MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


Heydər Əliyevin Respublikada hakimiyyətə qayıtması ilə siyasi böhranın aradan qaldırılması



Yüklə 418,25 Kb.
səhifə91/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   87   88   89   90   91   92   93   94   95
Azərbaycan tarixi mühaziərlər 2020

Heydər Əliyevin Respublikada hakimiyyətə qayıtması ilə siyasi böhranın aradan qaldırılması

Azərbaycanı siyasi böhrandan çıxarmağa və dövlətçiliyimizi labüd məhvdən xilas etməyə qadir olan yeganə şəxsiyyət böyük siyasətçidövlət xadimi Heydər Əliyev idi. Heydər Əliyev 1990-cı ildə Moskvadan respublikaya qayıtdıqdan sonra Naxçıvan Ali Məclisinin və Azərbaycan parlamentinin deputatı kimi öz siyasi fəaliyyətini davam etdirirdi. 1991-ci il sentyabrın 3-də o, Naxçıvan Ali Məclisinin sədri seçilmişdi. O dövrdə Naxçıvan Muxtar Respublikası ağır blokada şəraitində və iqtisadi çətinliklər məngənəsində yaşayırdı. Muxtar Respublika qazsız, işıqsız qalmışdı. Ermənistanın təcavüzkarlığı ucbatından Muxtar Respublikanın Azərbaycanla bütün əlaqələri kəsilmişdi. Heydər Əliyev 1992-ci ilin martında Türkiyə Respublikasına, avqustunda isə İran İslam Respublikasına səfər etmiş və hər iki respublikanın rəhbəri onu böyük və nüfuzlu dövlət xadimi kimi qarşılamışdı. Aparılan danışıqların nəticələri Naxçıvan üçün həyati əhəmiyyət kəsb edirdi. Türkiyə dərhal Naxçıvana kredit ayıraraq müxtəlif ərzaq məhsulları və digər avadanlıqlar göndərmişdi. Naxçıvan Türkiyənin elektrik şəbəkəsinə qoşulmuş, Sədərək - Türkiyə nəqliyyat yolu çəkilmişdi. 1992-ci ilin mayın 28-də isə Naxçıvan ilə Türkiyə arasında "Sədərək - Dilucu - Ümid körpüsü" istifadəyə verilmişdi. İran isə Naxçıvanı elektrik enerjisi ilə təchiz etməyə başlamışdı. Heydər Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində Naxçıvanın nəqliyyat və enerji blokadası yarılmış, əhali isə sözün əsil mənasında aclıq və ölüm təhlükəsindən xilas olmuşdu. Eyni zamanda Ermənistanın Naxçıvana hücumlarının qarşısı da onun rəhbərliyi altında qətiyyətlə alınmışdı.

1992-ci ilin noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası yaradıldı. Onu Naxçıvanda hakimiyyətdən uzaqlaşdırmağa çalışan Xalq Cəbhəsi hökumətinə qarşı 1993-cü ildə Gəncədə hərbi qiyama hazırlıq gedəndə Heydər Əliyev siyasi uzaqgörənliklə qiyamçıları deyil, dövləti və prezident Əbülfəz Əliyevi müdafiə etdiyini açıq şəkildə bildirmiş və bütün qüvvələri prezidentin ətrafında birləşməyə çağırmışdı. 1993-cü il 4 iyun qiyamını yatırmaqda aciz qalan Xalq Cəbhəsi hökumətinin başçısı Əbülfəz Əliyev respublikadakı siyasi proseslərin çox təhlükəli həddə çatdığını dərk edərək kömək üçün məhz başqasına deyil, H.Əliyevə müraciət etmişdi. Onun dəvəti ilə 1992-ci il iyunun 9-da Naxçıvandan Bakıya gələn Heydər Əliyev Respublikanı ağır siyasi böhrandan çıxarmaq üçün bir neçə mühüm addım atdı. O, ilk növbədə iyunun 13 - 14-də Gəncə şəhərində hərbi müxalifətin başçıları ilə danışıqlar apararaq siyasi böhrandan çıxış yollarını müəyyən etdi. Nəhayət, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyasında Heydər Əliyev Ali Sovetin sədri seçildi. Azərbaycan tarixində yeni bir dövrün başlanğıcını qoyan 15 iyun Milli Məclis tərəfindən 1997-ci ildə "Milli qurtuluş günü" elan olunmuşdur.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin