Tərif.1) Verilmiş iki adlı ədəd vasitəsilə xarakterizə olunan kəmiyyətlərin cəminə bərabər olan kəmiyyəti xarakterizə edən üçüncü adlı ədədə verilmiş adlı ədədlərin cəmi deyilir.
2) Adlı ədədlərin cəmini tapmaq əməlinə adlı ədədlərin toplanması deyilir.
Məsələn, 724km + 277km = 724∙1km + 277∙1km = (724+277)∙1km = =1001∙1km = 1001km
Qayda 1.Eyni ölçü vahidi ilə verilmiş iki adlı ədədi toplamaq üçün onların mücərrəd (adsız) vuruqlarını toplamaq, nəticənin yanında ortaq ölçü vahidini yazmaq lazımdır.
Adlı ədədlər üçün də çıxma əməli adlı ədədlərin toplanması əməlinin tərs əməli kimi təyin edilir.
Tərif. İki adlı ədədin cəminə və bu ədədlərin birinə görə o biri adlı ədədin tapılması əməlinə adlı ədədlərin çıxılması deyilir.
Məsələn, 1955 il =x il +1147 il = (x+1147) il. Buradan da, 1955 = x+1147 və ya x = 1955-1147. Deməli, 1955 il – 1147il = (1955-1147) il = 808 il.
Qayda 2. Eyni ölçü vahidi ilə verilmiş adlı ədədləri çıxmaq üçün azalanın mücərrəd vuruğundan çıxıılanın mücərrəd vuruğunu çıxıb, alınan fərqin yanında ortaq ölçü vahidini yazmaq lazımdır.
Biz eyni vahidlə verilmiş birhədli adlı ədədlərin toplanması və çıxılması qaydalarına baxdıq. İndi tutaq ki, verilmiş birhədli adlı ədədlər müxtəlif bircins ölçü vahidlərində verilmişdir. Bu halda, verilmiş adlı ədədləri yuxarıda şərh edilmiş qaydalara əsasən ya xırdalamaqla, ya da çevirməklə bir ölçü vahidi ilə verilmiş adlı ədədlərə gətirmək kifayətdir.
Məsələn, 0,30m+13sm = 0,30m +0,13 m =0,43m və ya 0,30m+13sm = 30sm + 13sm = 43sm
Çıxma əməli də analoji qayda ilə icra edilir.
Qayda 3. Müxtəlif bircins ölçü vahidləri ilə verilmiş birhədli adlı ədədləri toplamaq və çıxmaq üçün əvvəlcə komponentləri xırdalamaqla və ya çevirməklə onları eyni ölçü vahidi ilə verilmiş adlı ədədlərə gətirmək lazımdır.
Birhədli adlı ədədlərin üzərində toplama və çıxma əməllərinin keçirdiyimiz bu qaydaları komponentləri çoxhədli adlı ədədlər olan hal üçün də doğrudur. Yalnız əvvəlcə komponentləri məlum xırdalamaq və çevirmək qaydası ilə birhədli adlı ədədlərə gətirmək və ya onları hədbə-hədd toplamaq və çıxmaq lazımdır.
Məsələn,
1) 5km230m + 6km420m = 5230m + 6420m = (5230+6420)m = =11650m=11km650m
və ya
5km230m + 6km420m = (5+6)km +(230+430)m = 11km650m
2)12kq30q – 4kq240q = 12,030kq – 4,240kq = ( 12,030-4,240)*1kq= 7,790kq
12kq30q – 4kq240q = 12030q – 4240q =(1203-4240)*1q= 7790q = 7,790kq
Adlı ədədlərin adsız ədədə vurulması və bölünməsi üçün heç bir qaydanın tətbiq edilməsinə ehtiyac yoxdur. Bu qaydalar kəmiyyətlərin ədədə vurulması və bölünməsi qaydalarının analoqudur. a kəmiyyətinin e vahidindəki ədədi qiymətinin me(a) kimi işarə edək. me(a) ədədi me(a)=x şəklində ədəddir harda ki, x 0 ədədi a kəmiyyətinin ədədi qiymətidir. a kəmiyyətinin ədədə vurulması və bölünməsi üçün isə onun ədədi qiymətini bu ədədə vurmaq və bölmək kifayətdir.
Tutaq ki, e ölçü vahidində x*e birölçülü adlı ədədi verilmişdir və ixtiyari adsız ədəddir. Onda *xe = ( x)∙1e=( ∙x) ∙ e.
Məsələn, ∙ (4,2sm) = ( ∙ 4,2)∙1sm=(1,4∙2)sm=2,8sm
Qayda1. Adlı ədədin adsız ədədə vurulması iki adsız ədədin vurulmasına gətirilir və hasilinin yanında verilmiş ölçü vahidi yazılır.
Adlı ədədin adsız ədədə bölünməsi isə adlı ədədin adsız ədədə vurulması əməlinə gətirilir.
Qayda 2. Adlı ədədi adsız ədədə bölmək iki adsız ədədin qismətinə gətirilir və alınan qismətin yanında verilmiş ölçü vahidi yazılır.
Məsələn, 5,4kq ∶ = (5,4kq) ∙ = (5,4∙ ) ( )
Dostları ilə paylaş: |