Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


Lak-rəng örtüklərinin qurudulma üsulları



Yüklə 0,82 Mb.
səhifə66/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Lak-rəng örtüklərinin qurudulma üsulları
Lak-rəng örtüklərinin çəkilməsinin vacib mərhələlərindən biri onların qurudulmasıdır. Rənglənmiş məmulatların qurudulması təbii halda 18-230S temperaturda, nisbi rütubət 70%-dən çox olmamaq şərtilə və süni halda 60-1750S temperaturda aparılır.
Təbii qurutma uzunmüddətli (2-48 saat) olur, yaxşı qızdırıla bilən və ventilyasiya qurğuları olan otaqlarda aparılır.
Sintetik emalla rənglənən obyektləri qurutmaq üçün süni qurutmadan istifadə olunur. Süni qurutma suya, yağa, buxara və qaza qarşı yüksək möhkəmliyi təmin edir. Proses fasiləsiz və az vaxt ərzində yerinə yetirilir.
Süni qurutma üsullarının konvensiya, termoradiasiya və induktiv növlərindən istifadə edilir.
Konvensiya üsulunda hissələrin rənglənmiş səthlərinin qurudulması sirkulyasiya edə bilən isti hava ilə aparılır. Konvensiya üsulu ilə qurutmanın mənfi cəhəti ondan ibarətdir ki, burada rəngin quruması örtük səthi tərəfdən (xaricdən) baş verir. Bu halda səthi təbəqədə əmələ gələn plyonka örtüyün alt təbəqələrinin qurumasını çətinləşdirir.
Qurutma prosesində əmələ gələn həlledicilərin buxarı örtüyün dağılmasına və onda məsamələrin əmələ gəlməsinə səbəb olur (şəkil 24.1 a)
Şəkil 24.1. Rənglənmiş hissələrin qurudulma üsulları: a) isti hava ilə qurutma; b) infraqırmızı şüa ilə qurutma; 1 – qabıq; 2 – qurumamış qat; 3 – məmulat; 4 – həlledicinin buxarları
Termoradiasiya üsulunda qurutma prosesi lak-rəng örtüyünün və hissənin rənglənən səthinin infra qırmızı şüaları udmasına əsaslanır. Metal səthin qızdırılması şüa enercisinin istilik enercisinə çevrilməsi nəticəsində baş verir.
Termoradiasiya ilə qurutmanın digər üsullara nisbətən müəyyən üstünlükləri vardır. İnfraqırmızı istilik şüaları yüksək keçicilik qabiliyyətinə malik olduğundan rəng plyonkasından keçərək metal təbəqə tərəfindən udulur və onu sürətlə qızdırır. Quruma prosesi metal səth tərəfindən örtük təbəqəsi istiqamətində gedir. Bu isə rəng qatlarından həlledicilərin buxarlanmasını sürətləndirir. Həlledicilərin qızmış buxarları hələ qurumağa macal tapmamış rəng örtüyündən maneəsiz keçərkər örtük təbəqəsinin tez qurumasını təmin edir (şəkil 24.1 b).
Termoradiasiya ilə qurutma zamanı istilik enerci mənbəyi kimi lampalı şüalandırıcılardan və boru şəkilli metallik termoşualandırıcılardan istifadə edilir.

ƏDƏBİYYAT


1. Məmmədov H.N. Avtomobillərin istehsalı və təmiri.


Dərslik. Bakı, “Təhsil” NPM, 2003-cü-il, 290 s.
2. Məmmədov H.N.Avtomobillərin təmiri. Dərs vəsaiti
(I və II hissə). Bakı 1993. AzTU, mövqe 18.
3. Mamedov Q.N. O speüializaüii ARP na osnove
aqreqatnoqo metoda remonta avtomobiley. Baku. AzPİ,
Tem. sb. 1987.
4. Mövlazadə V.Z., Rəsulov N.M. və b. Maşınqayırma
tex­no­logiyası. I hissə. Bakı. Çaşıoğlu, Təhsil. 1995, 386 s.
5. Ümid Y.M., Xəlilov Ə. Maşınqayırma
texnologiyasının əsasları. Bakı. AzTU, 1987. 148 s.
6. Texnoloqiə remonta avtoobiley. Pod red.
L.V.Dexterinskoqo. M.: Transport, 1979 – 342 s.
7. Texnoloqiə avtorementnoqo proizvodstva. Uçebnik pod
red. K.T.Koşkina. –M.: Transport, 1969 – 568 s.
8. Remont avtomobiley. Pod. red. S.İ.Rumənüeva. –M.:
Transport, 1988 – 328 s.
9. Şadriçev V.A. Osnovı texnoloqii avtostroeniə i
remont avtomobiley. Uçebnik. -L.: Maşinostroeniə
1976, 560 s.
10. Malışev Q.A. Avtoremontnoe proizvodstvo. –M.:
Transport, 1972 – 200 s.
11. Maslov N.N. Kaçestvo remonta avtomobiley. –M.:
Transport, 1975 – 320 s.
12. Remontopriqodnostğ maşin. Pod. red. P.N.Volkova. –
M.: Maşinos
13. Qurin F.V., Klepikov V.D., Reyn V.V. Texnoloqiə
avtotraktorostroeniə. Uçebnik. –M.: Maşinostro-
enie, 1981. –295 s.
14. Qurin F.V. Texnoloqiə avtomobilestroeniə. –M.:
Maşinostroenie, 1975. –328 s.
15. Korsakov V.S. Osnovı texnoloqii maşinostroeniə. –
M.: Vısşaə şkola, 1978. –335 s.
16. Belousov A.P. Proektirovanie stanoçnıx
prisposobleny. –M.: Vısşaə şkola, 1980. –240 s.
17. Kontrolğ kaçestva produküii maşinostroeniə. Pod.
ped. Artesa A., G., Standart, 1974. 448 s.
18. Dexterinskiy L.V. Nekotorıe teoretiçeskie voprosı
tex­noloqii remonta maşin. –M.: Vısşaə şkola, 1970
– 176 s.
19. Dömin İ.E., Kakueviükiy V.A., Silkin A.S.
Sovremennıe metodı orqanizaüii i texnoloqii
remonta avtomobiley. –Kiev. Texnika, 1974 – 519 s.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin