6.2. Tələbin və tələbatın həcminin müəyyən edilməsi
Bazarın potensialını və tələbin cari səviyyəsinin kəmiyyətcə qiymətləndirilməsi üçün məhsul və xidmətlərə olan təlabatın həcmi müəyyən edilməlidir. Məhsul və xidmətlərə tələbatın xarakteri və müəyyən edilməsi qaydası məhsulun istehlak məhsullarına və istehsal təyinatlı məhsullara (və ya istehsal-texniki təyinatlı məhsullara) aid olmasından asılı olaraq dəyişdiyindən onlara tələbatın və tələbin hesablnması qaydası ayılıqda nəzərdən keçirilir.
6.2.1. İstehlak məhsullarına tələbatın müəyyən edilməsi
Ümumi halda istehlak məhsullarını iki kateqoriyaya: a) uzun müddət istifadə edilən istehlak məhsullarına və b) tez sərf edilən istehlak məhsullarına ayırmaq olar. Bu məhsullara tələbatın və tələbin həcminin hesablanması qaydası da bir-birindən fərqlənir. Aşağıda bu məhsullara tələbatın və tələbin həcmiin müəyyən edilməsi qaydası izah edilir.
Uzun müddət ərzində istifadə edilən istehlak məhsullarına ev təsərrüfatının, yəni ailənin ümumi istifadəsində olan məişət avadanlıq və cihazları aiddir. Bu məhsullara tələbatın həcmi a) ev təsərrüfatllarının onlarla təmin olunma səviyyəsindən, b) həmin məhsullarla təmin olunma səviyyəsini artırm tempnidən və c) həmin məhsulların sıradan çıxması və göhnəlmə səviyyəsindən asılıdır. Bu göstəricilərdən asılı olaraq məişət avadanlaq və cihazlarına tələbat üç formada: 1) məişət avadanlıq və cihazları ilə təmin olunmamış ev təsərrüfatlarının tələbatı; 2) məişət avadanlıq və cihazları ilə təmin olunma səviyyəsini artıran təmin olunmuş ev təsərrüfatlarının tələbatı və 3) məişət avadanlıq və cihazlarının dəyişdirilməsi zırurətindən yaranan tələbat formasında meydana çəxa bilər.
Məişət avadanlıq və cihazları ilə təmin olunmamış ev təsərrüfatlarının tələbatının həcmi ev təsərrüfatlarının sayı və onların həmin avadanlaq və cihazlarla təmin olunma səviyyəsindən asılıdır. Başqa sözlə desək, həmin avadanlıq və cihazlara potensial tələbatın həcmi həmin ev təsərrüfatlarının sayını onların avadanlaıq və cihazlarla təmin olunma normativinə vurmaqla müəyyən olunur.
Ümumuyyətlə, tez sərf edilən istehlak məhsullarına (məsələn, ərzaq məhsullarına, un və un məlumatlarına, yuyucu tozlara və s.) tələbatın həcmi a) potensial istehlakçıların və ya istifaəcilərin sayından və b) elmi cəhətdən əsaslandırılmış və ya tarixən formalaşmış istehlak normasından asılı olaraq müəyyən edilir. Lakin tez sərf edilən istehlak məhsullarının uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olan və uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olmayan məhsul olmasından asılı olaraq onlara tələbatın həcminin müəyyən edilməsi qaydası və ya alqotitmi bir-birindən müəyyən dərəcədə fərqlənir.
Uzun müddət istifadə edilən məhsulların istismarı ilə əlaqədar olmayan tez sərf edilən istehlak məhsullarına tələbatın həcmi potensial istehlakçıların sayını onların orta gündəlik (həftəlik, aylıq və ya illik) istehlak normasına vurmaqla müəyyən edilir. Bunu riyazi formada belə ifadə etmək olar:
burada: - məhsuluna j potensial istehlakçıların illik tələbatının həcmi;
- məhsulunu istifadə edən potensial istehlakçıların və ya istifadəçilərin sayı;
- məhsulunun gündəlik (həftəlik, aylıq və ya illik orta istehlak norması;
- ildəki günlərin, həftələrin və ayların sayıdır (istehlak norması il üzrə müəyyən edildikdə K 1-ə bərabər olur);
- tələbatının həcmi müəyyən edilən məhsullar, ;
- məhsulunu istehlak edən potensial istehlakçılardır, .
Fərz edək ki, kərə yağ üzrə orta gündəlik istehlak norması 20 qram təşkil edir. Ölkəmizin əhalisinin, yəni kərə yağın potensial istifadəçilərinin sayının 9 mln. nəfər olduğunu nəzəzrə alsaq, onda kərə yağına illik tələbatın həcmi 65,7 min ton təşkil edəcəkdir.
Dostları ilə paylaş: |