İmtinalar əmsalı. Bəzən avtomobilin (düyünün, aqreqatın və s.) etibarlığının struktur üzrə analiz edilməsində imtinalar əmslından istifadə etmək əlverişli hesab edilir:
burada nim – verilən L yürüşü ərzində düyünün, aqreqatın
imtinalarının sayı;
- L yürüşü ərzində bütün avtomobil üzrə
imtinaların cəm sayıdır.
Avtotəmir istehsalının xüsusiyyətləri Avtomobillərin təmir texnologiyası dedikdə, onların iş qabiliyyətinin tələb olunan keyfiyyətdə və etibarlıqda, minimum xərclərlə bərpasının istehsal prosesi nəzərdə tututlur.
Avtomobillərin təmir texnologiyası traktorların, yol-tikinti, yükqaldırma və digər maşınların təmiri haqqında ümumi elmin əsas tərkib hissəsidir. Lakin müxtəlif obyektlərin (maşınların) təmir texnologiyası onların konstruktiv və texnoloji cəhətlərinə görə bir-birindən fərqlənən müxtəlif texnoloji proseslərə malikdir.
Təmir texnologiyasının avtomobillərin (maşınların) istehsal texnologiyası ilə ümumi cəhətlərinin olmasına baxmayaraq, onun bir neçə spesifik xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər avtotəmir texnologiyasının maşınqayırmanın digər texnoloji fənləri arsında sərbəst elmi-texniki bilik sahəsi kimi ayrılmasına və öyrənilməsinə imkan vermişdir.
Avtomobillərin təmir texnologiyasının əsas xüsusiyyətinin araşdırılmasında onların iş qabiliyyətlərinin pozulmasına səbəb olan zərərli proseslərin öyrənilməsi vacib şərtlərdən biridir. Avtomobillərin təmir texnologiyasını onların istehsal texnologiysından fərqləndirən xüsusiyyətlərdən biri (1)başlanğıc məhsulun eyni olmamasıdır.
Avtomobillərin istehsal prosesi pəstahların hazırlanmasından başlanır, təmir prosesi isə təmirə qəbul edilmiş və yeyilmiş avtomobilin sökülməsindən, hissələrin yuyulmasından və yağsızlaşdırılmasından, onların yararlıq dərəcələrinə görə qruplara bölünməsindən başlanır.
Avtomobillərin təmir texnologiyasını fərqləndirən xüsusiyyətlərdən biri (2) yeyilmə qiyməti buraxıla bilən həddə olub əlavə təmir işləri tələb etməyən yararlı hissələrdən istifadə edilməsidir.
Təmir texnologiyasının xüsusiyyətlərindən biri hissələrin müxtəlif üsullarla bərpasıdır(3). Avtomobil hissələrində yeyilmə qiyməti orta hesabla 0,1-0,3mm arasında dəyişir. Hissələrin 76,5%-də isə yeyilmə qiyməti 0,21 mm-dən çox olmur. Ona görə avtotəmir istehsalında hissələrin bərpa texnologiyası böyük iş həcminə malik olur.
Təmir texnologiyasının fərqləndirici xüsusiyyətlərindən biri təmir zamanı yığma proseslərinin (4) mürəkkəb olmasıdır. Çünki təmir zamanı yığma prosesində nominal və təmir ölçülərində həm təzə, həm də təmir olunmuş və buraxıla bilən yeyilməyə malik hissələrdən istifadə edilir. Hissələrin müxtəlif ölçüdə olması qovşaq və düyünlərin yığılmasında onların müxtəlif üsullarla seçilməsini tələb edir.