Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ



Yüklə 0,82 Mb.
səhifə4/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

Texnoloji proses.
İstehsal predmetinin vəziyyətinin məqsədyönlü dəyişməsi ilə əlaqədar olan istehsal prosesinin bir hissəsinə texnoloji proses deyilir. İstehsal predmetinə: detal, düyün, aqreqat, avtomobil və s.aid edilir.
Texnoloji proses kəsmə emalı, qaynaq, pərçimləmə, yığma və s. texnoloji metodlarla yerinə yetirilir.
Texnoloji proses hissə və maşınlara, istehsal prosesi isə sex və ya şöbələrə aid edilir.
Mexaniki emalın texnoloji prosesi - pəstahın və ya hissənin formasının, həndəsi ölçülərinin, səthi keyfiyyətinin, mexaniki xüsusiyyətlərinin və s. tələbata uyğun dəyişdirilməsi ilə əlaqədar olan istehsalat prosesinin bir hissəsinə deyilir.
Texnoloji prosesin tərkibinə bilavasitə emalla əlaqədar olmayan təsirlərdə: pəstahın yerləşdirilməsi, emal rejimlərinin dəyişdirilməsi və s. daxil edilir.
Yığımın texnoloji prosesi - məmulatın elementlərinin (detallarının) qrup, düyün və aqreqatlara ardıcıl yığılması ilə əlaqədar olan istehsal prosesinin bir hissəsinə deyilir.
Yığımla əlaqədar olmayan köməkçi təsirlər: məsələn, bazis detalının stendə bağlanması və s. yığımın texnoloji prosesinə aid edilir.
Texnoloji prosesi yerinə yetirmək üçün texnoloji avadanlıq və ləvazimatlardan istifadə edilir.
Texnoloji avadanlıq – texnoloji prosesin müəyyən hissəsini yerinə yetirmək üçün tələb olunan istehsal vasitələrinə deyilir.
Məsələn, kəskilər, tərtibatlar, ştamp-lar, pres-formaları və s.
Mexaniki emalın texnoloji prosesi əməliyyat, yerləşdirmə, mövqe, keçid, gediş, fənd və s. elementlərdən ibarətdir.
Texnoloji əməliyyat - bir işçi yerində icra olunan texnoloji prosesin başa çatdırılmış hissəsinə deyilir.
İşçi yeri - texnoloji əməliyyatı yerinə yetirmək üçün lazım olan avadanlıqla təchiz olunmuş istehsal sahəsinin bir hissəsinə deyilir.
Əməliyyat - texnoloji prosesin əsas hesablanan elementidir. Bütün qeydiyyat, planlaşdırma, normalaşdırma və nəzarət əməliyyatlar üzrə təşkil olunur.
Yerləşdirmə - emal edilən hissənin etibarlı (tərpənməz) bərkidilməsi ilə əlaqədar yerinə yetirilən texnoloji əməliyyatın bir hissəsinə deyilir.
Mövqe - emal edilən pəstahın kəsici alətə nəzərən müəyyən vəziyyət tutmasına deyilir.
Texnoloji prosesin keçid, gediş, fənd və s. kimi elementləri də vardır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin