Pəstahların təzyiq üsulu ilə hazırlanması.
Avtomobil istehsalında çox sayda hissələr təzyiq üsulu ilə hazırlanır. Bu proses yüksək məhsuldarlığa malik olmaqla, metalın mexaniki xüsusiyyətlərini yaxşılaşdırır və metal sərfi az olur. Pəstahların təzyiq üsulu ilə hazırlanması metalın plastiklik xüsusiyyətinə əsaslanır.
Plastik deformasiyanın ən geniş yayılmış növü isti ştamplamadır. Avtomobil istehsalında isti ştamplama ilə yanaşı soyuq ştamplama, döymə, yayma, kalibrləmə, üz döyəcləmə, genişləndirmə, valslama və s. üsullarda geniş tətbiq edilir.
Ştamplama əməliyyatı açıq və qapalı ştamplarda çəkiclərlə və ya ştamplama preslərində, eləcədə horizontal döymə maşınlarında yerinə yetirilir.
İsti ştamplama ilə poladdan olan dirsəkli və qazpaylayıcı valların, dönmə sapfalarının, kardan və diferensial xaçlarının, ötürmə qutusu və arxa körpünün dişli çarxlarının və s. pəstahları hazırlanır, isti ştamplama və döymə proseslərində metal plastik deformasiya temperaturuna qədər (karbonlu poladlar üçün 1100-12500S) qızdırılır.
Dirsəkli və paylayıcı valların pəstahlarının döymə preslərində ştamplanmasında mexaniki emal payı 24-45% azalır, məhsuldarlıq isə 1,5- 2 dəfə artır, isti ştamplamadean süonra, mexaniki emaldan əvvəl, pəstahlar normallaşdırma əməliyyatına uğradılır. Soyuq ştamplama ilə polad təbəqələrdən olan banın - kuzovun detalları,təkər diskləri, mühərrikin yağ karteri .tormoz kameralarının gövdələri və s. hissələr hazırlanır. Soyuq ştamplama ilə həmçinin,metizlər- bolt-qayka, sancaq, şayba və s. detallar hazırlanır. Çeşidli və kalibrlənmiş poladlardan şkvorenlər,ressor və porşen barmaqları müxtəlif dartqılar və s. detallar hazırlanır.
Plastik materiallardan pəstahların hazırlanması.
Plastik kütlələrdən 1000-ə yaxın müxtəlif avtomobil hissələri hazırlanır. Bu hissələr metaldan olan hissələrə nisbətən 2-5 dəfə yüngüldür, daha böyük ömüruzunluluğa malikdir, korroziyaya qarşı davamlıdır və mexaniki emal tələb etmir. Bu səbəbdən son dövrdə istehsal olunan avtomobillərin ömüruzunluğu 20-35% artmışdır.
Avtomobil hissilərinin hazırlanmasında tekstalit, kapron, voloknit, fenol, polimer, polistrol və s.plastik materiallardan istifadə edilir. Plastik kütlələrdən hissələr presləmə ilə və təzyiq altında tökmə ilə hazırlanır.
ABŞ – da istehsal hər bir minik avtomobilində orta hesabla, 65 – 70 kq plas-tik kütlədən, 35 kq kauçuk və kimyəvi liflərdən, 20 kq lak – rəng materiallarından 2 – 3 kq müxtəlif yapışqanlardan istifadə edilir.
Plastik kütlələrdən istifadə olunması hər bir avtomobildə 100 kq metala qənaət etməyə imkan verir.
Plastik kütlənin genişlənmə əmsalı metala nisbətən 10 – 20 dəfə çox olduğundan, yüksək temperatur onda gərginliyin, deformasiyanın və çatın əmələ gəlməsinə səbəb olur.
Başqa sözlə plastik kütlənin əsas çatışmayan cəhətləri: istiliyə davamlılığının və istilik keçirmə qabiliyyətinin zəif olması, uzun müddətli və dəyişən qütblü yükləməyə qarşı həssas olması və s. göstərilə bilər. Plastik kütlədən əksər hallarda dekorativ məqsədlər üçün istifadə edilir.
Tekstalitdən paylayıcı valın dişli çarxı, yanacaq nasosunun klapanı, kürəcikli oynağın dayaq həlqəsi və digər hissələr hazırlanır.
Dostları ilə paylaş: |