Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə29/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Orta bərpa müddəti – hər bir imtinaya düşən orta bərpa müddəti ilə xarakterizə edilir.
Tbər
burada n - aşkar olunan və aradan qaldırılan imtinaların sayı; ti i-ci imtinanın bərpa olunma vaxtıdır.
Bərpalar axının parametri (xidmət intensivliyi)-orta bərpa müddətinin tərs qiymətilə təyin edilir və bir saatda görülən bərpaların sayını xarakterizə edir.

Qeyd etmək lazımdır ki, hər bir imtinaya düşən orta bərpa müddəti nə qədər kiçik olarsa, bu avtomobilin təmirə yararlığının bir o qədər yüksək səviyyədə olmasını xarakterizə edir.
Verilən vaxt ərzində bərpa ehtimalı – təmirə yararlığın ən əsas göstəricilərindən biridir. Bu göstərici imtinaların aradan qaldırılma vaxtının dəyişmə qanunauyğunluğu ilə, yəni paylanma əyrisinin növündən asılı olaraq təyin edilir. Məsələn, eksponensial paylanma qanunu üçün verilən vaxt ərzində bərpa ehtimalı aşağıdakı ifadə ilə təyin olunur.
Pbər
Hazırlıq əmsalı. Avtomobilin bərpa oluna bilməsi baxımından onun etibarlığının qiymətləndirilməsində kompleks göstəricilərdən istifadə edilir. Belə göstəricilərə hazırlıq əmsalı və texnki istifadə əmsalları aid edilir.
Hazırlıq əmsalı aşağıdakı ifadə ilə təyin olunur.

burada t - məmulatın müəyyən vaxt intervalında işləmə müddəti və ya imtinalar arası vaxtın orta qiyməti, saat;
tbər - obyektin bərpası ilə əlaqədar olan boşdayanma müddəti, saat.
Texniki istifadə əmsalı. Bu əmsal texniki qulluq və cari təmirlə əlaqədar bütün boş dayanmaları nəzərə aldığından təmirə yararlığın əsas xarakteristikası adlanır.
,
burada t – avtomobilin müəyyən istismar müddəti ərzində iş saatları; ttq və ttəm - həmin müddətdə aparılan texniki qulluq və təmir müddətləridir.
İmtinaların mürəkkəblik əmsalı. Bu əmsal sürücülər tərəfindən imtinaların aradan qaldırıla bilməsilə xarakterizə edilir.

burada n – imtinaların ümumi sayı; ns - sürücü tərəfindən aradan qaldırılan imtinaların sayıdır

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin