Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə2/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Kursun vəzifələri:
1. Avtomobillərin istehsal və təmir texnologiyasının
əhəmiyyətini və mahiyyətini dərindən mənimsəmək;
2. Avtomobillərin təmir texnologiyasının əsasını təşkil edən, bərpa olunan detalların mexaniki emalını, avtomobil və aqreqatların yığılmasını, keyfiyyətə nəzarət və digər məsələləri mənimsəmək üçün avtoqayırma texnologiyasının əsaslarını mənimsəmək;
3. İstehsalat eksperimentlərinin aparılmasının nəzəriyyəsi və metodikası ilə tanış olmaq və onların həyatda tətbiqi üçün ilk vərdişlər yaratmaq;
4. Bərpa (təmir) istehsal sisteminin analiz və sintezi əsasında avtomobillərin təmiri və servisi sahəsində əsas mühəndis məsələlərini həll etməyi öyrətməkdir.
Maşınların, o cümlədən, avtomobillərin bərpa elminin predmeti - geniş təkrar istehsalın imkan və tələblərinə uyğun olaraq,onların istismar xüsusiyyətlərinin bərpasının texnoloji sistemidir.
Maşınların bərpa elminin obyekti isə təmir (bərpa) istehsalıdır (avtomobildir- maşındır).
Avtomobillərin istehsalı və təmiri “fənni iki bölmıdən ibarət tədris edilir:
1. Avtomobillərin istehsal texnologiyasının əsasları;
2. Avtomobillərin təmir texnologoyası.
Birinci bölmədə avtomobillərin istehsalı ilə əlaqədar olan: istehsal və texnoloji proseslər, pəstahların hazırlanma üsulları, mexaniki emal dəqiqliyi, hissələrin bazalaşdırılması, balanslaşdırılması, dəzgah tərtibatları, texnoloji proseslərin tipləşdirilməsi və statistik nizamlanması, yığım texnologiyasının əsasları, avtomobil və aqreqatların yığılması və sınağı mücərrəd şəkildə təqdim edilir.
İkinci bölmədə: avtomobillərin təmir sistemi və metodları; avtomobil təmirinin təşkili; sökmə-yuma işləri; hissələrin bərpa üsulları və sairə məsələlər geniş şərh edilir.

BİRİNCİ BÖLMƏ


AVTOMOBİLLƏRİN İSTEHSAL TEXNOLOGİYASININ
ƏSASLARI


MÖVZU 1. İstehsal və texnoloji proseslər

Əvvəlcə texnologiya sozünə aydınlıq gətirək.


Texnologiya nədir?
Texnologiya - istehsal (sənaye) haqqında elmə deyilir.
Avtomobil sənayesi ən müasir və inkişaf etmiş texnologiya ilə səciyyələnir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin