Hissələrin qurum aə ərpdən təmizlənməsi. Hissələrin qurumdan, ərpdən və korroziya məhsullranıdan təmizlənməsi mexaniki, termokimyəvi və kombinələşdirilmiş metodlarla aparılır.
Hissələrdən bərk çöküntülərin mexaniki təmizlənməsi fırçaların, meyvə çəyirdəklərinin, metal tozu və hidroqum şırnağının köməyi ilə aparılır.
Meyvə çəyirdəkləri ilə hissələrin qürümdan təmizlənməsi daha keyfiyyətli və məhsuldardır.
Bu üsulla mürəkkəb konfiqurasiyalı hissələri təmizləmək çətin olur. Meyvə çəyirdəkləri ilə təmizləmə xüsusi qurğularda aparılır.
Termokimyəvi metod hissələrin qələvi məhlullarında çirkin əridilməsi ilə təmizlənməsindən ibarətdir. Məhlulun temperaturu 400+200S, tərkibi isə 65% natrium hidroksiddən, 30% azot turşusundan və 5% natrium xlordan ibarət olur.
Termokimyəvi təmizləmə xüsusi qurğularda aparılır.
Təmizləmə qurğusu dörd vannadan ibarət olur. Birinci vannada isti qələvi məhlulda hissələr 5-10 dəq. saxlanılır. Burada çirklər parçalanır və dağılır.
Sonra hissələr ikinci vannada soyuq suya salınır, kəskin temperatur fərqi burda güclü buxar axını əmələ gətirir. Bu da çirklərin-ərpin, qurumun, pasın əriyərək hissələrdən tam qopmasına şərait yaradır.
Üçüncü vannada hissələrin səthləri turşulu emal nəticəsində tam təmizlənərək ağarır və qələvilərin qalıqları neytrallaşdırılır. Qara metallardan və alüminium ərintilərindən olan hissələrin bir yerdə eyni zamanda turşulu emalla təmizlənməsi 0S temperaturda fosfor turşusu (85kq/m3) və xrom anhidiridi (125 kq/m3) məhlulunda aparılır.
Dördüncü vannada hissələr qaynar suda yuyulur. Yumanın tam tsikli 20-25 dəqiqə təşkil edir. Hissələrin konteynerdə vannadan-vannaya keçməsi elektrotelfer vasitəsilə aparılır.
Kombinələşdirilmiş üsullara ultrasəs, vibroabraziv və elektrohidravlik effekti aid etmək olar. Xırda hissələrin (klapanların, itələyicilərin, normal hissələrinin və s.) keyfiyyətli təmizlənməsi maye doldurucuya malik fırlanan barabanlarda aparılır. Maye doldurucu kimi ağ neft, dizel yanacağı lobomid 203 və ya YM-8 istifadə edilir.
Yuma keyfiyyətini yüksəltmək üçün bəzən konteynerə rəqsi hərəkət verilir. Mürəkkəb konfiqurasiyalı xırda hissələrin (elektrik avavdanlığı və qida sitemi hissələrinin) təmizlənməsində ultra səsə malik yuma qurğularından istifadə olunur.
Təmizlənəcək hissələr məhlul olan vannaya yığılır. Ultrasəs vasitəsilə məhluda rəqsi hərəkət-köpüklənmə əmələ gətirilir. Bu da öz növəbəsində hissələrin səthlərinə zərbələrlə təsir edərək (kavitasiya) onları çirkdən təmizləyir. Yuyucu məhlul kimi YM və Labomidin sulu məhlullarından istifadə olunur. Qatıldıq 10+30kq/m3, temperatur 55-650S götürülür.