2. Tənzimləmə səviyyəsinin göstəricisi,
Kt =( Xn – Xi )/ ,
Burada: Xn - tənzimləmənin verilən mərkəzi, Xi - isə birinci ani seçmənin orta qiymətidir.
Tənzimləmə göstəricisi Kt emaldan əvvəl aparılmış tənzimləmə dəqiqliyini xarakterizə edir.
3. Stabillik göstəricisi
Kst = Sn/ S1
Buradə S1 və Sn uyğun olaraq birinci və sonuncu ani seçmələrin dispersiyalarıdır.
Kst -tənzimləmələr arası dövrdə ölçülərin paylanmasının dəyişməsini xarakterizə edir.
KEYFİYYƏTƏ NƏZARƏTİN TƏŞKİL ÜSULLARI.
Məmulatın keyfiyyətinə nəzarət dedikdə, məmulatın keyfiyyət göstəricisinin texniki sənədlərdə qeyd edilən göstəricilörlə uyğunluq dərəcəsinin yoxlanılması nəzərdə tutulur.
İstehsalın müxtəlif mərhələlərində tətbiqindən asılı olaraq nəzarətin aşağıdakı əsas Üsulları vardır:
- giriş;
- əməli və
- qəbul nəzarərləri.
Giriş nəzarəti. Bu üsul digər sahə və zavodlardan alınan hazır məhsullarin : pəstahların, ehtiyat hissələrin, materialların, komplektləşdirmə məmulatlarının və s. keyfiyyətlərinin yoxlanmasında tətbiq edilir.
Əməli nəzarət - müəyyən əməliyyat bilavasitə yerinə yetirilrkən və ya əməliyyatın sonunda məhsulun keyfiyyətinin yoxlanılması nəzərdə tutulur.
Qəbul nəzarəti - bütün texnoloji əməliyyatlar başa çatdırıldıqdan sonra hazır məhsulun keyfiyyətinin yoxlanmasında tətbiq edilir.
Nəzarət olunan məhsulların əhatə dərəcəsindən asılı olaraq giriş, əməli və qəbul nəzarət Üsulları birbaşa (ucdan tutma) və seçmələr üzrə aparılır.
Hazır məhsulun keyfiyyətinə nəzarətin xüsusi növü sınaqdır.
MÖVZU 10. AVTOMOBİL VƏ AQREQATLARIN
YIĞIM TEXNOLOGİYASI
Avtomobilin istehsal prosesinin sonuncu mərhələlərindən biri yığma prosesləridir.Yığma prosesinin başa çatması nəticəsində avtomobil və aqreqatlar hazır məhsul kimi məmulata çevrilir.
Avtomobil mürəkkəb bir sistem olub birlikdə fıaliyyət göstərən müxtəlif elementlərdən ibarətdir. Yiğma prosesinin texnoloji prinsipinə uyğun olaraq avtomobilin elementlərinə: hissələr, qruplar, düyünlər və aqreqatlar aid edilir.
Dostları ilə paylaş: |