Texnoloji proseslərin dəqiqliyinin analizi aşağıdakı məqsədlər üçün aparılır:
1) Hissələrin hazırlanması zamanı ayrı- ayrı əməliyyatların
dəqiqliyinin qiymətləndirilməsində;
2) Texnoloji prosesin tənzimlənmə səviyyəsinin təyin
edilməsində;
3) Müxtəlif faktorların hissənin hazırlanma keyfiyyətinə təsir
dərəcəsinin qiymətləndirilməsində.
Dəqiqliyin qiymətləndirilməsində hesabi - analitik və statistik metodlardan istifadə edilir.
Texnoloji prosesin dıqiqliyi - keyfiyyət göstəricisinin səpələnmə sahəsinin verilən müşahidə sahəsi ilə uyğunluğunu təmin edən texnoloji prosesin xüsusiyyətinə deyilir.
Texnoloji prosesin stabilliyi - onun keyfiyyət göstəricisini verilən hədlərdə və müəyyən vaxt ərzində saxlayan texnoloji prosesin xüsusiyyətinə deyilir.
Beləliklə, dəqiqlik analiz edilərkən :
- keyfiyyət göstəricisinin paylanma qanunu müəyyən edilir;
- göstəricinin səpələnmə sahəsi təyin edilir;
- səpələnmə sahəsi texniki müsaidə ilə müqayisə edilir.
Başqa sözlə, texnoloji prosesin dəqiqliyi və stabilliyinin tədqiqi buraxılan məhsulun keyfiyyət göstəricisinin paylanma funksiyasının öyrənilməsindən ibarətdir.
Dəqiqlik və stabilliyin analizi seçimlər metoduna əsaslanır.
Texnoloji proses aşağıdakı göstəricilərlə xarakterizə edilir:
1. Səpələnmə göstəricisi Ks = Burada - müsaidə sahəsi; - keyfiyyət göstəricisinin səpələnmə sahəsidir.
= LS kimi təyin edilir. L - parametrin paylanma qanunundan asıiı olan əmsal; S - Seçmədə parametrin orta kvadratik meyllənməsidir.
Səpələnmə göstəricisi səpənənmə sahəsinin müsaidə sahəsi ilə uyğunluq dərəcəsini xarakterizə edir. Əgər K 1 -dən böyük olarsa, prosesin dəqiqliyi qnaətbəxş hesab edilmir.