2. NOR (VƏ YA- YOX) məntiq elementi.
NOR məntiq elementi ən az 2 girişə malik olub giriş siqnalları üzərində məntiqi toplama və inversləmə əməliyyatlarını həyata keçirir. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:
Elementin doğruluq cədvəli isə aşağıdakı kimidir:
Aşağıdakı sxemə nəzər salaq. Açarlar əsasında qurulmuş bu sxem NOR məntiq elementinin funksiyasını həyata keçirir.
TTL texnologiyasında qurulmuş aşağıdakı sxem də NOR elementinin funksiyasını yerinə yetirə bilər:
Bu sxemlərdən başqa NOR məntiq elementinin DTL texnologiya əsasında qurulmuş aşağıdakı sxemi də mövcuddur:
NOR məntiq elementinin zaman diaqramı qrafikdə əks olunduğu kimidir. NAND və NOR məntiq elementləri tam funksional elementlərdir və De – Morqan qanunlarına tabedirlər. Bu isə o deməkdir ki, NAND və NOR məntiq elementləri üzərində digər bütün məntiq elementlərini qurmaq mümkündür.
3. XOR (Exclusive OR, İstisna VƏ YA) məntiq elementi.
Bu element yalnız 2 girişə malik olub giriş siqnalları üzərində 2 Moduluna görə (ikilik kodda) cəmləmə funksiyasını yerinə yetirir. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:
E lementin doğruluq cədvəli isə aşağıdakı kimidir:
Doğruluq cədvəlinə əsasən alqoritmin qurulmasını nəzərdən keçirək.
I. Cədvəldə funksiyanın “1” - ə bərabər olan qiymətləri qeyd edilir:
II. Finksiyanın “1” - ə bərabər olan qiyməti qarşısında arqumentin qiyməti “1” – dirsə düz, “0” – dırsa invers qiyməti götürülür və məntiqi vurulur. Alınmış ifadə elementar mintern adlanır:
III. Cədvəldə bə qədər “1” varsa uyğun sayda minternlər qurulmalıdır.
ifadəsinə əsasən qurulmuş aşağıdakı sxemə nəzər salaq:
Bu sxem XOR məntiq elementinin funksiyasını yerinə yetirir. XOR elementini müxtəlif məntiq elementlərinin köməyilə müxtəlif kombinasiyalarla almaq olar:
XOR nəbtiq elementinin zaman diaqramı isə qrafikdə əks olunduğu kimidir.
Bu elementlər cəmləyicilərin – summatorların qurulmasında istifadə olunur.
4. XNOR (Exclusive OR–NOT, İstisna VƏ YA–YOX) məntiq elementi.
Bu element 2 girişə malik olub giriş siqnalları üzərində 2 Moduluna görə cəmləmə və inversləmə əməliyyatlarını həyata keçirir. Elementin Beynəlxalq standartda və komputerdə işarəsi uyğun olaraq a) və b) variantlarında oldu]u kimidir:
Elementin doğruluq cədvəli:
Bu elementlər rəqəmsal texnologiyalarda kodları müqayisə edən qurğuların – komparatorların qurulmasında istifadə olunurlar.
Elementi müxtəlif kombinasiyalarla almaq mümkündür:
Aşağıdakı sxemə baxaq:
Bu sxem XNOR məntiq elementinin funksiyasını həyata keçirir.
XNOR elementinin zaman diaqramı isə aşağıdakı kimidir:
5. AND – OR – NOT (VƏ–VƏ YA–YOX) məntiq elementləri və məntiq genişləndiriciləri.
Hal – hazırda inteqral mikrosxemlərin tərkibində daha mürəkkəb məntiq elementləri mövcuddur ki, onların hesabına sxemlərin daha kompakt yaradılması və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması əldə edilir. Bu elementlər sırasında müxtəlif konfiqurasiyalı AND – OR – NOT məntiq elementlərindən geniş istifadə olunur.
Ən geniş yayılmış seriyalarda adətən aşağıdakı konfiqurasiyalara daha çox rast gəlinir:
1) 4 – 2 AND-OR-NOT
2) 3 – 3 AND-OR-NOT
3) 2 – 4 AND-OR-NOT
Bu cür yazılışlar aşağıdakı kimi izah olunur: məsələn, 4 – 2 AND-OR-NOT yazılışı o deməkdir ki, 4 ədəd 2 girişli AND elementinin çıxışı OR elementində birləşmiş, OR elementinin çıxışına isə NOT elementi qoşulmuşdur.
Bunu sxem şəklində və vahid sxem halında aşağıdakı kimi göstərmək olar:
Bəzi hallarda bu cür imkanlara malik olan mikrosxemlər də mürəkkəb funksiyaların qurulması üçün yetərli olmur. Bu halda xüsusi mikrosxemlərdən – məntiq genişləndiricilərindən istifadə olunur.
Məntiq genişləndiriciləri məntiq elementləri deyildir, lakin onlar xüsusi mikrosxemlərdir və onların hesabına daha mürəkkəb məntiq funksiyalarını ən az sayda element və birləşmələrlə həyata keçirmək mümkündür.
Bu cür sturuktur 6 – 3 AND-OR-NOT məntiq genişləndiricisinə uyğundur.
Dostları ilə paylaş: |