-ekoloji maraqları birləşdirir. Onun geniş tətbiq edilməsinə aşağıda-kılar mane olur:
1) tamamlanmış normativ-hüquqi bazanın olmaması;
2) müəssisələrin ağır iqtisadi vəziyyəti, sığorta haqlarının ödənilməməsi;
3) ekoloji risklərə görə yüksək tarif stavkalarının olması, avadanlıqların köhnəlməsi üzündən sığorta hadisələrinin ehtimalının böyük olması.
Dostları ilə paylaş: |