MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə94/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   87   88   89   90   91   92   93   94   95
Azərbaycan tarixi mühaziərlər 2020

Azərbaycan Respublikası öz xarici siyasətində Türkdilli dövlətlərlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Türkdilli ölkələrin dövlət başçılarının ilk zirvə görüşü 1992-ci ildə Ankarada keçirilmişdir. 2000-ci ildə Bakıda keçirilmiş növbəti zirvə görüşü türk dövlətləri arasında çoxtərəfli əlaqələrin genişlənməsində mühüm rol oynadı.

2003-cü ildən Azərbaycan Respublikasını Heydər Əliyev siyasi məktəbinin yetirməsi və Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev idarə etməyə başladı. İ.Əliyev 2003-cü il oktyabr ayının 15-də, 2008-ci il oktyabrın 15-də və 2013-cü il oktyabrın 9-da keçirilmiş prezident seçkilərində bütün siyasi rəqiblərinə qalib gələrək prezident seçilmişdir. Nəticədə İlham Əliyev müstəqil Azərbaycan Respublikasının tarixində dalbadal üç dəfə prezident seçilmiş ilk dövlət xadimidir.

Respublikanın daxili və xarici siyasətində Heydər Əliyev kursunu davam etdirən İlham Əliyevin hakimiyyət dövrü Azərbaycanın siyasi, sosial - iqtisadi və mədəni inkişafında yeni bir mərhələ kimi qiymətləndirilir. Bu dövrdə Azərbaycanda hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin yaradılması istiqamətində bir sıra mühüm addımlar atılmışdır. 2004-cü və 2009-cu illərdə yerli hakimiyyət orqanlarını formalaşdırmaq üçün bələdiyyə seçkiləri keçirilmişdir. 2005-ci il noyabrın 6-da III çağırış və 2010-cu il noyabrın 7-də isə IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçirilmişdir. Milli Məclisə 2005-ci il seçkilərində 125 deputat yerindən 61-ni Yeni Azərbaycan Partiyası, 18-ni ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar, 46-nı bitərəf namizədlər qazanmışdı. Milli Məclisə 2010-cu il seçkilərində isə parlamentdəki deputat yerlərinin 72-ni Yeni Azərbaycan Partiyası, 12-ni digər siyasi partiyalar, 41-ni bitərəflər (partiyasızlar) əldə etmişdilər. Göründüyü kimi, hər iki parlament seçkilərində Yeni Azərbaycan Partiyası siyasi rəqiblərindən üstün olmuşdur.

2009-cu il martın 18-də ölkəmizdə Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr edilməsinə dair referendum keçirildi. Referendum nəticəsində Konstitusiyaya edilmiş 29 əlavə və dəyişikliklərin əksəriyyəti vətəndaşların hüquq və səlahiyyətlərinin genişləndirilməsi və hökumət orqanlarının əhali qarşısında sosial məsuliyyətinin artırılması ilə bağlıdır.

Ərazi bütövlüyünün pozulduğu və torpaqlarımızın 20 ildən artıqdır ki, təcavüzkar Ermənistan dövlətinin işğalı altında olduğu bir şəraitdə Azərbaycan öz dövlət büdcəsinin böyük bir hissəsini hərbi xərclərə yönəltməyə məcburdur. Azərbaycanın artıq 3,3 milyard dolları keçən illik hərbi büdcəsi Milli ordumuzun ən yeni hərbi texnika, silah - sursat və digər döyüş vasitələri ilə təchiz edilməsinə sərf olunur. Azərbaycan NATO standartlarına uyğun şəkildə təlim görmüş öz Milli ordusu ilə Cənubi Qafqazda hərbi qüdrətinə görə lider dövlətə çevrilmişdir.

Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizat sahəsində xarici dövlətlərdən asılılığı azaltmaq üçün milli hərbi sənaye sahəsini formalaşdırmağa başlamışdır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yüzlərlə adda hərbi təyinatlı silah - sursat və texnika (“İstiqlal” snayper tüfəngi, Motodor və Marauder adlı zirehli transportyorlar və s.) istehsal edilir. Azərbaycan region ölkələri içərisində öz zirehli texnikasını istehsal edən ilk dövlətdir. Hal -hazırda Azərbaycana məxsus Hərbi Dəniz Qüvvələri gəmilərinin sayına və hərbi -texniki imkanlarına görə Xəzər dənizində Rusiyadan sonra ikinci ən güclü donanma hesab edilir.

Respublikamız ötən bir neçə il ərzində Rusiya, Ukrayna və Belorusdan çoxlu sayda döyüş təyyarəsi və helikopterlər, İsraildən isə yeni nəsil döyüş texnikası hesab edilən pilotsuz təyyarələri alaraq çox güclü olan öz Hərbi Hava Qüvvələrini formalaşdırmışdır. Nəticədə Azərbaycan regionda ən güclü hava qüvvələrinə malik olan dövlətə çevrilmişdir. Azərbaycan ordusunun ildən - ilə artmaqda olan xərclərinin ödənilməsi heç şübhəsiz respublika iqtisadiyyatının sürətli inkişafını zəruri edir.

2003 - 2012-ci illərdə respublikamızda ümumi sahəsi 16,7 milyon kvadrat metr olan yeni yaşayış evləri tikilib istifadəyə verilmişdir.

2003 - 2013-cü illərdə respublikada nəqliyyat infrastrukturunu inkişaf etdirmək üçün böyük layihələr həyata keçirilmişdir. 2008 - 2013-cü illərdə 3860 km, o cümlədən, 1340 km respublika əhəmiyyətli, 2620 km rayonlararası və kəndlərarası avtomobil yolları çəkilmiş və ya yenidən qurulmuşdur. Yeni avtomobil yollarında 158 körpü inşa edilmişdir.

Başa çatdırılması 2014-cü ildə nəzərdə tutulan və Şərqlə Qərbi, Asiya ilə Avropanı birləşdirən strateji və böyük iqtisadi əhəmiyyətli Bakı - Tiflis - Qars dəmiryolu xəttinin tikintisi davam etdirilməkdədir.

Bakının Ələt qəsəbəsində Xəzər dənizində ən böyük və müasir Beynəlxalq Liman Kompleksinin tikintisi sürətlə davam etdirilir. Bakı şəhərində 572 km yol əsaslı şəkildə təmir olunmuş, 32 yol qovşağı, 35 körpü və tunel tikilib istifadəyə verilmişdir.

2008-ci ilin sentyabrında Bakı şəhərində metronun “Nəsimi” stansiyasının tikintisi başa çatdırılmışdır.

Bakı şəhərinin əhalisini yüksək keyfiyyətli içməli su ilə təmin etmək üçün dövrün nəhəng layihələrindən biri olan Oğuz - Qəbələ - Bakı su kəməri 2010-cu ildə istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyul tarixli fərmanına əsasən vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azaldılması, vətəndaşlara münasibətdə etik qaydalara əməl edilməsi və nəzakətli davranışa nail olunması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə “ASAN Xidmət” mərkəzləri yaradılmışdır. Belə mərkəzlərin açılması ölkəmizdə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə şərait yaratmışdır.

2013-cü il fevralın 8-də Azərbaycanın ilk süni peykinin orbitə çıxarılması respublikamızın informasiya və rabitə sahəsində qazandığı çox böyük nailiyyətlərdən biri hesab olunur.

Azərbaycan hökuməti respublika iqtisadiyyatının sürətli inkişaf strategiyasına uyğun olaraq 2014-cü ili «Sənaye ili» elan etmişdir.

Dövlət büdcəsi və Heydər Əliyev Fondunun maliyyə mənbələri hesabına son illərdə respublikamızda 2200-dən çox yeni məktəb binası inşa edilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Görülmüş məqsədyönlü tədbirlər nəticəsində artıq 2005-ci ildə respublikanın bütün ümumtəhsil məktəblərində I - XI sinif şagirdlərinin dövlətin hesabına pulsuz dərsliklərlə təmin edilməsi işi tamamilə başa çatdırılmışdır. 2005 - 2006-cı dərs ilindən etibarən respublikanın bütün ümumtəhsil məktəblərində buraxılış imtahanlarının mərkəzləşmiş qaydada keçirilməsinə başlanılmışdır. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və bütün təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması kimi çox mühüm vəzifəni həyata keçirtmək üçün 2009-cu ilin iyun ayında Milli Məclis tərəfindən “Təhsil haqqında” yeni qanun qəbul olunmuşdur.
Ədəbiyyat:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016,.s.342-384

2.Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,s.465-466;477-478;481-484;485-490

3. Əziz Boran. Xocalı soyqırımı. Bakı, 2008.s.10-14;18-26




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin