Avtomobillərin təmir metodları Təşkil qaydalarından asılı olaraq təmirin mənsublu və qeyri mənsublu metodları vardır.
Mənsublu təmir metodu. Bu növ təmir zamanı təmir obyektindən sökülən yararlı və qüsurları olan, lakin bərpa edilən hissələr, qovşaqlar və aqreqatlar çıxarıldıqları obyektə (avtomobilə, aqreqata) yenildən quraşdırılır. Tam yararsız hissələr isə təzə və ya bərpa olunmuş başqa hissələrlə əvəz edilir.
Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, hissələrin uyuşmuş yararlı cütləri komplektdən ayrılmır və həmin gövdələrə, aqreqatlara qoyulur, nəticədə qalıq resursundan tam istifadə edilir və təmir keyfiyyəti nisbətən yüksək olur.
Mənsublu təmir metodunun nöqsan cəhətlərinə təmir işlərinin təşkilinin mürəkkəbləşməsini və təmirdə boş dayanma müddətinin çox olmasını göstərmək olar.
Qeyri mənsublu təmir metodu. Bu növ təmir zamanı təmir obyektindən sökülən yararlı və bərpa olunmuş hissələr, qovşaqlar, aqreqatlar və s. istənilən obyektə quraşdırıla bilər.
Bu təmir üsulunda avtomobildən sökülən (çıxarılan) yararsız aqreqat, düyün və ya hissələr əvvəlcədən təmir olunmuş və ya təzələri ilə əvəz edilir.
Təmir zavodlarında aqreqatların dövriyə fondunun olması böyük əhəmiyyətə malikdir. Bu fondun yaradılması təzə aqreqatların alınması, avtomobillərdən çıxarılan aqreqatların təmir olunması və silinmiş avtomobillərdən yararlı aqreqat və hissələrin götürülməsi nəticəsində təşkil edilir.
Aqreqat təmir metodu.Bu üsul qeyri-mənsublu təmir metoduna aid edilir. Burada nasaz aqreqatlar təzəsi ilə və ya əvvəlcədən təmir olunmuş aqreqatlarla əvəz edilir.
Tam komplekt halında avtomobillərin əsaslı təmiri ilə müqayisədə aqreqat təmir üsulu aşağıdakı üstunluklərə malikdir: avtomobilin təmirdə boş dayanma müddəti azalır
Avtomobillərin etibarlılığ xüsusiyyətləri Avtomobilin işləmə qabiliyyəti və istifadə səmərəliyi əsasən onun aqreqat, qovşaq və detallarının etibarlığından asılıdır.
İstismar prosesində yüklərin və əhatə edən mühitin təsiri altında detalların işçi səthlərinin yeyilməsi nəticəsində onların ölçüləri və forması dəyişir, Nəticədə avtomobilin iş qabiliyyəti aşağı düşür və onun etibarlığı azalır.
Avtomobilin etibarlığı kompleks xüsusiyyət olub onun imtinasızlığı, təmirəyararlığı, ömüruzunluğu və saxlanma qabiliyyəti ilə qiymətləndirilir.