Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Avtotəmir istehsalının təşkil üsulları



Yüklə 0,82 Mb.
səhifə33/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Avtotəmir istehsalının təşkil üsulları
Avtomobil və aqreqatların təmirinin istehsal prosesi ayrı-ayrı təmir obyektləri üzrə istehsal proqramından asılı olaraq təşkil edilir.
Avtotəmir müəssisələrində təmir işlərinin təşkilinin əsasən iki metodundan istifadə edilir: universal postlarda təmir və ixtisaslaşdırılmış postlarda təmir.
Universal postlarda təmir verilən obyektin təmiri üzrə istehsal poqramı kiçik olduqda və həmin obyektin konstruksiyası mürəkkəb olduqda istifadə edilir. Təmirin təşkilinin bu formasından əsasən təmir emalatxanalarında istifadə edilir.
Universal postlar üsulunda təmir işləri müxtəlif ixtisaslı eyni briqada işçiləri tərəfindən yerinə yetirilir. Universal postlar üsulunda obyektin təmirdə boş dayanma müddəti çox olur, yüksək ixtisaslı işçilər tələb olunur və təmir qiyməti yüksək olur.
Lakin bu üsulun müsbət cəhətləri də vardır. Burada görülən işin keyfiyyətinə icraçı cavabdehlik daşıyır və işin təşkili sadədir.
İxtisaslaşdırılmış postlarda təmir üsulundan istehsal proqramı böyük olduqla istifadə edilir. Bu üsulda təmir işləri əvvəlcədən bir neçə paralel postlar arasında bölüşdürülür.
İxtisaslaşdırılımış postlar üsulu ilə təmirin geniş yayılmış təşkil forması axın üsuludur. Axın üsulunda ixtisaslaşdırılmış postlarda texnoloji prosesin əməliyyatları ardıcıl yerinə yetirilir.

Mövzu 15. SÖKMƏ PROSESLƏRİNİN

TEXNOLOGİYASI




Aqreqatların təmirə qəbulu.
Aqreqatların təmirə qəbulu obyekti təmirə göndərən təşkilat tərəfindən verilən sənədə: akt və ya arayışa əsasən aparılır.
Təmirə qəbul edilən aqreqat tam komplekt halında olmalıdır. Onların komplektliliyi standarta əsasən təyin edilir. Bu tələb həm təmirə qəbul edilən, həm də təmirdən təhvil verilən aqreqatlar üçün eynidir. İki növ komplektlilik nəzərdə tutulur.
Güc aqreqatları üçün yığım halında – birinci, dizel mühərrikləri üçün birinci, karbüratorlu mühərriklər üçün isə birinci və ikinci növ komplektlik qəbul edilmişdir.
Birinci komplektli mühərrikdə onun üzərində quraşdırılan bütün tərkib hissələri ilə, eləcə də ilişmə muftası, kompressor, ventilyator, sükan idarəsinin hidrogüclən­diri­ci­si­nin nasosu, yanacaq aparatları, yağlama və soyutma sis­tem­lərinin cihazları, havatəmizləyici elektrik avadanlığı və s. olmalıdır.
İkinci komplektli mühərrik ilişmə muftası ilə yığım halında olur. Lakin onun üzərində ventilyator, su nasosu, kompressor, sükan intiqalının hidrogücləndiricisinin nasosu, havatəmizləyici, yağ süzgəci, su boruları, generator, starter, karbürator, yanacaq nasosu, yanacaq boruları, paylayıcı və alışdırma şamları olmur.
Qalan bütün aqreqatlar və düyünlər ancaq bir komplektliliyə malik olurlar. Bunlar təmirə qəbul edilərkən və təmirdən təhvil verilərkən istehal edən zavod tərəfindən qoyulmuş komplektlilikdə olmalıdır.
Baza və əsas hissələri silinməyə məruz qalan - yararsız olan aqreqatlar təmirə qəbul olunmur.
Təmirə qəbul edilən aqreqatlar çirkdən və tozdan təmizlənmiş və yuyulmuş olmalıdır.
Təmir fondu. Təmirə qəbul edilən aqreqatlar təmir fondu anbarına göndəilir.
Əsaslı təmirin səmərəliliyi təmir fondunun vəziyyətindən, keyfiyyətindən və komplektliliyindən xeyli asılıdır.
Təmir fondunun vəziyyəti avtotəmir istehsalının texniki –iqtisadi göstəricilərinə böyük təsir göstərir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin