MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Azərbaycan Neft Komitəsinə



Yüklə 418,25 Kb.
səhifə83/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   79   80   81   82   83   84   85   86   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Azərbaycan Neft Komitəsinə ("Azərneft") 1921-ci ildə xaricdən neft avadanlıqları gətirilməsi, neft və neft məhsullarının xaricdə satışı sahəsində sərbəstlik verildi. Ali Xalq Təsərrüfatı Şurasına tabe olan bir çox sənaye müəssisələri təsərrüfat hesabına keçirildi.

Yeni iqtisadi siyasətin tətbiqi nəticəsində Azərbaycan iqtisadiyyatında müəyyən canlanma baş verdi. Azərbaycan kəndində müəyyən iqtisadi sərbəstlikdən yararlanan ortabab və varlı kəndli - qolçomaq təsərrüfatlarının xüsusi çəkisi xeyli artdı. Özünü fəhlə - kəndli hökuməti adlandıran sovet hakimiyyəti burjuaziyanın və istismarçı siniflərin güclənərək dövlət üçün təhlükəyə çevrilməsini bəhanə gətirərək 1927-ci ildə yeni iqtisadi siyasətdən imtina etdi.

Sənayeləşdirmə dövründə yeni neft emali müəssisələri də yaradılırdı. 1926-cı ildə Bakıda ilk neftayırma - krekinq zavodunun tikintisinə başlandı. 1927-1928-ci illərdə Bakıda neftayırma, ağ neft - benzin, kükürd turşusu zavodları istismara verildi. 1930-cu ildə Bakı - Batum neft kəmərinin (822 km) çəkilişi başa çatdırıldı. Kəmər neftin ölkəmizdən daha tez və rahat daşınmasını təmin edirdi.

Xalqın əsas istehlak mallarına tələbatını ödəmək üçün bu dövrdə daha çox qəzalarda yüngülyeyinti sənaye müəssisələri inşa edilmişdi. Nəticədə Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə çevrilmişdi. Sənayeləşdirmə illərində nəqliyyat sahəsində də müəyyən işlər görülmüşdü. 1926-cı ildə SSR-də ilk dəfə Bakı - Suraxanı elektrik dəmir yolu xətti işə düşmüşdü. 1940-cı ildə uzunluğu 409 km olan Bakı - Culfa dəmir yolu xəttinin çəkilişi başa çatdırılmışdı. 1937-ci ildə Bakı ilə Moskva arasında müntəzəm hava uçuşlarına başlanılmışdı.

Rus kəndlisindən fərqli olaraq Azərbaycan kəndlisi həm torpaq mülkiyyətinə, həm də məişət həyatına görə həddindən çox fərdiyyətçi idi. Ona görə də Azərbaycanda kəndli məsələsi ilə bağlı tamamilə yanlış siyasət yeridən sovet hökuməti kolxoz quruculuğuna nifrətlə yanaşan Azərbaycan kəndlisini kollektiv təsərrüfatlara yalnız inzibatizorakı tədbirlərlə cəlb etməkdən başqa yol tapa bilmirdi.

XX əsrin 30-cu illərində Azərbaycanda "kim kolxoza girməsə, o, Sovet hökumətinin düşmənidir," "ya kolxoza, ya da fövqəladə komissiyaya" şüarları kolxoz quruculuğunda əsas prinsipə çevrilmişdi.

Kollektivləşdirmə dövründə Azərbaycan kəndlisi üç təbəqədən ibarət idi: yoxsullar, ortabablar, qolçomaqlar. 1930-cu ildən elliklə kollektivləşdirmə xəttinə keçilməsilə əlaqədar yoxsullara arxalanmaq, ortababları öz tərəfinə çəkmək və qolçomaqları bir sinif kimi ləğv etmək vəzifəsi qarşıya qoyulmuşdu. Bu siyasəti həyata keçirərkən varlı kəndlilər olan qolçomaqlar bir qayda olaraq səs hüququndan məhrum edilir, bütün torpaqları və digər əmlakları müsadirə edilirdi. Yaxşı təsərrüfat qurucusu və məhsul istehsalçısı olan qolçomaqlarla çox amansız davranan sovet cəza orqanları tərəfindən onların bir hissəsi güllələnir, qalanları ailəsi ilə birlikdə Urala, Sibirə, xüsusilə Qazaxıstanın çox sərt və soyuq iqlimli bölgələrinə sürgünə göndərilirdilər. Kollektivləşdirmə dövründə "qolçomaqlıqdan salma" adı altında Azərbaycanda 200 min nəfərdən çox kəndli güllələnmiş və ya sürgünə göndərilmişdi. Azərbaycan SSR-in rəhbər orqanları kolxoz hərəkatını bir yarış kompaniyasına çevirmişdilər. Quba, Zaqatala və başqa bölgələr elliklə kollektivləşdirmə rayonu elan edilmişdi. GəncəQuba dairələri 1931-ci ilə kimi elliklə kollektivləşdirməni başa çatdırmaq uğrunda yarışa qoşulmuşdular. Sovet hökuməti zorakılıq və amansız inzibati üsullarla nəhayət ki, Azərbaycan kəndində kollektivləşdirmə tədbirlərini başa çatdıra bildi. 1937-ci ildə Azərbaycan kəndində kolxoz quruluşunun tam qələbə çaldığı rəsmən elan olundu. 1937-ci il məlumatına görə, Azərbaycanda yaradılmış kolxozlar bütün kəndli təsərrüfatlarının 86,5 faizini, bütün əkin sahələrinin 93,5 faizini özündə birləşdirirdi. Kolxozların yaranması sovet hökumətinə bütün zəhmətkeş kəndliləri kollektiv şəkildə istismar etmək imkanı qazandırmışdı.

Azərbaycan hökumətinin 1930-cu illərdə yaratdığı Maşın Traktor Stansiyaları (MTS) kütləvi kollektivləşmənin dayaq məntəqəsi olub, kolxozların yeni texnika ilə (traktor, toxum və s.) təmin edilməsində mühüm rol oynayırdı. Kollektiv təsərrüfatda birləşən kəndlilər, demək olar ki, hüquqsuz vəziyyətə düşmüşdülər. 1950-ci illərin sonuna qədər kəndlini vətəndaş saymayaraq ona pasport verməyən sovet hökuməti əslində onları təhkimli vəziyyətinə salmışdı. Kolxozçu kəndlilərin yaşadığı yeri tərk edərək başqa yerə, şəhərə yaşayış üçün getməyə, hətta qonşu təsərrüfata köçüb orada yaşamağa belə hüququ yox idi.

1930-cu illərdə zorakı kollektivləşdirmə xəttinin həyata keçirilməsinə qarşı Azərbaycan kəndində güclü müqavimət hərəkatı olmuş, üsyan və çıxışlar baş vermişdi. 1930-cu ildə Azərbaycan kəndliləri kolxozlara qalmasın - deyə etiraz forması kimi kütləvi şəkildə ev heyvanlarını kəsməyə başladılar. Nəticədə respublikada mal və heyvanların sayı yarıbayarı azalmışdı. 1930-cu ildə Azərbaycanın Gəncə, Nuxa, Zaqatala, Naxçıvan və digər bölgələrində sovet hakimiyyətinə qarşı kütləvi silahlı üsyanlar baş vermişdi. Bu üsyanların əsas səbəbi zorakı kollektivləşdirmə olsa da, Azərbaycanda sovet hakimiyyət orqanlarının kəndli ilə yanaşı, ziyalılara, din xadimlərinə düşmən münasibət bəsləməsi və bütün milli qüvvələrə divan tutulması xalqın bütün təbəqələrinin sovet rejiminə qarşı silahlı mübarizəyə qoşulmasına təkan vermişdi.

1930-cu ildə Naxçıvanda_və_Ordubadda'>NaxçıvandaOrdubadda, Ermənistanın türklər yaşayan Vedibasar Zəngəzur bölgələrində minlərlə kəndlinin qoşulduğu antisovet hərəkat çox geniş miqyas almışdı. Üsyançılar kollektivləşmə siyasətindən vaz keçilməsini, ərzağın hökumətin qoyduğu qiymətlərlə deyil, sərbəst şəkildə satılmasını və terrora son verilməsini tələb edirdilər. Üsyançılar Naxçıvanda, hətta sovet hakimiyyətini devirib, yerli hökumət yaratmışdılar. Bu üsyan da yatırılmış və üsyançılara divan tutulmuşdu.

Sovet hakimiyyəti Azərbaycanda ali təhsil sisteminin yaradılmasına 1920-ci illərin əvvəllərində başlamışdı və ədalət naminə demək lazımdır ki, bu sahədə xeyli iş görmüşdür. 1921-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Şərqdə ilk Konservatoriya və Ali Rəssamlıq məktəbi, 1929-cu ildə Gəncədə Kənd Təsərrüfatı İnstitutu açılmışdı. Lakin hələ Cümhuriyyət dövründə - 1919-cu ildə açılmış Bakı Dövlət Universiteti müxtəlif İnstitutlara bölündüyündən 1930-cu ildə bağlanmışdı. Universitetin fakültələri əsasında Azərbaycan Tibb İnstitutu və başqa İnstitutlar yaradılmışdı. Bakı Dövlət Universiteti 1934-cü ildən Azərbaycan Dövlət Universiteti kimi yenidən fəaliyyətə başlamışdır. Neft sənayesi sahəsində yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac yarandığından 1934-cü ildə Politexnik İnstitutu Neft İnstitutuna çevrilmişdi.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin