MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ


-ci illərin ortalarında SSRİ



Yüklə 418,25 Kb.
səhifə90/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   87   88   89   90   91   92   93   94   95
Azərbaycan tarixi mühaziərlər 2020

1980-ci illərin ortalarında SSRİ bir müddət sonra bu nəhəng dövlətin dağılması ilə nəticələnən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən ağır böhran mərhələsinə daxil oldu. İqtisadiyyatın inzibati - amirlik üsulları ilə idarə edilməsi, dövlətin qanunlarla deyil, partiya elitasının iradəsi əsasında idarə olunması, külli miqdarda vəsaitin sürətlə silahlanmaya sərf olunması nəticəsində xalqın ərzaq və digər məhsullara olan ehtiyacının ödənilməsində ciddi problemlərin yaranması, "xoşbəxt gələcək" haqqında cəfəng ideyaların və kommunist ideologiyasının iflasa uğraması, ABŞ və Qərbin böyük dövlətlərinin antikommunizm cəbhəsində birləşərək sovet dövlətinə qarşı mübarizəni gücləndirməsi SSRİ-də yaranan bu böhranın əsas səbəbləri hesab olunur.

Sovet İttifaqında yaranmış böhranlı vəziyyət bütün ölkədə radikal islahatların keçirməsini tələb edirdi. 1985-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilmiş Mixail Qorbaçov elə həmin il SSRİ-nin iqtisadi və sosial - mədəni inkişafının sürətləndirilməsi, bir qədər sonra isə "yenidənqurma" xəttini elan etdi. Lakin "yenidənqurma" xəttini həyata keçirərkən partiyanın lideri olan M.S.Qorbaçovun çox zaman ziddiyyətli, düşünülməmiş və bir çox hallarda faciə ilə nəticələnən addımları SSRİ-ni nəinki böhrandan xilas etdi, əksinə onun dağılmasına gətirib çıxartdı.

"Yenidənqurma" dövründə respublikamızı Heydər Əliyevin tövsiyyəsi ilə hələ 1982-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmiş Kamran Bağırov idarə edirdi. Respublikanın uzun müddət inzibati - amirlik və sərt mərkəzləşdirmə şəraitində işləmiş ali partiya və hökumət rəhbərləri Moskvanın "sürətləndirmə", "demokratikləşdirmə", "aşkarlıq" kimi çağırışlarına yeni bir formal kampaniya kimi yanaşırdılar. Respublika rəhbərləri ətalətmühafizəkarlıq üzündən ümumiyyətlə, müstəqil qərarlar qəbul etmək iqtidarında deyildilər.

"Yenidənqurma" dövrünün mütərəqqi ideyaları, Azərbaycanda, xüsusilə ziyalılar arasında gələcəyə müəyyən ümidlər yaratmışdı. Çünki SSRİ-yə daxil olan respublikamızın bütün iqtisadiyyatı tamamilə Moskvanın maraqlarına tabe edilmişdi və hər il Azərbaycanın milli gəlirinin 20 - 25 faizi (30 milyard manat) Mərkəz tərəfindən mənimsənilirdi. Mərkəzdən - Moskvadan planlaşdırma əsasında Azərbaycan hər il Ermənistana 420 milyon manatlıq məhsul göndərir və əvəzində Ermənistandan cəmi 117 milyon manatlıq məhsul alırdı. 1987-ci ildə bir tonu SSRİ-də 35 manata qiymətləndirilən Azərbaycan nefti dünyada 140 - 150 dollara satılırdı. 1988-ci il məlumatına görə, Azərbaycanda əmək haqqı bütün respublikalardan az idi. SSRİ üzrə orta aylıq əmək haqqı 220 manat, Azərbaycanda isə 171 manat təşkil edirdi.



Yenidənqurma şəraitində müttəfiq respublikaların bir çoxunda, o cümlədən Azərbaycanda SSRİ daxilində öz milli hüquqlarını genişləndirmək, hətta dövlət müstəqilliyi əldə etmək haqqında düşünməyə başlamışdılar. Sovet rəhbərliyi belə meyllərin artacağını yaxşı bildiyindən şüurlu şəkildə ölkənin müxtəlif yerlərində milli münaqişələrin qızışdırılmasına rəvac verirdi. Erməni millətçiləri bu mənfur niyyətin gerçəkləşdirilməsində Moskvanın əlində əsas vasitəyə çevrilmişdilər və onlar Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başlamışdılar. 1987-ci ilin payızında SSRİ-nin rəhbəri M.Qorbaçov Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılmasına nail olduqdan sonra erməni millətçilərinin təcavüzkarlığı xüsusilə güclənmişdi. Azərbaycan ölkənin ali rəhbərliyində özünün əsas dayağından məhrum olduğundan Ermənistanın, Moskvanın və Qərbin dövrü mətbuatında Azərbaycana qarşı geniş təbliğat kampaniyası başlanmışdı. Erməni millətçiləri ilk növbədə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönələn ərazi iddiaları ilə çıxış edirdilər. Azərbaycan rəhbərliyi isə bu çətin və məsuliyyətli dövrdə çox qorxaq və qətiyyətsiz mövqe nümayiş etdirir, lazımi tədbirləri görmək əvəzinə, xalqımızın vətənpərvər övladlarının erməni iddialarına qarşı istənilən etirazını xalqlar dostluğunun pozulmasına cəhd kimi qiymətləndirirdi.

1987-ci ilin noyabrında M.Qorbaçovun Fransaya səfəri zamanı Sovet nümayəndə heyətinin tərkibində olan akademik A.Aqambekyan bütün dünyaya Dağlıq Qarabağın Azərbaycandan alınıb, Ermənistana verilməsinə SSRİ rəhbərliyinin müsbət yanaşdığını bəyan etdi. Bundan sonra dünyadakı erməni diasporu, Ermənistanda "Qarabağ" komitəsi və Qarabağdakı "Krunq" təşkilatı açıq şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda mübarizəyə başladılar. Ermənistanda yaradılan silahlı quldur dəstələri tərəfindən azərbaycanlıların öz dədə - baba torpaqlarından qovulmasına başlanıldı. 1988-ci ilin yanvarında ilk azərbaycanlı qaçqınlar Ermənistan ərazisini tərk edib, Azərbaycana pənah gətirdilər. 1988-ci ilin fevralın 19-da İrəvanda Azərbaycan əleyhinə təşkil edilən ilk mitinqdə "Ermənistanı azərbaycanlılardan təmizləməli!", "Ermənistan, yalnız ermənilər üçündür!" kimi millətçi şüarlar səsləndirildi. 1988-ci ilin fevralın 21-də vəhşiləşmiş bir qrup erməni İrəvan məscidini yerlə - yeksan etdi. Həmin gün ağır təhqirlərə məruz qalmış 4 min nəfər azərbaycanlı öz doğma ev - eşiyini ataraq Vedibasar rayonundan böyük müsibətlərlə qarlı dağ keçidlərini aşıb, Azərbaycana gəlməyə məcbur oldu. Ermənisandakı bu hadisələrdən ruhlanan Dağlıq Qarabağ erməniləri Xankəndində (Stepanakertdə) fasiləsiz mitinqlərə başladılar. Muxtar Vilayət Sovetinin sessiyası 1988-ci il fevralın 20-də "DQMV-nin Azərbaycan SSR tərkibindən çıxarılıb, Ermənistan SSR tərkibinə verilməsi haqqında" qərar qəbul etdi. Qarabağ erməniləri Azərbaycan hökumətindən vilayətin statusunun dəyişdirilməsini, SSRİ rəhbərliyindən isə vilayətin Azərbaycan SSR-in tərkibindən çıxarılıb, Ermənistana verilməsini tələb edirdilər. Moskva isə münaqişəni daha da qızışdırmağa çalışırdı. Sovet İKP MK Siyasi Bürosunun Bakıya gəlmiş bir üzvü sərhədlərin dəyişdirilməsinin yolverilməzliyindən danışaraq Azərbaycanı aldadır, Yerevana gedən başqa bir üzvü isə Dağlıq Qarabağ ermənilərinin separatçılıq hərəkətlərinə haqq qazandırırdı. 1988-ci il fevralın 24-də DQMV-nin Əsgəran rayonunda erməni quldurlarının iki azərbaycanlını qətlə yetirməsi vəziyyəti daha da gərginləşdirdi. SSRİ və Azərbaycan rəhbərliyinin fəaliyyətsizliyi şəraitində Azərbaycanın bir müttəfiq respublika kimi hüquqlarının kobud şəkildə tapdalanmasına xalqımız öz etirazını mitinq nümayişlərlə bildirməyə başladı. Münaqişə bölgəsində yaşayan azərbaycanlıların Düzən Qarabağda toplaşaraq erməni separatizmini beşiyində boğmaqmünaqişənin böyüyərək qanlı müharibəyə çevrilməsinin qarşısını almaq üçün əliyalın da olsa, yürüşə başlamasının qarşısı Azərbaycan rəhbərliyi tərəfindən alındı. Respublika rəhbərliyi Ermənistandan qovulmuş azərbaycanlı qaçqınların Dağlıq Qarabağda məskunlaşmasına da icazə vermədi. Erməni millətçiləri bütün dünyada öz mənfur əməllərinə haqq qazandırmaq üçün özlərinin "əzabkeş" obrazını yaradaraq beynəlxalq ictimaiyyəti aldatmağa və xristian həmrəyliyinə nail olmağa, azərbycanlıların isə "quldur, qaniçən" olması haqqında yanlış təsəvvürlər yaratmağa çalışırdılar. Erməni millətçiləri Qarabağ hadisələrinə dini xarakter verərək, bu münaqişəni dünyada hansısa xristian - müsəlman qarşıdurmasının tərkib hissəsi kimi qələmə verməyə çalışırdılar. Münaqişə başlayandan Moskvaya arxalanan ermənilər Azərbaycanda böyük sensassiya yarada biləcək dəhşətli bir faciə törətmək və dünya ictimaiyyətin gözündə öz mənfur əməllərinə haqq qazandırmaq üçün Sumqayıt şəhərini seçmişdilər. Ermənilər törədəcəkləri fitnəkarlığı lentə almaq üçün, hətta cinayətlərin baş verəcəyi yerlərdə qabaqcadan tele - fotooperatorlar yerləşdirmişdilər. 1988-ci ilin fevral ayında Sumqayıtda ictimai - siyasi vəziyyət mürəkkəb idi. Erməni quldurları tərəfindən zorakılıqla Ermənistandan qovulmuş 4 min nəfərdən çox qaçqın Sumqayıtdakı qohumlarına pənah gətirmişdi. Milli münaqişənin hər an qızışa biləcəyi Sumqayıt şəhərində hətta milis (indiki polis - Red.) işçilərinin də silahları yığılmışdı. 1988-ci il fevralın 28-də erməni Edik Qriqoryanın təşkilatçılığı ilə Sumqayıt şəhərində böyük bir fitnəkarlıq törədildi. E.Qriqoryan şəxsən özü 9 ermənini öldürmüşdü. Ermənilərin törətdiyi bu faciə nəticəsində Sumqayıt şəhərində 32 nəfər, o cümlədən, 26 erməni və 6 azərbaycanlı qətlə yetirildi. Erməni millətçiləri Sumqayıt fitnəkarlığından istifadə edərək beynəlxalq ictimaiyyətdə azərbaycanlılar haqqında mənfi təsəvvürlərin yaradılmasına nail oldular. Bundan sonra Ermənistanda və Dağlıq Qarabağda azərbaycanlılara qarşı mütəşəkkil şəkildə talan və qırğınlar törətməyə başladılar. Nəticəsi bizim üçün çox ağır oldu. Ermənistanda öz dədə - baba torpaqlarında yaşayan yüzlərlə soydaşımız qətlə yetirildi (tək bir Quqark rayonunda 70 nəfər azərbaycanlı öldürülmüşdü.) 100 minlərlə azərbaycanlı Ermənistandan qovuldu. 1988-ci il dekabrın 7-də baş vermiş dəhşətli zəlzələ nəticəsində Spitak şəhərinin yerlə - yeksan edilməsinə və bu zaman Azərbaycanın bu nankor qonşusuna ilk kömək əlini uzatmasına baxmayaraq, ermənilər azərbaycanlılara qarşı qanlı cinayətlərinə son vermədilər. 1988-ci ildə Ermənistandakı 185 azərbaycanlı kəndindən və digər yaşayış məntəqələrindən 230 minə yaxın azərbaycanlı qovulub çıxarılmışdı.

Ermənilər rus əsgərlərinin köməyi ilə 1991-ci il avqustun 8-də bir gün ərzində azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqəsi olan Nüvədi kəndinin əhalisini də Ermənistandan qovdular. Beləliklə, Ermənistan ərazisindən Azərbaycan türklərinin deportasiyasının sonuncu - dördüncü mərhələsi başa çatdı və nəticədə Ermənistan ərazisində bir nəfər də olsun, azərbaycanlı qalmadı.

SSRİ rəhbərliyi Qarabağ məsələsinin ədalətli həllinə qətiyyən maraq göstərmir, Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi bütün qərarlar Azərbaycanın bu ərazi üzərində hüquqlarının daha da pozulmasına gətirib çıxarırdı. 1989-cu il yanvar ayının 12-də SSRİ Ali Sovetinin "Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində Xüsusi İdarə Komitəsinin yaradılması haqqında" qərarı ilə əslində bu bölgə Azərbaycanın tabeçiliyindən çıxarılaraq birbaşa Moskvanın idarəçiliyinə verildi. Ermənipərəst Arkadi Volskinin başçılıq etdiyi Xüsusi İdarə Komitəsinin Azərbaycan əleyhinə yönəlmiş fəaliyyətinin nəticələri respublikamız üçün faciəli oldu: 1) Dağlıq Qarabağda erməni silahlı quldur dəstələrinin formalaşdırılması prosesi başa çatdırıldı. 2) Azərbaycanlılar yaşayan bütün yaşayış məntəqələri blokadaya alındı. 3) Stepanakertdən (Xankəndi) bütün azərbaycanlılar qovulub çıxarıldı. 4) DQMV-dəki bütün müəssisə və təşkilatlar 6 may 1989-cu il tarixindən Azərbaycanın tabeçiliyindən çıxarıldı.

Sovet rəhbərliyi tərəfindən himayə olunan ermənilərin Ermənistanda azərbaycanlılara qarşı deportasiya siyasətinə başlaması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq meyllərinin güclənməsi, bu zaman SSRİ rəhbərliyinin tam ermənipərəst mövqedən çıxış etməsi və respublika rəhbərliyinin azərbaycanlıların pozulmuş hüquqlarını müdafiə etmək iqtidarında olmaması xalq hərəkatının genişlənməsinə gətirib çıxardı.



Moskva tərəfindən 1988-ci il mayın 21-də Kamran Bağırovun vəzifədən uzaqlaşdırılması və Əbdürrəhman Vəzirovun Azərbaycan KP MK-nin birinci katibi vəzifəsinə gətirilməsi respublikamızda ictimai - siyasi vəziyyəti daha da mürəkkəbləşdirdi. Azərbaycanın problemlərinə dərindən bələd olmayan və xalqımızın psixologiyasını yaxşı bilməyən, milli maraqlardan uzaq olub, Moskvaya xidmət edən Əbdürrəhman Vəzirov bu çətin və məsuliyyətli dövrdə Moskvadan qızışdırılan milli münaqişəyə qəsdən köhnəlmiş beynəlmiləlçilik prinsipindən yanaşır, vəziyyətdən çıxış yolu axtarmaq əvəzinə, beşinci, onuncu dərəcəli məsələlərin həlli ilə məşğul olurdu. Bunun nəticəsidir ki, 1988-ci ilin payızında Dağlıq Qarabağ tamamilə respublikamızın nəzarətindən çıxmışdı. Moskvanın Dağlıq Qarabağdakı canişini A.Volskinin qatı ermənipərəst siyasəti, nadir Topxana meşəsində ekoloji cəhətdən zərərli sənaye obyektinin tikilməsinə başlanılması bütün Azərbaycan xalqını ayağa qaldırdı. Bakının Lenin adına meydanında başlayan mitinq 100 minlərlə adamın qoşulduğu ümummilli xalq hərəkatına çevrildi. Lenin (indi Azadlıq - Red.) meydanında Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli ay - ulduzlu bayrağı dalğalanmağa başlamışdı. Meydan hərəkatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dayandırılması, Dağlıq Qarabağda anti-Azərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi kimi çox mühüm tələblər irəli sürülmüş, hətta ilk dəfə "suverenlik", "azadlıq" kimi şüarlar səsləndirilmişdi. Hökumət 1988-ci il dekabrın 4-də, gecə hərbi qüvvə yeridərək meydanın mitinqçilərdən zorla boşaldılmasına nail ola bilmişdi. 1989-cu ilin yazında SSRİ Xalq Deputatlarının I qurultayına nümayəndələrin seçkisi keçirilərkən Əbdürrəhman Vəzirov başda olmaqla Azərbaycanın Kommunist rəhbərliyi bütün inzibati imkanlarını işə salaraq partiya və dövlətə sədaqətli olan şəxslərin deputat seçilməsinə nail olmuşdu. Nəticədə respublikamız SSRİ Xalq Deputatları qurultayında və SSRİ Ali Sovetində Azərbaycan xalqının mənafeyinin lazımi şəkildə müdafiə edilməsi imkanından məhrum olmuşdu. Belə bir ağır şəraitdə Azərbaycanda azadlıq hərəkatına rəhbərlik etmək üçün müxtəlif təşkilatları təmsil edən bir qrup ziyalı tərəfindən 1989-cu il iyun ayının 16-da yarıgizli şəkildə Bakıda Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradıldığı elan olundu. Təsisedici konfransda AXC-nin proqramı və nizamnaməsi qəbul olundu və 15 nəfərdən ibarət İdarə heyəti seçildi. Əbülfəz Əliyev AXC-nin sədri oldu. Xalqımız Azərbaycanın qarşılaşdığı çox ciddi problemlərin Moskvanın əlaltısı kimi çıxış edən respublika rəhbəri Əbdürrəhman Vəzirov tərəfindən həll ediləcəyinə ümidini tamamilə itirmişdi. Xalqın qabaqcıl hissəsi Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparılmasını qarşısına məqsəd qoymuş AXC ətrafında birləşməyə başladı. Bu təşkilatın təzyiqi altında respublika rəhbərliyinin 1988-ci il sentyabrın 15-də çağırmağa məcbur olduğu Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyası sentyabrın 23-də "Azərbaycan SSR-in suverenliyi haqqında" Konstitusiya qanununu qəbul etdi. Bu hüquqi sənədə respublikada Azərbaycan SSR qanunlarının İttifaq qanunlarından üstün olması və Azərbaycanın, hətta SSRİ-nin tərkibindən çıxa bilməsi haqqında bəndin daxil edilməsi demokratik hərəkatın çox böyük qələbəsi hesab olunur. 1989-cu ildə baş vermiş ən mühüm hadisələrdən biri də hələ 1930-cu illərdə Moskvanın Azərbaycanda canişini olmuş S.M.Kirovun şərəfinə Kirovabad adlandırılan qədim Gəncə şəhərinin tarixi adının qaytarılması oldu.

Demokratik qüvvələrin tələbləri qarşısında geriyə çəkilən SSRİ hökuməti 1989-cu il noyabrın 28-də Dağlıq Qarabağda Xüsusi İdarə Komitəsini ləğv etməyə məcbur oldu. Dağlıq Qarabağın idarəçiliyinin Azərbaycan Respublikasına qaytarılması haqqında Moskvanın bu qərarını etirazla qarşılayan erməni millətçiləri qanuna zidd separatçılıq əməllərindən əl çəkmədilər. 1989-cu il dekabrın 1-də Ermənistanın Ali Soveti "Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında" qərar verərək Qarabağ qiyamçılarını daha da ruhlandırdı. Stepanakertdə (Xankəndi) Ermənistan bayrağı qaldırıldı və DQMV-dəki bütün təsərrüfat orqanları və müəssisələr Ermənistana tabe olduqlarını bildirdilər. Azərbaycanın siyasi rəhbərliyi hadisələrin belə gedişi qarşısında tamamilə aciz qalmışdı, İttifaq hökuməti isə erməni separatizminin qarşısını almaq üçün demək olar ki, heç bir tədbir görmürdü.

1989-cu ilin payızında Azərbaycanın ictimai - siyasi həyatında baş vermiş ən mühüm hadisələrin önündə gedən Azərbaycan Xalq Cəbhəsi çox nüfuzlu və kütləvi bir təşkilata çevrilmişdi. Bu təşkilatın sıralarında 300 min nəfərə qədər üzv və tərəfdar birləşmişdi. AXC-nin böyük nüfuza malik olan siyasi qüvvəyə çevrilməsi Azərbaycanın Kommunist rəhbərliyini, xüsusilə Moskvanı bərk qorxuya salmışdı. Ermənistanın təcavüzüQarabağda Azərbaycanın suverenliyinin pozulması xalqın hakimiyyətdən narazılığını o dərəcədə gücləndirmişdi ki, artıq onun səbr kasası dolub - daşmışdı. Kütləvi narazılıq şəraitində Azərbaycanda ictimai - siyasi vəziyyətin getdikcə radikallaşması AXC-nin tərkibində də daha qətiyyətli addımların atılmasının tərəfdarı olan "radikallar" qanadının mövqeyini xeyli gücləndirmişdi. Təşkilatın rəhbər orqanlarında "liberal" qanadın mövqeyi xeyli zəifləmişdi.

Azərbaycan Xalq Cəbhəsinin yerli təşkilatlarının rəhbərliyi altında bölgələrdə 1989-cu il noyabr - dekabr - 1990-cı ilin yanvar aylarında fasiləsiz mitinqlər, nümayişlər və tətillər keçirilmişdi. Nəticədə Cəlilabadda yerli hakimiyyət orqanları ləğv edilmiş, Sabirabad, Ağcabədi Lənkəranda rayon rəhbərləri xalqın tələbi ilə istefaya göndərilmişdi.



1989-cu il dekabrın 30-da AXC-nin Naxçıvan şöbəsinin başçılığı altında əhali tərəfindən Araz çayı boyunca Sovet - İran sərhəddindəki qurğular dağıdılmışdı. 1990-cı il yanvar ayının 18-də BiləsuvarCəlilabad rayonlarında da əhali tərəfindən sərhəd dirəkləri və digər qurğular sökülmüşdü. 1990-cı il yanvar ayının 12-də AXC-nin radikallar qanadının yaratdığı Milli Müdafiə Şurasının (MMŞ) məqsədi hərbi dəstələr təşkil edərək Azərbaycan əhalisini erməni silahlı qüvvələrinin hücumlarından qorumaq idi. 1990-cı il yanvar ayının 13-də Bakıda bir erməninin iki azərbaycanlını öldürməsinə cavab olaraq erməni talanları başladı. Nə yerli hüquq mühafizə orqanları, nə də SSRİ-nin 12 minlik daxili qoşun hissələri qəsdən bu talanların qarşısını almaq üçün heç bir ciddi tədbir görməyərək seyrçi mövqe tutdular. AXC-nin özünümüdafiə dəstələrinin gücü ilə bu talanların qarşısı alındı. 1990-cı il yanvar ayının 15-də SSRİ rəhbərliyi "DQMV və digər rayonlarda fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Baş vermiş bütün bu hadisələr Azərbaycanda siyasi böhranın dərinləşməsinə gətirib çıxartdı. İflic vəziyyətinə düşən respublika hökuməti hadisələrə nəzarəti tamamilə itirdi. SSRİ hökuməti Azərbaycanda Sovet hakimiyyətinin devriləcəyindən və Azərbaycanı itirəcəyindən, nəticədə respublikanın müstəqillik qazanacağından bərk qorxuya düşərək Bakı ətrafına çoxlu sayda əlavə qoşun hissələri və ağır texnika cəmləşdirməyə başladı. AXC Milli Müdafiə Şurasının təşkilatçılığı ilə Bakının küçələrində və Bakıdakı sovet qoşun hissələrinin ətrafında əhali tərəfindən barrikadalar qurulmasına başlandı və Bakı şəhərinə gələn yollarda 26 iri maneə yaradıldı. Şəhərdə yerləşən 60 sovet qoşun hissəsinin 34-nün, o cümlədən, Salyan kazarmalarının yolu tamamilə kəsildi. 1990-cı il yanvar ayının 17-də AKP MK-nin binası qarşısında başlayan mitinqdə Moskvadan Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına qəti şəkildə son qoyulması, Bakı ətrafına yığılmış qoşunların Dağlıq Qarabağa və sərhəd bölgələrinə göndərilməsi, respublikanın rəhbəri Ə.Vəzirovun istefaya göndərilməsi və onun yerinə hakimiyyətə xalqın istədiyi namizədin gətirilməsi qətiyyətlə tələb edilirdi. 1990-cı il yanvar ayının 19-da xalqın tələbi ilə Naxçıvan MSSR-in Ali soveti Muxtar respublikanın SSRİ-nin tərkibindən çıxması haqqında qərar qəbul etdi. Həmin gün SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan Ali Sovetinin razılığı olmadan "Bakı şəhərində fövqəladə vəziyyət elan edilməsi" haqqında fərman verdi. Lakin 1990-cı il yanvar ayının 20-si səhərədək bu fərman xalqdan gizli saxlanıldı. Hələ üstəlik Moskvanın Bakıya göndərdiyi yüksək vəzifəli emissarları - Sov. İKP MK katibi A.Girenko və SSRİ Ali Sovetinin sədri Y.Primakov Azərbaycanın rəsmi şəxslərini və əhalinin nümayəndələrini inandırmışdı ki, Bakıya qoşun yeridilməsindən söhbət belə gedə bilməz. Həmin fərman haqqında xalqa heç bir məlumat verilməsin - deyə yanvar ayının 19-da axşam saat 19:30-da Azərbaycan televiziyasının enerji bloku sıradan çıxarıldı. Şəxsən SSRİ Müdafiə naziri marşal D.Yazovun rəhbərliyi altında 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda gizli kod adı "Tayfun" olan döyüş əməliyyatına başlandı. Hücum əməliyyatında Azərbaycana gətirilmiş Sovet qoşun hissələri, Bakı qarnizonunun qüvvələri dənizdən hərbi gəmilər cəlb olunmuşdu. Hücum başlayan kimi ağır texnika asanlıqla bütün barrikadaları dağıtmışdı. Əsgərlər dinc əhalini avtomatlardan və digər silahlardan gülləbaran edir, yaşayış evlərini, hətta təcili yardım maşınlarını atəşə tuturdular. Vəhşiləşmiş əsgərlər qarşısına çıxan adamları tankın altında basıb - əzməkdən belə çəkinmirdilər. Bakı şəhərinin küçələri çoxlu sayda günahsız insanların-qoca, qadın və uşaqların qanına boyanmışdı. Sovet ordusu tərəfindən həyata keçirilən qırğınlar nəticəsində Bakı şəhərində və digər bölgələrdə 131 nəfər dinc sakin öldürülmüş, 734 nəfər yaralanmış, yüzlərlə yaşayış evi yandırılmış, əhaliyə və şəhər təsərrüfatına böyük ziyan vurulmuşdu. Düşmən bu qətliamı həyata keçirəndən sonra, məhz yanvar ayının 20-də səhər əhaliyə Bakıda fövqəladə vəziyyətin elan edilməsi haqqında məlumat verilmişdi. İsrarla Moskvadan qətiyyətli tədbirlərin görülməsini və xalqa qarşı güc tətbiq olunmasını tələb edən Əbdürrəhman Vəzirov hərbi təyyarə ilə öz ağalarının yanına - Moskvaya qaçmışdı. Bakıda və respublikada bütün hakimiyyət hərbi komandanlığın əlinə keçmiş, kütləvi həbslər aparılmış və AXC-nin qərargahı dağıdılmışdı. Xalq hərbi qüvvələrin hücumu qarşısında məğlub olsa da, ruhdan düşməmiş və Qanlı yanvar qırğınına qəti etiraz əlaməti olaraq Azərbaycanda 40 günlük ümummilli tətil elan edilmişdi.

Azərbaycan xalqının bu ağır günlərində böyük siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyev 1990-cı il yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və buraya yığışmış minlərlə azərbaycanlı qarşısında çıxış edərək bu hadisəyə qəti etirazını bildirmişdi. Heydər Əliyev SSRİ-nin Ali rəhbərliyinin Bakıya qoşun yeridilməsi haqqındakı qərarını insanlığa, demokratiyaya və Konstitusiyaya zidd addım kimi qiymətləndirmiş və bu faciəni törədənlərin cəzalandırılmasını tələb etmişdi. Heydər Əliyev bu məşhur çıxışında ilk dəfə 20 yanvar hadisələrinə siyasi qiymət vermiş və çıxışın mətni bütün dünyada və respublikada geniş yayılmışdı. 1990-cı ilin yanvar ayında Heydər Əliyev fəal siyasətə qayıtmış və həmin ilin iyul ayında Azərbaycana dönərək Naxçıvanda yaşamağa başlamışdı.

Fövqəladə vəziyyət rejimi olmasına baxmayaraq, 1990-cı il yanvar ayının 22-də Bakının "Azadlıq" meydanında böyük bir matəm mitinqi keçirildi. Mitinqdə və dəfn mərasimində 2 milyona qədər adam iştirak edirdi. Şəhidlər Bakı şəhərinin ən uca yeri olan Dağüstü Parkda dəfn edildilər. İndi həmin müqəddəs məkan Şəhidlər Xiyabanı adlanır. Burada Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canını qurban vermiş şəhidlərimiz uyuyur.

Bütün xalqı düşündürən Qarabağ problemi isə həll edilməmiş qalırdı. Ermənistan isə Azərbaycana qarşı öz təcavüzkarlıq planlarını həyata keçirtməkdə davam edirdi. Bu dövlət Azərbaycan ərazisinə silahlı basqınlarla kifayətlənməyərək, Naxçıvana gedən və Mehridən keçən dəmir yolunun işinə maneələr yaratmış və Muxtar respublikanı blokadaya almışdı. İşğalçı Ermənistan hələ 1990-cı il yanvarın 12-də Xanlar rayonunun Quşçu kəndinə havadan desant ataraq dinc əhaliyə vəhşicəsinə divan tutmuş, onlarla qoca, qadın və uşaq amansızlıqla öldürülmüşdü. 1990-cı il martın 14-də isə üç erməni hərbi hissəsi rusların köməyi ilə Qazax rayonunun Bağanıs - Ayrım kəndinə hücum edərək dinc əhalini qırmışdı. Həmin il Ermənistan silahlı qüvvələri sovet ordusunun köməyi ilə Naxçıvanın Kərki kəndini işğal edərək, 320 sakini doğma yurdundan didərgin salmışdı.1990-cı il mayın 22-də SSRİ Nazirlər Soveti Respublikamızın tələbi ilə DQMV-dəki bütün müəssisə və təşkilatların idarə hüququnu Azərbaycana qaytarmışdı. Azərbaycan SSR Ali Soveti 1990-cı il iyunun 11-də Ermənistanla bütün sərhəd xəttində (975 km) fövqəladə vəziyyət elan etmişdi. Nəticədə sərhəd xətləri mühəndis qurğuları ilə möhkəmləndirilmiş və sərhədlərin müdafiəsi üçün xüsusi silahlı dəstələr yaradılmışdı. Dağlıq Qarabağ üzrə Respublika Təşkilat Komitəsi Xüsusi təyinatlı milis dəstələrinin köməyilə vilayətdəki azərbaycanlılar yaşayan kəndlərin blokadadan çıxarılması və qanunsuz silahlı dəstələrin ləğv edilməsi kimi bir sıra mühüm addımlar atmışdı. Ümumiyyətlə, 1990-cı ilin yanvar - iyun aylarında DQMV-nin 43 yaşayış məntəqəsində 63 xüsusi əməliyyat aparılmış və erməni quldurları tərkisilah edilmişdi.

Yeni seçilmiş prezident zamanla ayaqlaşmaq üçün 1990-cı il may ayının 21-də fərman verərək Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı 28 may gününü Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü elan etdi. Beləliklə, Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı demokratik qüvvələr tərəfindən Azərbaycan Parlamentinin keçmiş binası üzərundə yenidən dalğalanmağa başladı. SSRİ və respublika rəhbərliyinin ciddi maneələrinə baxmayaraq Heydər Əliyev 1990-cı il iyulun 20-də Bakıya qayıdaraq oradan doğma diyarı Naxçıvana getdi.

Xalqın tələbi qarşısında Azərbaycan Ali Sovetinin növbədənkənar sesiyası 1991-ci il avqustun 30-da Azərbaycanın Dövlət müstəqilliyinin bərpası haqqında "Bəyannamə" adlı çox mühüm bir sənədi qəbul etdi. Müxalifətin tələbi ilə həmin sessiyada Bakıda fövqəladə vəziyyətin ləğv edilməsi və milli müdafiə qüvvələrinin yaradılması barədə qərar qəbul olundu. Sentyabrın 5-də Müdafiə Nazirliyi yaradıldı.

Azərbaycan Xalq Cəbhəsinin boykot çağırışına və Naxçıvan Ali Məclisinin Muxtar respublika ərazisində seçkilərin keçirilməsindən imtina etməsinə baxmayaraq, 1991-ci ilin sentyabr ayının 8-nə təyin edilmiş prezident seçkilərində respublikanın rəhbəri Ayaz Mütəllibov prezidentliyə yeganə namizəd kimi iştirak etdi. Seçki günü əhalinin çox az hissəsi səsvermədə iştirak etdiyi halda, Mərkəzi Seçki Komissiyası tərəfindən A.Mütəllibovun prezident seçildiyi elan olundu. Buna baxmayaraq, seçkidən sonra demokratik qüvvələrin fəaliyyəti nəticəsində respublikanın siyasi həyatında bir sıra mühüm dəyişikliklər baş verdi. 1991-ci il sentyabrın 14-də artıq iflasa uğramış Azərbaycan Kommunist Partiyasının buraxılması haqqında qərar verildi. Oktyabrın 18-də şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi təsis edildi. Ali Sovetinin 1991-ci ilin oktyabrın 18-də keçirilən sesiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında Konstitusiya aktı" qəbul olundu. Demokratik hərəkatın çox böyük qələbəsi sayılan bu mühüm hadisə nəticəsində Azərbaycanın 1920-ci ildə itirdiyi dövlət müstəqilliyini bərpa olundu və dövlətimiz özünü Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan etdi.

. 1991-ci il noyabrın 20-də Azərbaycan Respublikasının dövlət katibi Tofiq İsmayılovun və digər rəhbər şəxslərin Rusiya və Qazaxıstandan olan nümayəndələrlə birlikdə Dağlıq Qarabağa sülh missiyası baş tutmadı. Nümayəndə heyətini aparan vertolyotun Qarabağ səmasında Qarakənd yaxınlığında vurulması nəticəsində 23 nəfər həlak oldu. Bu hadisədən hiddətlənən Azərbaycan xalqını sakitləşdirmək üçün 1991-ci il noyabrın 26-da respublika Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağın Muxtar Vilayət statusu ləğv edildi. Həmin gün demokratik blokun tələbi və prezidentin razılığı ilə qanunvericilik məsələlərinin operativ həlli üçün Müvəqqəti qanunvericilik orqanı olan Milli Şuranın yaradılması haqqında qərar qəbul edildi. Milli Şuranın tərkibinə demokratik blokdan 25, hakimiyyəti müdafiə edən çoxluqdan 25 deputat, cəmisi 50 nəfər deputat daxil edilmişdi.

1991-ci il dekabrın 28-də Brest şəhəri yaxınlığında Rusiya, Ukrayna və Belorusiya respublikalarının rəhbərləri Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradıldığını və beynəlxalq hüququn subyekti kimi SSRİ-nin mövcudluğuna son qoyulduğunu elan etdilər. 1991-ci il dekabrın 21-də Brest "üçlüyünün", Mərkəzi Asiya və Qazaxıstan respublikalarından ibarət olan Aşqabad "beşliyinin" və Ermənistan Respublikasının rəhbərlərinin Alma - ata görüşündə SSRİ-nin mövcudluğuna son qoyulması haqqında Bəyannamə qəbul edildi. Bu hadisə respublikanın rəhbəri A.Mütəllibovun və onun 20 noyabr hadisəsi nəticəsində olduqca zəifləmiş komandasının Azərbaycanın müstəqilliyi ilə bağlı bütün tərəddüdlərinə son qoydu. 1991-ci il dekabrın 29-da respublikada referendum keçirildi. Referendumun bülleteninə yalnız bir məsələ daxil edilmişdi: "Siz, Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı ilə razısınızmi?" - Respublikanın səsvermə hüququ olan əhalisinin 95 faizindən çoxu Referendumda iştirak edərək Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar olduğunu bildirdi. Beləliklə, Azərbaycanın və onun xalqının tarixində yeni bir səhifə açıldı. Azərbaycan respublikasının müstəqilliyini dünya dövlətləri içərisində ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Respublikası, onun ardınca həmin ildə Rumıniya, Pakistan, İsveçrə və İran, 1992-ci ilin əvvəllərində isə ABŞ və Rusiya tanıdı. 1993-cü ilin əvvəllərində Azərbaycanın müstəqilliyini artıq 116 dövlət tanımışdı. Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İslam Konfransı təşkilatına (İKT), 1992-ci ilin fevralında İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) qoşuldu. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv qəbul olundu.

1992-ci il fevral ayının 15 - 17-də ermənilər düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparsa da, qeyri - bərabər döyüşdə işğal edilən Qaradağlı kəndini büsbütün yandırıb məhv etdilər. Qaradağlı faciəsi zamanı 54 nəfər dinc sakin xüsusi amansızlıqla qətlə yetirildi. Artıq növbə çox mühüm strateji əhəmiyyət daşıyan Xocalıya çatmışdı. Ermənilər Xocalını tutmadan Dağlıq Qarabağın bütün ərazisinə yiyələnə bilməyəcəklərini yaxşı bilirdilər. Ona görə də düşmən Xocalıya hücum əməliyyatına çox böyük hərbi qüvvə və texnika cəlb etmişdi. 1992-ci il fevralın 25-də axşam saat 9-da başlayan Xocalıya hücum əməliyyatında erməni hərbi hissələri ilə yanaşı, xarici ölkələrdən gətirilmiş muzdlu quldurlar, əvvəl SSRİ-yə, indi isə Rusiyaya məxsus olub Xankəndində yerləşən və komanda - zabit heyətinin 2/3-si ermənilərdən ibarət olan 366-cı motoatıcı alayı da iştirak edirdi.

Respublika rəhbərliyi Xocalı şəhərinin müdafiəsini lazımi şəkildə təşkil etməmişdi. Özünümüdafiə qüvvələrinin sayı az idi və demək olar ki, heç bir zirehli texnika ilə silahlanmamışdı. Buna baxmayaraq Azərbaycan oğulları qeyri - bərabər döyüşdə mərdliklə vuruşurdular. Xüsusi təyinatlı polis dəstəsinin komandiri Əlif Hacıyev cəmi 22 nəfərlik dəstəsi ilə düşmənin Xocalı hava limanına üç hücum cəhdinin qarşısını almış, ancaq vəziyyətin çıxılmaz olduğunu görüb, hava limanının dispetçer məntəqəsini partladaraq ermənilərin əlinə keçməsinə imkan verməmişdi. Xocalı uğrunda döyüşdə şəhid olmuş Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdi. Cəsur komandir Tofiq Hüseynov 150 nəfərə qədər döyüşçüsü ilə birlikdə sayı dəfələrlə çox olan düşmənlə son nəfəsinədək vuruşaraq dinc sakinlərin bir hissəsinin mühasirədən çıxmasına imkan yaratmışdı. Bu qəhrəman vətən oğlu düşmənin təslim olmaq çağırışına məhəl qoymayaraq son gülləni özünə vurmuş və Vətənimiz uğrunda şəhid olmuşdu. Ölümündən sonra Tofiq Hüseynov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü. Müdafiə qüvvələrinin fövqəladə qəhrəmanlığına baxmayaraq, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhəri ermənilərin rus əsgəri ilə birlikdə həyata keçirdikləri dəhşətli hərbi əməliyyat nəticəsində işğal olundu. Şəhər işğal olunarkən düşmən Azərbaycan əhalisinə qarşı milli - etnik zəmində dəhşətli qətliaməsl soyqırım törətdi. Azərbaycan xalqının başına gətirilmiş bu dəhşətli faciə nəticəsində 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 nəfər dinc sakin - uşaq, qadın və qoca girov götürülərək, ağlasığmaz işgəncələrə məruz qaldı. Xocalı qətliyamı nəticəsində 7 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini, 200 ailə isə öz başçısını itirmişdi. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın26 uşağın taleyi hələ indiyədək də məlum deyil. Xocalı soyqırımı ermənilərin nəinki azərbaycanlılara, bütün bəşəriyyətə qarşı törətdikləri ən dəhşətli cinayət hadisəsidir.


Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin