Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə19/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

MÖVZU 8 . TEXNOLOJİ PROSESLƏRİN
TİPLƏŞDİRİLMƏSİ

Əvvəlcə texnoloji prosesin layihələndirilməsi (TPL) haqqında.


TPL -nin əsas məqsədi məmulatın verilən proqrqmda, yüksək keyfiyyətlə və minimum xərclərlə istehsalını və ya təmirini təmin etməkdən ibarıtdir.
Hissənin emal prosesində və hazır məhsul kimi qəbulu zamanı onun işçi çertyocu əsas sənəd kimi qəbul edilir.
TPL -də əsas şərtlərdən biri də istehsal proqramıdır. Hissələr üzrə illik istehsal proqramı aşağıdakı ifadə ilə təyin edilir

Burada: NiL – buraxılan məmulatın illik sayı;
Dm – məmulatda olan hissələrin sayı;
P – ehtiyat hissələrinin faizidir.
Texnoloji prosesin tərtibi iki mərhələdən ibarətolur:
1) Əməliyyat planının - marşrut xəritəsinin tərtibindən;
2) Əməliyyatlar üzrə texnoloji xərirənin tərtibindən.
Marşrut xəritəsində hissələrin sexlərdən keçmə ardıcıllığı ,əməliyyatlar üzrə xəritədə isə sexdə yerinə yetiriləcək bütün texnoloji əməliyyatlar göstərilir.
Beləliklə, texnoloji prosesin lyihələndirilməsi müvafiq mərhələlər üzrə aparılır.


HİSSƏLƏRİN SİNİFLƏRƏ BÖLÜNMƏSİ.

Maşin hissələrinin müxtəlif forma, ölçü və səthi kələkötürlüyə malik olması onların istehsal prosesində müəyyən çətinliklər yaradır. Bu çətinlikləri aradan qaldırmaq üçün əvvəlcə hissələr konstruktiv - texnoloji bircinsliliyinə görə təsnifatlandırılır, yəni siniflərə bölünür, sonra həmin qrup hissələr üçün tipik texnoloji proseslər tərtib edilir.


Hissələr siniflərə bölünərkən onların forma və ölçüləri, səthi keyfiyyəti və dəqiqliyi,materialı,istehsal həcmi və xarakteri nəzərə alınır.
Maşınqayırmada texnoloji proseslərin tipləşdirilməsi ideyasını professor A.P. Sokolovski vermişdir. O,maşın hissələrini 15 sinfə bölməyi təklif etmişdir.
Professor F.S. Demyanyuk avtomobil hissələrini 6 sinfə bölmüşdür:


1) gövdə hissələr; 2) dairəvi millər; 3) içi boş silindrlər; 4) diisklər; 5) dairəvi olmayan millər; 6) bərkitmə detalları.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin