MühaziRƏLƏr mövzu azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma cəMİYYƏTİ



Yüklə 418,25 Kb.
səhifə92/95
tarix02.01.2022
ölçüsü418,25 Kb.
#38148
1   ...   87   88   89   90   91   92   93   94   95
Azərbaycan tarixi mühaziərlər 2020

Heydər Əliyev 1993-cü ildə prezident seçiləndən sonra bütün əsas diqqətini ordu quruculuğuna yönəltdi. Milli ordu bərbad vəziyyətdə idi və hərbi hissələr ayrı - ayrı siyasi qrupların təsiri altına düşmüşdü. Ordunun silah - sursat, geyim və ərzaqla təminatı yarıtmaz vəziyyətdə idi. Dövlətimizin qarşısında duran əsas vəzifə Müdafiə Nazirliyinə tabe olmayan və döyüş qabiliyyəti aşağı səviyyədə olan nizam - intizamsız hərbi hissələri ləğv etməkdən və güclü nizami ordu yaratmaqdan ibarət idi. 1993-cü il noyabrın 1-də xalqımızı ordu quruculuğu məsələlərinə səfərbər etmək üçün Dövlət Müdafiə Şurası yaradıldı. Ordu quruculuğunda atılan məqsədyönlü addımlar nəticəsində köhnə 33 batalyon ləğv edildi və əvəzində yeni milli ordu hissələri yaradıldı.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Kəlbəcərin işğalı ilə bağlı 1993-cü il 30 aprel tarixli 822 saylı, Ağdamın işğalı ilə bağlı 29 iyul tarixli 853 saylı, Fizuli, Cəbrayıl və Qubadlının işğalı ilə bağlı 14 oktyabr tarixli 814 saylıZəngilanın işğalı ilə bağlı 11 noyabr tarixli 884 saylı qətnamələrində təcavüzkar ordunun işğal olunmuş Azərbaycan ərazilərindən tamamilə və qeyd - şərtsiz çıxarılması tələb olunurdu. Həmin 4 qətnaməni qətiyyən saya salmayan Ermənistanın silahlı qüvvələri 1993-cü ilin noyabr ayının ortalarında bütün cəbhə xətti boyu yenidən hücum əməliyyatlarına başladı. İşğalçılar bu zaman artıq Azərbaycan ordusunun ciddi müqaviməti ilə rastlaşdılar. 1993-cü il dekabrın ortalarında milli ordumuz düşmənin Beyləqan istiqamətində tank hücumunun qarşısını aldı və onun yeddi tankını məhv etdi. Azərbaycan döyüşçüləri əks - hücuma keçərək 30 km irəlilədilər. 1994-cü il yanvarın 5-də milli ordumuz uğurlu hərbi əməliyyatlar nəticəsində Fizuli rayonunun strateji əhəmiyyətli Horadiz qəsəbəsini22 kəndi düşməndən azad etdi və hücumu genişləndirərək CəbrayılKəlbəcər rayonlarının 10-dan çox kəndini murdar düşməndən təmizlədi. Ümumiyyətlə, 1993-cü ilin dekabr - 1994-cü ilin yanvar aylarında aparılan hərbi əməliyyatlarda qəhrəman döyüşçülərimiz tərəfindən xain düşmənin 4 min əsgər və zabiti, 50 zirehli texnikası və 15 artilleriya qurğusu məhv edilmişdi. Cənubi Qafqaz bölgəsində öz mövqeyini qoruyub saxlamağa çalışan Rusiya tərəfindən hərbi cəhətdən gücləndirilmiş Ermənistanın silahlı qüvvələri 1994-cü ilin fevralında Azərbaycanın Kəlbəcər istiqamətində uğurla həyata keçirməyə başladığı "Murovdağ" əməliyyatının qarşısını ala bildi. Rusiyanın köməyilə Azərbaycana alçaldıcı sülh sazişi imzalatmaq üçün Ermənistan 1994-cü il aprelin 10-da bütün cəbhə boyu hücuma keçərək Ağdam rayonunun daha 18 kəndini və Ağdərə bölgəsində bir neçə kəndi işğal etdi. Azərbaycan bölgəyə əlavə qüvvələr yeritməklə Bərdə şəhəri üçün yaranmış təhlükəni aradan qaldırdı və düşmənin hücumları dayandırıldı. Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında 1994-cü il mayın 8-də Bişkek protokolu imzalandı və bu sənədə əsasən 1994-cü ilin may ayının 12-də iki dövlət arasında atəşkəs elan olundu. O vaxtdan respublikamızın ərazi bütövlüyünün sülh və danışıqlar yolu ilə təmin olunmasını nəzərdə tutan çox çətin və uzunsürən atəşkəs dövrü başladı.

1994 - 1995-ci illərdə prezident Heydər Əliyev tərəfindən respublikada qanuni dövlət hakimiyyətinin bərqərar edilməsi siyasi sabitlik yaradılması istiqamətində qətiyyətli addımlar atılmışdır. Respublikada siyasi sabitliyi pozmaq istəyən baş nazir Surət Hüseynov Ə.Hümbətov və R.Qazıyevlə qüvvələrini birləşdirərək, hələ 1993-cü ilin sentyabrında Bakıya hücum planı hazırlamışdı. Əsas məqsəd Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq idi. Baş nazirin himayədarlığı ilə Azərbaycanın qərb rayonlarında qanunsuz hərbi qruplar da yaradılmışdı.

1994-cü ilin oktyabrın 4-də Gəncədə Baş nazir S.Hüseynovun tərəfdarlarından ibarət 300-ə yaxın silahlı şəxs şəhər icra hakimiyyətinin binasını və digər strateji obyektləri ələ keçirmişdi. Bakıda da S.Hüseynovla bağlı olan bir qrup hərbçi artilleriya qurğuları ilə Prezident sarayını və digər strateji obyektləri nişan alaraq əmr gözləyirdi. Oktyabrın 4-nə keçən gecə H.Əliyevin müraciəti ilə on minlərlə adam Prezident sarayı qarşısına toplaşaraq müstəqil dövlətçiliyimizin müdafiəsinə qalxdı. Hakimiyyət orqanlarının gördüyü qətiyyətli tədbirlər nəticəsində Gəncədə qiyam yatırıldı və dövlət çevrilişinə cəhdin qarşısı alındı. S.Hüseynov isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı.

Ədəbiyyat:

1. Azərbaycan tarixi (ən qədim zamanlardan – XXI əsrin ilk onilliklərinədək). Ali məktəblər üçün dərslik, Mehman Abdullayevin elmi redaktorluğu ilə. Bakı, 2015,2016,s. 335-341

2.Azərbaycan tarixi.Ali məktəblər üçün mühazirələr kursu.II hissə(XIX-XXI əsrin əvvəli) A.Ə.Rzayevin ümumi redaktəsi ilə. Bakı:Bakı Universiteti nəşriyyatı,2010,431-433;435-437;446-447;452-453;456-457

3. XX əsr Azərbaycan tarixi. Y.B.Yusifov və T.T.Vəliyevin ümumi redaktəsi ilə. II c., Bakı, 2004.s.399-403




Yüklə 418,25 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin