Təbii mühitin cəmiyyətə və onun məhsuldar qüvvələrinə təsir göstərdiyi kimi, təsərrüfat sahələrinin müxtəlifliyinə də səbəb olur. Lakin bu müxtəliflik bütün dövrlər üçün sabit olmayıb, məhsuldar qüvvələr inkişaf etdikcə və ictimai quruluş dəyişdikcə o da təkmilləşir və formalaşır.
Cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsi cəmiyyətin dinamik inkişafında mühüm rol oynamışdır. Cəmiyyətlə təbiətin inkişafının ilkin mərhələsində (ən qədim insanlar) yalnız təbiətin hazır məhsullarından istifadə etmək imkanlarına (balıq və meşədə olan heyvanları ovlamaq, yabanı meyvələrdən və s. istifadə edirdilərsə) malik idilərsə, sonrakı inkişaf dövründə həmin əlaqələr yeni forma və məzmun alır. Bu səbəbdən də “təbiət və cəmiyyət” problemləri ilə məşğul olan mütəxəssislərdən biri olan Y.P.Tursovun fikrincə, təbiətlə cəmiyyətin qarşılıqlı dinamik inkişaf dövrü aşağıdakı bir neçə mühüm mərhələ ilə səciyyələnir:
1.Qədim dövr - bu dövr əsasən insanın təbiətdən bir növ asılı olan dövrü kimi şərh olunur. Bu dövrlərdə insanın ümumi dünya görüşü səthi olduğundan və elm bir o qədər inkişaf etmədiyindən təbii mühitin qanunauyğunluqlarını dərk etməkdə çətinlik çəkirdi. Istehsal olunan məhsullar sadə alətlər vasitəsilə həyata keçirilirdi. Təbii mühitin ekoloji tarazlığı təbii şəkildə saxlanılırdı;
2.İkinci mərhələ iqtisadi cəhətdən (sənayeyə qədərki olan dövr) qədim və orta əsrlər dövrünü əhatə etməklə əkinçiliyin inkişafı dövrü kimi xarakterizə olunur. Bu mərhələdə artıq cəmiyyət torpaq sahələrinin genişləndirilməsi və ondan, təsərrüfat sahələrindən öz məqsədlərinə uyğun istifadə etməsi, sənətkarlığın meydana gəlməsi, nəqliyyatın primitiv vasitələrinin (qoşqu və yaxud heyvanların gücünə əsaslanan) dövriyyəyə cəlb olunması, yeni yaşayış məskənlərinin yaradılması mərhələsi kimi xarakterizə olunur. Digər bütün nailiyyət bu mərhələdə ondan ibarətdir ki, insan cəmiyyəti artıq heyvanların əzələ enerjisindən, küləyin və suyun gücündən istifadə etməklə enerji almaq imkanlarına malik olurlar. Enerji istehsalının meydana gəlməsi insanın təbiətə təsirini əvvəlki dövrlərə nisbətən artırır;
3.Cəmiyyətin inkişafının üçüncü mərhələsi sənaye mərhələsi kimi səciyyələnir. Bu mərhələ insan cəmiyyətinin yüksək səviyyədə istehsal vasitələrinin inkişafı sayəsində təbii mühitə və təbii ehtiyatlara intensiv təsir göstərən mərhələsi kimi qiymətləndirilir. Bu mərhələdə insan cəmiyyəti təbiətə təsiri gücləndirməklə yüksək səviyyədə maddi nemətlər istehsalına şərait yaradır. Yer kürəsinin regionlarda təbii ehtiyatlardan istifadəsi artdıqca insanın maddi rifahının yaxşılaşdırılması və insan cəmiyyəti tam şüurlu surətdə təbiətin qanunauyğunluqlarını dərk edir. Ehtiyatlar potensialından istifadə etməklə təbii mühitin mühafizəsi məsələlərini ön plana çəkir.
Məlumdur ki, təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqə mövcuddur. Bu əlaqə cəmiyyətdə təbiətin, əskikliklərin vəhdəti və mübarizəsi qanununa müvafiq inkişaf edir. İnsan cəmiyyəti özünün spesifik sosial qanunları əsasında təbiətə təsir göstərir. Buna görə də insanla təbiət arasında qarşılıqlı əlaqə mürəkkəb olur.
Elmi-texniki inqilab, insanların getdikcə artan tələbatının ödənilməsi məqsədilə, onların təbiətə təsir dairəsini daha da genişləndirmişdir. İnsanın təsir dairəsi təkcə biosfer, hidrosfer, litosfer və atmosferlə məhdudlaşmayaraq, kosmik fəzaya da nüfuz etdi.
Ümumi bəşəri tərəqqi – təsərrüfat sahələrinin nisbətində, məhsuldar qüvvələrin tərkibində, texnika və texnologiyada, məhsulların növ tərkibində, istehsal istehlakı və şəxsi istehlakında, keyfiyyət dəyişikliyində müşahidə olunur.
Nəticədə nəinki insanın təbii proseslərə müdaxiləsinin xarakteri, həm də bu müdaxilənin nəticəsinin xarakteri dəyişir. Sərvətlərdən istifadə edərkən insan ekologiyanı qorumalı, gələcək nəsilə mənfi təsir izləri buraxmamalıdır.
Dostları ilə paylaş: |