Kompüter qrafikası.
Dünyada tətbiq edilən
AutoCAD
sistemini yaradan
AutoDesk
–
konstruktorlar, dizaynerlər, arxitektorlar üçün avtomatlaşdırılmış layihələndirmə
və proqram təminatı sistemini hazırlayan qabaqcıl kompanyalardan biridir.
Bu proqram sadə cizgidən başlayaraq 3D modellərin qurulmasına qədər işləri
yerinə yetirir.
AutoCAD proqramının normal işləməsi üçün kompüterin aşagıdakı
göstəriciləri olmalıdır.
əməliyyat sistemi: Windows 2000 və daha yüksək versiya
prosessor: İntel Pentium II200 Mhs və yüksək
bərk disk daşıyıcısı (HDD) – proqram üçün 250 MB və əlavə olaraq 500 MB
boş yaddaş
AutoCAD – ın koordinatları
.
Ikili ölçülü koordinat sistemində X – oxu saga, Y oxu yuxarı yönəlir. Onların
birləşmə nöqtəsi koordinat başlanğıcı O qəbil olunur. Lazım gəldikdə əlavə “
istifadəçi koordinat sistemi” yaratmaq olar.
AutoCAD – da koordinatların verilməsi aşağıdakı üsullarla yerinə yetirilir.
Interaktiv koordinat üsulu
çox sadədir. Koordinatların çertyoj sahəsinə
verilməsi siçanın sol düyməsi vasitəsilə ilə yerinə yetirilir. Mənfi cəhəti qeyri –
dəqiq olmasıdır.
Mütrləq koordinat üsulu.
Bu üsulda nöqtələrin koordinatları AutoCAD – ın
koordinat başlanğıcına nəzərən verilir.
Nöqtənin koordinatlarını verərkən əvvəlcə nöqtənin X koordinatı, sonar
vergül işarəsi qoyularaq Y koordinatın qiyməti göstərilir.
AutoCAD – da komandalardan istifadə.
AutoCAD – da qrafiki işləri yerinə yetirmək üçün kompüterin alətlər
lövhəsində həmin əmri seçmək və ya monitorun ekranındakı əmrlər sətrində icra
olunacaq komandaların adını yazmaq lazımdır.
|