- axın üsulundan istifadə edilir.
Axın üsulundan tam komplektli avtomobillərin yığılmasında və proqram böyük olduqda mühərrik və digər aqreqatların yığılmasında istifadə edilir.
Axın üsulu ilə yığma işləri fasiləli konveyerlərdə aparılır.
Mühərrikin axın üsulu ilə yığılması fasiləli konveyerlərdə, konveyer tipli estakadalarda və arabacıqlarda ,arxa və qabaq körpülərin yığılması paralel lövhələr üzərində, ötürmə qutularının və sükan mexanizmlərinin yığılması isə cox mövqeli stendlərdə təşkil edilir.
Universal postlar üsulundan həm yığma, həm də sökmə işlərində istifadə edilir. Burada bütün əməliyyatlar bir briqada tərəfindən yerinə yetirilir. Bu üsuldan fərdi və kiçik seriyalı istehsalda istifadə olunur.
Yığılmış düyün və aqreqatların nəql edilməsində (sınaq çöbəsinə,ümumi yığma xəttinə, anbara və s.) asma konveyerlərdən, monorelslərdən, elektrik telferlərindən və s. istifadə edilir.
Texnoloji prosesin son və tamamlayıcı əməliyyatlarından biri aqreqatların uyuşdurulması və sınağıdır.Stend üzərində uyuşdurma üç mərhələyə bölünür: soyuq sınaq, boş işləmə recimində isti sınaq və yüklənmiş recimdə isti sınaq.
Avtomobilin sınağı diaqnostika stendi üzərində və müəyyən yürüş etdirməklə aparılır. Yürüş sınağı zamanı avtomobilin bütün birləşmə, mexanizm və sistemlərinin sazlığı iş etibarlılığı yoxlanılır.
27.11.2014.
İKİNCİ BÖLMƏ
AVTOMOBİLLƏRİN TƏMİR TEXNOLOGİYASI Mövzu 13. Avtomobillərin təmir sistemi və təmirin növləri Məlumdur ki, bütün maşınlar, eləcə də avtomobil nəqliyyatının hərəkət tərkibi üçün texniki xidmət və təmirin planlı-xəbərdarlıq sistemi qəbul edilmişdir. Bu sistemdə təmir əvvəlcədən planlaşdırılır və avtomobillərin iş prosesində qəza imtinalarının qarşısını almağa imkan verir.
Təmirin planlı xarakteri texniki xidmət işlərinin də plana uyğun aparılmasını tələb edir.
Müasir dövrdə avtomobil təmirinə maşınqayırma texnologiyasının bir istiqaməti kimi baxılır.
Avtomobilin (və ya aqreqatın) təmiri onun itirilmiş iş qabiliyyətinin bərpasının istehsal prosesinə deyilir.
Avtomobillərin təmiri bir sıra əlamətlərinə görə səciyyələndirilir. Resursun bərpa dərəcəsindən asılı olaraq, avtomobil və aqreqatların təmirinin iki növü vardır: cari təmir və əsaslı təmir.