bazaların üst - üstə düşmə, dəyişməzliyi və altı nöqtə qaydaları.
Bu qaydalardan altı nöqtə qaydası daha böyük əhəmiyyət kəsb edir.
Altı nöqtə qaydası. Hissənin emal prosesində yerləşdirilməsi zamanı onun sərbəstlik dərəcəsinin minimuma endirilməsi emal dəqiqliyinin təmin edilməsinin ən vacib şırtlərindın biridir. Məlumdur ki, emal edilən hissə, bütün sərbəst bərk cisimlər kimi, altı sərbəstlik dərəcəsinə malikdir. Bu sərbəstlik dərəcələri koordinat sistemində üç ox ətrafında fırlanma və bu oxlar üzrə irəli - geri (yerdəyişmə) hərəkətlərindən ibarətdir.
Yəni, cismin vəziyyətini üç qarşılıqlı perpendikulyar müstəvilər üzərində yerləşən altı tərpənməz nöqtə ilə xarakterizə etmək olar. Burada hər bir nöqtə cismin bir sərbəstlik dərəcəsini məhdudlaşdırır və buna altı nöqtə qaydası deyilir.
Şəkildə 1; 2 və 3 nöqtələri XOZ müstəvisi üzərində yerləşir və cismi üç sərbəstlik dərəcəsindən: OY oxu boyunca yerdəyişmə, OX və OZ oxları ətrafında fırlanma hərəkətlərindən məhrum edir.
XOZ müstəvisi əsas baza müstəvisi adlanır.
4 və 5 nöqtələri YOZ müstəvisi üzərində hissənin iki sərbəstlik dərəcisini: OX oxu boyunca yerdəyişmə və OY oxu ətrafında fırlanma hərəkətlərini məhdudlaşdırır.
YOZ müstəvisi istiqamətləndirici baza müstəvisi dalanır.
6 nöqtəsi XOY müstəvisi üzərində pəstahın sonuncu sərbəstlik dərəcəisini - OZ oxy üzrə yerdəyişmə hərəkətini məhdudlaşdırır. OZ - müstəvisi dayaq baza müstəvisi adlanır.
Bazalaşdırma seçilmiş koordinat sistemində hissənin sərbəstlik dərəcələrinin məhdudlaşdırılmasını xarakterizə edir. Bəzi hallarda hissənin hansı sərbəstlik dərəcəsinin məhdudlaşdırildiğinı təyin etmək çətin olur. Bu halda hissənin qalan sərbəstlik dərəcəsini təyin etmək daha əlverişlidir.
SƏTHİN KEYFİYYƏT XARAKTERİSTİKALARI. Avtomobil hissələrinin yeyilməyə qarşı davamlılığı, etibarlılığı, yorulma möhkəmliyi, korroziyaya qarşı dözümlüyü və s. emal dəqiqliyi ilə yanaşı onların səthi keyfiyyətlərindən də asılıdır. Hissələrin səthi keyfiyyəti onun həndəsi xarakteristikaları və səthi təbəqinin fiziki - mexaniki xüsusiyyətləri ilə təyin edilir.
Səthi təbəqənin həndəsi xarakteristikalarına kələ - kötürlük , səthin forması (konusluluq, ovallıq), kəsmə emal izlərinin - səthin nahamarlıqlarının istiqaməti və dalğalılığı aid edilir.
Fiziki-mexaniki xüsusiyyətlərə səthi təbəqənin stukturu, bərkliyi, döyənəklənmə dərinliyi və qalıq gərginlik daxildir.
Bütün bu xüsusiyyətlər plastik deformasiyanın qiymətindən, mexaniki emal zamanı səthi təbəqədə əmələ gələn struktur çevrilmələrdən asılıdır.
Həndəsi xüsusiyyətlərdən mexaniki emal dəqiqliyinə ən böyük təsir göstərəni səthin kələkötürlülüyüdür.