Əsaslı təmir (ƏT) –avtomobilin və ya aqreqatın iş qabiliyyətinin və onun resursunun tam (və ya normativ resursun 80%-i qədər) bərpası zamanı görülən əməliyyatlar kompleksinə deyilir. Bu zaman baza elementi də daxil olmaqla istənilən element bərpa və ya əvəz edilə bilər.
Tam resurs və ya ona yaxın (80%) qiymətlər normativ –texniki sənədlərdə verilir. Minik avtomobillərində və avtobuslarda baza (bazis) elementi kimi kuzov (ban), yük avtomobillərində isə çərçivə nəzərdə tutulur.
Aqreqatlarda baza elementlərinə: mühərrikdə –silindrlər bloku; ötürmə qutusunda, arxa körpüdə, sükan mexanizmində-karter; qabaq körpüdə –tir və s. aid edilir.
Avtomobillərin əsaslı təmiri onun tam sökülməsini, hissələrin yuyulub-təmizlənməsini, qüsurlaşdırılmasını, çeşidlənməsini, hissələrin bərpasını, aqreqat və düyünlərin əsaslı təmirini (və ya əvəz olunmalarını), yığılmasını, nizamlanmasını, sınağını və
lazımdır ki, hazırda avtomobillərin tam komplekt halında əsaslı təmiri aqreqatların, baza və əsas hissələrin əsaslı təmiri ilə əvəz edilməkdədir.
Cari təmir (CT)–məmulatın əsaslı təmirə qədər istismar prosesində rənglənməsini nəzərdə tutur.
Aqreqatların əsaslı təmirinə onların tam sökülməsi, hissələrin yuyulması, təmizlənməsi, qüsurlaşdırılması və çeşidlənməsi, hissələrin bərpası, yığılması, nizamlanması, sınağı və rənglənməsi daxildir.
Aşağıdakı hallarda aqreqat əsaslı təmirə göndərilir: baza və əsas hissələrin təmirə ehtiyacı olduqda, bu zaman aqreqatın tam sökülməsi tələb olunduqda, cari təmir aparmaqla aqreqatın iş qabiliyətini bərpa etmək iqtisadi cəhətcə əlverişli olmadıqda.
Qeyd etmək əmələ gələn imtina və nasazlıqların aradan qaldırılmasına deyilir.
Cari təmir sökmə, əvəz etmə, yığma, çilingər, qaynaq və başqa işlərin görülməsi ilə yerinə yetirilir.
Cari təmir aqreqatın və ya qovşağın növbəti texniki xidmətə qədər müddətdə imtinasız işini təmin etməlidir.
İstismar prosesində avtomobili texniki saz vəziyyətdə saxlamaq üçün əmək xərclərinin əsas hissəsini normativ sənədələrə əsasən cari təmir işləri təşkil edir.
Avtomobillərin təmiri planlı, qeyri planlı və reqlament üzrə də növlərə bölünür. Lakin, texniki vəziyyətinə görə, tələbatdan asılı olaraq aparılan təmir növü daha geniş tətbiq edilməkdədir.