Tərtbatın qüvvə elementləri. Dəzgah tərtibatlarında sıxıcı qurğuların mexanikləşdirilmiş qüvvə intiqallarından geniş istifadə olunur. Qüvvə eiementləri sadə idarə olunur, tez təsirilidir, stabil sıxıcı qüvvə yaradır məhsuldardır və s.
Qüvvə elementləri pnevmatik, hidravlik, pnevmo- hidravlik .elektromexaniki, hidromexaniki, vakuumlu, elektromaqnitli və s. növlərə bölünür.
Avtoqayırmada ən geniş istifadə olunan pnevmatik, hidravlik və pnevmohidravlik qüvvə elementləridir.
Pnevmatik qüvvə intiqalları diafraqmalı və porşenli növlərə bölünür, birtərəfli və ikitərəfli təsirə malik olurlar. Diafraqmalı pnevmatik qüvvə elementləri pnevmokameralar, porşenli pnevmatik elementlər isə pnevmosilindrlər adlanır.
Pnevmokameralarda yaradılan təzyiq 0,4- 0,6 MPa, pnevmosilindrlərdə yaradılan təzyiq isə 6,0-10 MPa olur.
İstiqamətləndirici elementlər. Tərtibatın istiqamətləndirici elementlərinə konduktor oymaqları, xüsusi oymaqlar, köçürmə lövhələri (kopirlər) və s. aid edilir. Konduktor oymaqlarından hissələrdə yuvaların emalı zamanı burğu,zenker.rayber və s. istiqamətləndirilməsində
istifadə edilir. Kopirlərdən avtomat və yarım avtomat dəzgahlarda kəsici alətin şablon üzrə hərəkətini təmin etmək üçün istifadə edilir.
Konduktor oymaqları daimi, tez çıxarıla bilən və xüsusi növlərə bölünür. Polad U 10, U 12 materiallarından hazırlanır, bərkliyi HRC 60 - 65 -ə çatdırılır.Konduktor oymaqlqrından deşmədə 10-15 min dəfə, razvyotkalamada isə 15 - 20 min dəfə istifadə etmək olur.Konduktor plitəsində yerləşdirilərkən oymağın alt yanağı ilə hissə arasındakı məsafə (0,33 - 1,0) d ,kar deşiklərin emalında isə 1,5 d götürülür.
Bölücü qurğulara dönmə masaları və fiksatorlar aid edilir. Şaquli ox ştrafında fırlanan masalar sadə qurluşa malik olduğundan daha geniş tətbiq edilir. Masanın fiksatoru adətən, alət (U 8 ,1)10, U12) poladlarından hazırlanır və bərkliyi HRC 60 -65 -ə qədər tablandırılır.
Tərtibatların göbdələri üzərində onların bütün elementləri quraşdırılır. Tərtbatı gövdəsi ,emal prosesində sıxıcı və kəsici qüvvələrə məruz qaldığına görə .möhkəm və sərt olmalıdır ki, emal prosesində titrəmə və deformasiya halları baş verməsin.
Tərtibatın gövdəsi adətən, boz çuqundan tökmə ilə, polad plitələrdən və çeşidli -yayma poladlarından qaynaq etməklə,ayrı -ayrı hissələrdən yığma üsulu ilə hazirlanır.
Tərtibatın əsas elementlərindən əlavə müxtəlif köməkçi elementləri də olur. Bəzən tərtibatların hazırlanmasında təmir olunmuş avtomobil detallarında da istifadə edilir.
Tərtibatın layihəsi texnoloq tərəfindən verilən tapşırığa əsasən hazırlanır və bəzi hissələri möhkəmliyə hesablanır.