Mövzu 2. Çoxluqların birləşməsi, kəsişməsi və fərqi. Alt çoxluğun tamamlayıcısı.
Plan
Çoxluqların birləşməsi (cəmi) və xassələri.
Çoxluqların kəsişməsi və xassələri.
Çoxluqların fərqi. Alt çoxluğun tamamlayıcısı.
Tərif. A və B çoxluqların heç olmazsa birinə daxil olan bütün elementlərdən düzəldilmiş çoxluğa A və B çoxluqların birləşməsi deyilir və “ ” kimi işarə edilir.
Misal:
A = {a,b,c,d}, B = {f,k} şəklində olarsa, onda
C = A B = {a,b,c,d,f,k} olar. Qeyd edək ki, A və B çoxluqlarının hər birinə daxil olan element bu çoxluqların birləşməsinə daxil olur.
A = {a,b,g,h,x,q} və B = {b,h,x,w} çoxluqlarının
birləşməsi olan C = A B = {a,b,g,h,x,q,w} çoxlugunda 7 element var. Amma bu iki çoxluğun birlikdə 10 elementi var, yəni birləşməyə hər bir element bir dəfə daxil olur. Şəkil1.
Dostları ilə paylaş: |