MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə80/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   76   77   78   79   80   81   82   83   ...   95
Azərbaycan tarixi mühaziərlər 2020

Azərbaycan Parlamenti aprel ayının 27-də rus ordusunun təzyiqləri altında hakimiyyətin Azərbaycan müsəlman kommunistlərinə təhvil verilməsi haqqında qərar qəbul etdi. Hakimiyyətin təhvil verilməsi haqqındakı razılaşmada Azərbaycanın müstəqilliyinin qorunub saxlanması, Azərbaycan Kommunist Partiyasının yaratdığı hökumətin müvəqqəti orqan olacağı, Qırmızı Ordunun döyüşlə Bakı şəhərinə daxil olmasına yol verilməyəcəyi və s. kimi çox mühüm şərtlər əks olunsa da, bunlardan heç birinə əməl olunmadı. Razılaşmadan bir neçə saat sonra XI Qırmızı Ordu Bakıya daxil olaraq şəhəri işğal etdi. Beləliklə, bütün beynəlxalq hüquq normalarına zidd olaraq Rusiyanın hərbi təcavüzü nəticəsində dünya ölkələri tərəfindən tanınmış Azərbaycan Xalq Cümhuriyyəti süquta uğradıldı və dövlətimizin ərazisi işğal edildi. Bolşeviklər hakimiyyəti qəsb etdilər. Bu hadisələrin fəal iştirakçısı olmuş yerli kommunist Həmid Sultanov Azərbaycanda Sovet hakimiyyətinin necə qurulmasını belə etiraf etmişdi: “Sovet hakimiyyəti Azərbaycana hazır formada, Rusiyanın XI ordusunun süngüsü ilə gətirildi.”

Azərbaycan Xalq Cümhuriyyəti uğursuz sonluğa baxmayaraq, xalqımızın tarixində mühüm rol oynadı. Cümhuriyyətin yaranması ilə Azərbaycan XIX əsrin əvvəllərində itirdiyi dövlətçiliyi yenidən bərpa etdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaranışı bütün Müsəlman Türk Dünyası üçün çox əlamətdar hadisə idi. Çünki Azərbaycan dövləti Qərb ölkələri tərəfindən rəsmi şəkildə tanınan ilk türk və müsəlman respublikası idi.


Ədəbiyyat:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016, s.249-258,260-279

2.Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,s.258-260

3.XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.s.182-190



Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin