Texnoloji proseslərdə əməliyyatların iki növ icra metodları vardır: differensasiyalı və konsentrasiyalı.
Differensasiyalı texnoloji proses bir neçə sadə əməliyyatlardan ibarət oluır və az sayda kəskilərdən istifadə edilir.
Konsentrasiyalı texnoloji proses bir neçə mürəkkəb əmıliyyatlardan ibarət olur. Burada bir səthin emalında çox sayda kəskidən istifadə edilir.
Texnoloji proseslər tipik, marşrut və əməliyyat prinsipi üzrə yerinə yetirilir.
İSTEHSALIN NÖVLƏRİ.
İstehsalın növü müəssisənin illik istehsal proqramına əsasən təyin edilir. Maşınqayırmada istehsalın üç növü vardır:
- fərdi;
- seriyalı;
- kütləvi.
Fərdi istehsalda illik proqram şərti olaraq 10, kiçik seriyalı İstehsalda 10 - 200, orta seriyalı istehsalda 200 - 500, iri seriyalı istehsalda isə 500 - 5000 ədəd olur.Kütləvi istehsalda illik proqram 5000 - dən çox nəzərdə tutulur.
Fərdi istehsala misal olaraq yeni avtomobil nümunələrinin hazırlanmasını göstərmək olar.
Fərdi istehsalda universal tərtibat və dızgahlardan, standart kəsici və ölçü alətlərindən istifadə olunur.işçilərin ixtisas dərəcəsi və məhsulun maya dəyəri yüksək olur.
Seriyalı istehsalda texnoloji proses differensiallaşır.Ayrı - ayrı əməliyyatlar müxtəlif dəzgahlarda yerinə yetirilir. Seriyalı istehsalda daha məhsuldar avadanlıqdan, tərtibat və kəsici alətlərdən istifadə edilir. Ona görə də seriyal istehsal daha qənaətli hesab edilir.
Seriyalı istehsala misal olaraq dəzgahqayırmanı, avtotəmir zavodlarını və s .göstərmək olar.
Kütləvi istehsal kiçik nomenklatura və böyük həcmdə məmuiatların bir neçə il müddətində fasiləsiz hazırlanması ilə xarakterizə olunur. Bu isə yüksək məhsuldarlığa malik xüsusi tərtbat və alətlərdən istifadə etməyi imkan verir. Kütləvi istehsal ən səmərəli istehsal hesab edilir. Avtomobil və traktorlar kütləvi üsulla istehsal olunur.
MÖVZU 2. TEXNOLOJİ PROSESİN TEXNİKİ
NORMALAŞDIRILMASI
Normalaşdırma əməyin vaxt ərzində ölçülməsinə deyilir və yalnız əməyin təşkil edilməsi nəticəsində mümkün olur.T.N.-iş vaxtının itkisini aşkar etməyə və əmək məhsuldarlığını sistematik yüksəltməyə imkan verir
Texniki normalaşdırmanın əsas göstəriciləri texniki vaxt norması və hasilat normasıdir.
Dostları ilə paylaş: |