Dəqiqlik - hər hansı bir predmetin istehsal və ya təmir keyfiyyətini xarakterizə edən əsas parametrlərdən biridir.
Avtomobilin etibarliliğı və ömüruzunluluğu onun hissələrinin hazırlanma dəqiqliyindən cox asılıdır.Hissələrin emal dəqiqliyi nisbi anlayışdır. Çünki, hər hansı bir hissənin dəqiqliyi onun ideal ölçüləri ilə müqayisə nəticəsində müəyyən edilir.
Hissənin hazırlanma dəqiqliyi dedikdə, onun həndəsi parametrlərinin işçi cizgisində konstuktor tərəfindən verilən partametrlərlə uyğunluq dərəcəsi kimi başa düşülür.
Hissələrin dəqiqliyini xarakterizə edən parametrlərə misal olaraq forma dəqiqliyini (ovallığı, konusluluğu, əyintini və s.), hissələrin ölçü dəqiqliyini, səthlərin qarşılıqlı vəziyyətini (səthlərin paralelliyini, perpendikylyarlığım, eyni oxluluğunu və s.), səthlərin keyfiyyət göstəricilərini ( kələ-kötürlüyü, səthi bərkliyi, termiki emalını və s) göstərmək olar.
Mexaniki emal dəqiqliyi iki üsulla:
- fərdi (yəni, kəsici aləti ölçüyə uyğun yerləşdirməklə) və - avtomatik (avtomatlaşdırılmış istehsalda) üsulla təmin edilir. Birinci üsuldan fərdi və kiçik seriyalı İstehsalda istifadə olunur. İri seriyalı və kütləvi istehsalda isə dəqiqlik dəzgahı əvvəlcədən sazlamaqla - avtomatik üsulla təmin edilir.
Dəqiqliyi təmin edən emal üsulu seçilərkən onun iqtisadi səmərəliliyi nəzərə alınmalıdir. Qeyd edək ki, emal dəqiqliyi xətalarla səciyələndirilir. Yəni, emal dəqiqliyi emal xətaları ilə tərs mütənasibdir. Bunu qrafiki olaraq göstərmək də olar.
Bəzi hallarda emal qiyməti istehsal proqramından asılı olaraq təyin edilir:
C = a . N - b Burada C -emal qiyməti, N - zavodun istehsal proqramı, a və b -əmsallardır.
Dəqiqlik emal üsulu ilə yanaşı, hissənin materialından və emal payından da asılıdır.
Mexaniki emal prosesində hissələrin həqiqi parametrlərinin tələb olunan qiymətdən meyllənməsi müxtəlif xətalar üzündən baş verir.
Tələb olunan emal dəqiqliyini təmin etmək üçün texnoloji proses tərtib edilir, müvafiq avadanlıq, tərtibat, alətlər və s. seçilir.
Mexaniki emal prosesində dəzgah - tərtibat - alət - hissə (DTAH) elastik bir sistem təşkil edir və bu sistem texnoloji DTAH sistemi adlanır. Bu elementlərdən hər biri pəstahın emal dəqiqliyinə bu və yə digər dərəcədə təsir edərək xətaların əmələ gəlməsinə səbəb olur. Beləliklə, mexaniki emal prosesində xətalar aşağıdakı səbəblərdən baş verir:
1. Dəzgah və tərtibatların qeyri dəqiq hazırlanması və
onların yeyilməsi;
2. Kəskilərin qeyri-dəqiq hazırlanması və yeyilməsi;
3. DTAH - sisteminin elastik və temperatur deformasiyası;
4. Emal zamanı hissədə yaranan daxili gərginlik nəticəsində
yaranan deformasiya;
5. Dəzgahın qeyri normal sazlanması;
6. Pəstahın düzgün bazalaşdırıimaması, qeyri dəqiq ölçmə və s.
Göstərilən faktorların emal dəqiqliyinə təsir dərəcəsi müxtəlif və əsasən istehsalın tipindən asılı olur.
DTAH texnoloji sisteminin elastik deformasiyasi kəsmə qüvvəsinin təsiri nəticəsində əmələ gəlir. Kəsmə qüvvəsinin üç toplananından Px, Py və Pz emal edilən səthə ən çox radial istiqamətdə təsir edən Py qüvvəsidir.
Sistemin deformasiya etməsinə səbəb olan qüvvələrə müqavimət göstərmə qabiliyyəti, sistemin sərtliyini xarakterizə edir.
DTAH sisteminin sərtliyi (c) – emal edilən səthə radial istiqamətdə təsir edən Py kəsmə qüvvəsinin sistemin deformasiyasına (V) olan nisbətidir
C = Py / V Kq/mm.
Sərtliyin tərs qiyməti DTAH texnoloji sisteminin elastikliyi adlanır.
W= 1 / c mm/kq
Burada sistemin deformasiyası aşağıdakı ifadə ilə təyin edilə bilər:
V= Py / c = Py W mm