Mühazirələr konspekti Ümumi kurs (Elektron variantı 127 s.) Baki 2010 Ön söZ


İstismar prosesində əmələ gələn çirklənmələrin



Yüklə 0,82 Mb.
səhifə35/66
tarix04.04.2023
ölçüsü0,82 Mb.
#93041
növüMühazirə
1   ...   31   32   33   34   35   36   37   38   ...   66
Mühazirə- Avtoservis müasir texnologiyalar

İstismar prosesində əmələ gələn çirklənmələrin əsasını yağ-çirk çöküntüləri, asfalt-qətran çöküntüləri, köhnə lak-rəng örtükləri, qurum, ərp, korroziya məhsülları təşkil edir.
Texnoloji çirklənmələr toz, emal ovuntuları, abraziv dənəciklər, uyuşdurma pastalarının qalıqları və s. şəklində olur.
Avtotəmir istehsalı şəraitində təmizləmənin üç səviyyəsi müəyyən edilir: makrotəmizləmə, mikrotəmizləmə və aktivizasiya təmizləməsi.
Makrotəmizləmə hissələrin səthindən sökmə, qüsur­laş­dırma və mexaniki emala maneçilik törədən nisbətən iri hissəciklərin təmizlənməsi prosesinə deyilir.
Mikrotəmizləmə səthin mikro kələkötürlüyündən müxtəlif çirklərin (yağın, emulsiya qalıqlarının, yuyucu maddələrin, duzların, tozun və s.) təmizləmə prosesinə deyilir. Bu proses finiş və ya yığma əməliyyatlarından, eləcə də lak-rəng örtüyünün çəkilməsindən əvvəl aparılır.
Aktivasiya təmizləməsi metalın turşulu emal prosesinə və səthlərin aktiv maddələrin qalıqlarından, qoruyucu örtüklərdən və kənar maddələrdən təmizləmə prosesinə deyilir. Bu proses elektrolitik örtüklərin məsələn, xromlama, sinkləmə, dəmirləmə və s. çəkilmə proseslərindən əvvəl səthlərin təmizlənməsi məqsədilə yerinə yetirilr.
Yuyucu məhlullar. Yuma və yağsızlaşdırma prosesinin mahiyyəti hissələrin səthindən çirklərin təmizlənməsi və onların məhlulda həll edilməsindən ibarətdir.
Avtotəmir müəssisələrində yuma və yağsızlaşdırma prosesləri yuyucu maddələrin köməyi ilə xüsusi avadanlıq­dan istifadə edilərək yerinə yetirilir.
Hal-hazırda yumanın bütün proseslərində sintetik yuyuycu maddələrdən (SYM), onlar olmadıqda isə kaustik və kalsium sodalarının sulu məhlullrarından geniş istifadə edilir.
SYM-ın əsasını səthi-aktiv maddələr (SAM) təşkil edir.
SYM natrium qələvisinə nisbətən 3-5 dəfə səmərəlidir.
SYM-in toksikliyi yoxdur, yanmır, yanğına qarşı təhlükəsizdir və suda yaxşı həll olur.
Əksər hallarda yuyucu məhlullar üç-dörd müxtəlif turşu qatılıqlarından və bir-iki SAM qarışığından hazırla- nır.
SAM kimi sulfonat, NP-1 və NP-3 sulfonallarından, OS-20, OP-4, OP-10 preparatlarından, proksanol-186, sintamid-5, sintanol-DS-10, oksifos-B və KD-6 istifadə olunur.
Şırnaqlı yuma üçün Labomid 101 və YM-6 məhlulları məsləhət görülür. Məhlulların qatılığı 10-20 kq/m3, işçi temperaturları isə 70-850S olmalıdır.
SYM nöqsan cəhətlərinə şırnaqla yuma zamanı qatılıq artdıqca köpük əmələ gəlməsini göstərmək olar. Köpüklənmənin qarşısını almaq üçün məhlula 0,2-0,3% dizel yanacağı, ağ neft və ya uayt spirt əlavə etmək olar.
Qətranlı çöküntülərdə çirklənən hissələri SYM və digər məhlullarla şırnaq altında yuma mümkün olmur. Belə hissələri Labomid-203, YM-8 və YM-15 məhlullarında islatmaqla təmizləmək lazımdır. Məhlulun qatılığı 20-30kq/m3, işçi temperaturu 80-1000S olmalıdır.
İslatmaqla yuma zamanı hissələri məhlulda (vannada və s.) hərəkət etdirməklə porosesin intensivliyini 1,5-2 dəfə artırmaq olar.
Hissələrinin asfalt-qətran çöküntülərindən təmizlənməsində həlledicilərdən istifadə edilir. Xlorlaşdırılmış, aromatik və həddi həlledicilər daha geniş tətbiq olunur.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin