Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


İstehsal təyinatlı məhsullara tələbatın müəyyən edilməsi



Yüklə 0,67 Mb.
səhifə37/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   102
Marketinq

6.2.2. İstehsal təyinatlı məhsullara tələbatın müəyyən edilməsi

Biz artıq istehsal təyinatlı məhsullara tələbin faktiki olaraq istehlak məhsullarına tələbin törəməsi olduğunu göstərdik. Bu, istehsal təyinatlı məhsul­la­rın satıcılarının fəaliyyət gös­tərdikləri bazarlarda yaranmış situasiya ilə ya­na­şı, məh­sul­göndərmə zəncirinə uyğun olaraq həmin məhsulların alıcılarının da xidmət etdikləri bazarlardakı situasiyanı izləməli ol­du­ğunu göstərir. Əlbəttə, bir çox istehsal təyinatlı məhsullar sonuncu isteh­­lak­çıdan çox «uzaqda» yerləşir və buna görə də məhsulgöndərmə zəncirini axıradək iz­ləmək çox çətindir. Aralıq istehlakçılar ilə istehsalçı və sonuncu istifadəçi ara­sındakı məsafə böyüdükcə, bu, daha aşkar görünür. Bu əlaqə digər hallarda, mə­sə­lən, avtomobillərin satışının həcmi ilə vərəqə poladın istehsalı arasındakı əlaqədə olduğu ki­mi çox aşkar görünür.

İstehsalçının buraxdığı məhsulun təyinatı çoxaldıqca, planlaşdırma məsələsi hiss ediləcək dərəcədə çətinləşir.

İstehsal təyinatlı məhsulun hansı kateqoriyaya: əsas materiala, sərfiyyat materiallarına, de­tal və ya dəstləşdirici məmulatlara və ya sənaye avadanlıqlarına aid olmasından asılı olaraq ona tələbin hesablanması qaydası və tələbatın strukturu müxtəlif olur.




Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin