4. Müəssisələrin ətraf mühiti mühafizə fondları
Ekoloji özəlləşdirmə fondu özəlləşdirilən obyektlərdə təbiəti mühafizə amillərinin nəzərə alınması və ekoloji ekspertiza aparılması sayəsində yaradılır. Hər bir müəssisə təsərrüfat fəaliyyəti ilə məşğul olarkən ətraf mühiti çirkləndirməyə və ya təbii resurslardan istifadəsinə görə pul ödəmələrinin vacib şərt olduğunu nəzərə almalıdırlar. Əldə olunan gəlir və mənfəətdən ayrılan bu ödəmələr müəssisədaxili ətraf mühiti mühafizə fondunda cəmləşir. Həmin fondun formalaĢma mənbələri aĢağıdakılardır:
- müəssisənin yeni sahibinin ona əvəzsiz verilən təbiəti mühafizə obyektlərinin qiyməti;
- müəssisə balansında olan təbiəti mühafizə obyektləri üzrə amortizasiya ayırmaları;
- məqsədli faizsiz kreditlərin vəsaitləri;
- təbiəti mühafizə ehtiyaclarına nəzərdə tutulan məqsədli maliyyə vəsaitləri.
Ekoloji fondlara daxil olan vəsaitlərin daha da səmərəli formalarının axtarışı bir vaxtlar bir sıra regionlarda ekoloji bankların (ekobanklar) yaranmasına səbəb oldu. Belə banklar Saratovda, Bakıda, Permdə və başqa şəhərlərdə fəaliyyət göstərirdi. Bütövlükdə, ödəmələrin və xüsusi fondların vəsaitlərinin istifadəsinin təhlili göstərir ki, təbiəti mühafizə tədbirlərinin maliyyələşdirmə məbləği, ümumiyyətlə, ekoloji vəziyyəti sabitləşdirmək üçün kifayət deyildir. Əksər hallarda, tətbiq edilən ödəmələr rəmzi xarakter daşıyır və heç də öz vəzifələrini yerinə yetirmirdi. Bir sıra ölkələrdə ekoloji fondlardan təbiəti mühafizə istiqamətli obyektlərin tikintisinə təxminən 25% vəsait xərclənirdi.
Rusiyada, eləcə də Azərbaycanın xalq təsərrüfatında gəlirin 90%-i təbii-ehtiyatın sahələri hesabına əldə edilirdi. Bu gəlirin həmin səviyyədə qalması və artması üçün onun müəyyən hissəsi təbii ehtiyatların bərpasına, artırılmasına və təbiəti mühafizəyə yönəldilməlidir. Hazırda təbiəti mühafizə fəaliyyətinin maliyyə-ləşdirilməsində müəyyən işlər görülsə də onu qənaətbəxş hesab etmək olmaz. Belə ki, həmin maliyyələşdirmənin həcmi ümumi daxili məhsulun 1%-dən azdır. Ancaq ətraf mühitə dəyən zərərin həcmi, məsələn, Rusiyada ümumi daxili məhsulun 8%-ni, Azərbaycanda isə 10-15%-ni təşkil edir. Bütün dünyada təbiəti mühafizə xərcləri iri kompaniyalar və firmalar tərəfindən artırılsa da, dövlətlərin payı bu maliyyələşdirmədə yüksək olmalıdır və bir çox ölkələrdə yüksəkdir (35-90%).
5. Təbiəti mühafizə fəaliyyətinin stimullaĢdırılmasının iqtisadi sistemləri
Təbiəti mühafizə sahəsində stimullaĢdırmanın mexanizmlərini 2 qrupa bölmək olar:
- bütün təsərrüfat sahələrini əhatə edən mexanizmlər – makro səviyyə;
- xüsusi mexanizmlər – bilavasitə ətraf mühitin mühafizəsi ilə bağlı olan iqtisadi mexanizmlər.
Təbiətdən istifadənin iqtisadi mexanizmləri 3 qrupa ayrılır:
1. Kompensasiya mexanizmləri – bu mexanizmlər iqtisadi inkişaf üçün ən ümumi məhdudiyyət həddi qoyur. Bu üsullar demək olar ki, iqtisadi inkişafa mane olmur. İqtisadi mexanizmlərin bu qrupu əsasən neqativ ekoloji nəticələrin aradan qaldırılmasına yönəlir və onu yaradan səbəblər əslində araşdırılmır. Ətraf mühitdən istifadənin bu qrupu iqtisadiyyatın inkişafının texnogen tipinə aiddir;
2. Ekoloji balanslaĢdırılmıĢ və təbiəti mühafizə fəaliyyətinin inkiĢafını stimullaĢdıran mexanizmlər. Bu mexanizmlərin əsasını bazar münasibətləri təşkil edir. Onlar təbii ehtiyatların mühafizəsinə yeni texnologiyanın tətbiqi vasitəsilə şərait yaradır. Nəzəri cəhətdən bu qrup zəif davamlı inkişaf üçün səciyyəvidir;
3. Sərt mexanizmlər. Bu mexanizmlər həm inzibati, həm də bazar mexanizmlərini əhatə edir. Bunlara aiddir: sərt vergi – kredit mexanizmləri, təbii ehtiyatların istifadəsini genişləndirən üsullar- cərimə siyasəti. Reallıqda bu cür mexanizmlər ayrıca demək olar ki, olmur. Çox vaxt bunları birləşdirmək lazımdır. Bu isə konkret ərazi və texnologiyadan asılıdır.
Qəbul edilmiş bir çox qanunlar və normativ sənədlərdə hələ uzlaşmalar yoxdur, vergiqoyma və digər sahələrdə təbiəti mühafizə tələblərinə riayət edilmir, ətraf mühitdən istifadə edənlərə qarşı bazar təsirinin strukturu hazırlanmamışdır, mənzil-kommunal təsərrüfatı üzrə baş verən bütün neqativ elementlər, sənaye və məişət sularının qarışıq axıdılması təmizləyici qurğuların tikintisinin bir çox halda özbaşına buraxılması ,şəhər kanalizasiya xətlərinin qeyri kafiliyi və s. ekoloji və iqtisadi həvəsləndirmənin qarşısında bir sədd kimi durmaqdadır. Bir çox ölkələrdə praktikada ən geniş istifadə olunan ehtiyatlara görə ödəmələr sistemi, əsas təsiredici amil olmasına baxmayaraq, Azərbaycanda özünə məxsus yer tutmamışdır. Dolayısı təmizləyicilər sistemi, demək olar ki, yoxdur. Dolayısı metodlar təbiət istifadəçilərinin əmlak mənafelərinə toxunur və bu təbiəti mühafizə tədbirlərinin faydalı olmasını onların yadına salır. Təbiəti mühafizə fəaliyyətində əməli əhəmiyyət kəsb edən həvəsləndirici amil dövlətin vergi siyasəti olmalıdır. Bu siyasət həm pozitiv həm də neqativ həvəsləndirməni özündə əks etdirə bilər. Bu qanunvericilikdə həm güzəştli vergilərdə və vergi ödəməkdən azadetmədə, habelə ekoloji təhlükəli məhsul üçün xüsusi vergilərin tətbiqində öz əksini tapır. Rusiya Federasiyasında, əgər müəssisə təbiəti mühafizə tədbirlərinə öz gəlirindən vəsait ayırırsa, buna görə gəlirin vergiyə məruz qalan məbləği 30% azaldılar.
Ətraf mühitin mühafizəsi üzrə dövlət fondunun vəsaitləri aĢağıdakı tədbirlər üçün istifadə edilir:
- elmi tədqiqat işlərinə, ehtiyat qənaətedici və ekoloji təmiz texnologiyalarının tətbiqinə;
- təbiətdən istifadəçilər tərəfindən həyata keçirilən təbiətin mühafizəsi obyektlərinin tikintisinin, yenidən qurulmasının maliyyələşdirilməsinə;
- ətraf mühitin çirklənməsi nəticəsində dəymiş ziyanın bərpası sahəsində həyata keçirilən tədbirlərə;
- çirklənmə və başqa mənfi təsirlər nəticəsində vətəndaşların sağlamlığına və ətraf mühitə vurulmuş zərərin bərpasına görə onlara müəyyən edilmiş kompensasi-yanın verilməsinə;
- ətraf mühitin pozulmuş ekoloji tarazlığının bərpasına, proqram, layihələrin, normativ-metodiki sənədlərin işlənməsinə və həyata keçirilməsinə;
- ekoloji tərbiyə və təhsilə;
- xüsusi mühafizə olunan təbiət ərazilərinin mühafizəsinə;
- nadir və nəsli kəsilməkdə olan fauna və flora növlərinin mühafizəsinə və bərpasına;
- ətraf mühitin mühafizəsi sahəsində dövlət orqanlarının maddi-texniki bazasının yaradılmasına və inkişafına;
- ətraf mühitin dövlət monitorinqinin təşkili və keçirilməsinə;
- ətraf mühitin mühafizəsi sahəsində çalışan mütəxəssislərin həvəsləndirilməsi məqsədilə onların maddi stimullaşdırılmasına.
Dostları ilə paylaş: |