Detalların eskizləri hazır olduqdan sonra onların əsasında yığma çertyoju
yerinə yetirilir. yığma çertyojunun tərtib olunma qaydası detalların çertyojunun
tərtib
olunması kimidir. əsas diqqət görünüşlərin yerləşməsinə və
spesifikasiyasının tərtibinə yönəldilməlidir. Ən əvvəl detalları saymalı və
spesifikasiyanın nə qədər yer tutacağı müəyyən olunmalıdır. Ölçülərin
qoyulmasına və mövqelərin nömrələnməsinə də yer saxlamaq lazımdır. Çəkiliş ən
iri detaldan başlanır və əvvəlcə ümuni konturlar çəkilir. Sonra kəsimlər
müəyyənləşdirilir və kiçik detallar çəkilir. Detallar nömrələnir, lazımi ölçülər
qoyulur və sonda spesifikasiya tərtib edilir.
Dostları ilə paylaş: