3.Ətraf mühit və təbiətdən istifadənin müasir vəziyyəti ilə əlaqədar qarşıda duran məsələlərin həlli
“Ətraf mühiti mühafizə” və “Təbii ehtiyatlardan səmərəli istifadə” bir-biri ilə əlaqəli anlayışlardır. Odur ki, onlar əlaqəli proseslərə malikdirlər. Müasir şərait ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə edilməsini tələb edir. Predmetin nisbətən cavan, əhatə dairəsinin mürəkkəb və çoxsahəli olması ətraf mühit və təbiətdən səmərəli istifadə edilməsi məsələlərinin tək-milləşdirilməsini tələb edir. İnsanın geniş istehsal fəaliyyəti üçün xammal ehtiyatlarına və ərzaq ehtiyatlarına olan tələbatı, enerji ehtiyatlarına olan tələbatı və s. ödənilir. Ətraf mühitin çirklənməsi və bunun nəticəsində təbiətdə baş verən dəyişikliklər atmosferi, hidrosferi, litosferi əhatə edir. Çirklənməni törədən şərait-dən asılı olaraq bu proses qlobal xarakter daşıyır və biosferi və bütün planeti əhatə edir. Yer qabığı müxtəlif geoloji dövrlərdə yaranmışdır. Burada maqmatik, çökün-tü və metamorfik süxurlardan təşkil olunan və bəşəriyyətə lazım olan qiymətli sərvətlər toplanmışdır. Bu sərvətlər geoloji axtarışlar nəticəsində yer səthinin bu və ya digər rayonlarında aşkarlanır və cəmiyyətin tələbatına uyğun olaraq istifadə olu-nur. Mineral sərvətlər əmək vasitələrinin mənbəyi olmaqla çox adda məhsullar alınmasında istifadə olunur. Eyni zamanda belə sərvətlər əmək cismi rolunu oyna-yırlar. Mineral xammal sərvətlərinin istifadəsi ilə bağlı olan mühüm məsələlərdən biri də onların iqtisadi cəhətdən qiymətləndirilməsidir. Azərbaycan Respublikası-nın ərazisi müxtəlif növ faydalı mineral xammal ehtiyatları ilə zəngindir. Aparılan geoloji kəşfiyyat nəticəsində həmin faydalı ehtiyatların çoxu artıq aşkarlanmış və istifadəyə verilmişdir. Dənizin təbii ehtiyatları dünyada maddi istehsalın ən mühüm mənbələrindən biri hesab edilir. O, sənaye üçün xammal, enerji ehtiyatlarına malik olmaqla, əlverişli nəqliyyat şəraiti və rekreasiya ehtiyatlarının təbii konfortu və əvəzedilməz əhəmiyyət kəsb edir. Əhalinin sahil zonasında məskunlaşması və ərazinin tədricən mənimsənilməsi əsasən iki amilin təsirindən daha çox asılıdır. Təbii şəraitdən və ölkənin sosial iqtisadi inkişaf səviyyəsindən asılı olaraq elmi-texniki tərəqqinin yeni yüksək mərhələsində çoxsahəli sənayenin və kənd təsərrüfatının sürətlə inkişafı, müxtəlif nəqliyyat növlərinin çoxalması təbiətdən və təbii sərvətlərdən daha geniş istifadə olunması ilə nəticələnir. Qoruq-lar elm, mədəniyyət və təsərrüfat üçün müstəsna əhəmiyyəti olan, dövlət tərəfindən mühafizə edilən ərazilərdir. Ətraf mühitin mühafizəni tarixən təbiət və cəmiyyətin qarşılıqlı əlaqəsi, cəmiyyətin inkişafında coğrafi mühitin rolu, əhali artımı və ərzaq problemi, torpaqların münbitliyi və iqtisadi qiymətləndirilməsi qarşılıqlı əlaqədə həll edilməlidir. Ətraf mühitin mühafizəsi problemi bəşəriyyət qarşısına nisbətən yaxın vaxtlarda çıxmışdır. Hazırkı vaxtda atmosfer və okeanlara külli miqdarda ziyanlı maddələr atılır(axıdılır), meşələr məhv edilir. Bütün bunlar güclü surətdə dünyanın özü özünü məhvinə aparır. Ozon dəlikləri, iqlimin istiləşməsi, bir çox heyvan növlərinin məhv olaraq yoxa çıxması bizim həyat sürdüyümüz mühitin müəyyən qədər tükəndiyini göstərir. Odur ki, planetin və onun sakinlərinin həyatı insanların bundan sonrakı aktivliyindən asılı olacaqdır.
Hazırda bu ekoloji problemlə bütün dünya ölkələri qarşı - qarşıya gəlmişlər. Hesab olunur ki, ətraf mühitin çirklənməsi probleminə daha çox Amerika və Avro panın sənayələşmiş ölkələri məruz qalmışlar. Ancaq o qədər də çox vaxt keçmədən bu problem bütün inkişaf etməkdə olan ölkələri öz ağuşuna alacaqdır. Odur ki, ar-tıq indidən ciddi tədbirlərin həyata keçirilməsi vacibliyi ortaya çıxmışdır. Məlumdur ki, hər hansı xoşagəlməz hadisənin qarşısını almaq daha asandır, nəinki sonradan onun nəticələrini aradan qaldırmalı olasan.
Ətraf mühitdən istifadənin müasir vəziyyəti ilə əlaqədar qarşıda duran məsələlərindən ən başlıcası ətraf mühitin mühafizəsi problemidir. Yaranmış bütün iqtisadi, hüquqi, sosial-siyasi və təşkilati-təsərrüfatçılıq mexanizmlərini, məhz bunlar ətraf mühiti ―möhkəmlik hüduduna‖ gətirib çıxarırlar. Odur ki, ətraf mühitin çirklənməsinin ən son yüksək səviyyəyə çatmasını gözləmək olmaz. Dün-ya birliyi anlamışdır ki, bunun indidən qarşısı alınmalı, dünyanın məhv olma təhlükəsi aradan götürülməlidir.
Dostları ilə paylaş: |