Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


Sənaye avadanlıqlarına tələbatın həcminin müəyyən edilməsi



Yüklə 0,67 Mb.
səhifə39/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   102
Marketinq

Sənaye avadanlıqlarına tələbatın həcminin müəyyən edilməsi. Sənaye avadanlıqlarına müəssisələrin istehsal fəaliyyətinin yerinə yetirilməsində istifadə edilən, xammal və materiallarda fiziki və kimyəvi dəyişiklik edərək hazır məhsulun istehsalında istifadə edilən avadanlıqlar, dəzgahlar, cihazlar və digər bu növ texnika aid edilir. Yeni istifadəyə verilən müəssisələrin və mövcud müəssisələrin sənaye avadanlıqlarına tələbatın müəyyən edilməsi qaydası bir-birindən fərqlənir.

Yeni istifadəyə verilən müəssisələrin sənaye avadanlıqlarına tələbatın müəyyən edilməsi. Bu müəssisələrdə avadanlığa tələbatın illik həcmini müəyyən etmək üçün əvvəlcə bir vahid məhsulun istehsalı (işin, əməliyyatın yerinə yetirilməsi) üçün sərf edilən vaxtı həmin avadanlıqda istehsal edilən məhsulun (yerinə yetirilən işin, əməliyyatın) ümumi həcminə vurmaqla bu məhsulun istehsalı (işin, əməliyyatın yerinə yetirilməsi) üçün tələb olunan vaxtın ümumi miqdarı müəyyən edilir. Sonra ildə iş günlərinin sayını növbəlik əmsalına, hər növbədəki iş saatlarının sayına, normanın artıqlaması ilə yerinə yetirilməsini və avadanlığın təmirini nəzərə alan istifadə əmsalına vurmaqla avadanlığın illik iş vaxt fondu müəyyən edilir. Məhsul istehsalı, (iİşin, əməliyyatın yerinə yetirilməsi) üçün tələb olunan vaxtın ümumi miqdarını avadanlığın illik iş vaxt fonduna bölməklə hər bir müəssisənin avadanlığa tələbatının həcmi tapılır.

Mövcud müəssisələrin sənaye avadanlıqlarına tələbatın müəyyən edilməsi. Mövcud müəssisələrdə sənaye avadanlıqlarına tətləbat onların a) avadanlıq parkının dəyişdirilməsi (yeniləşməsi) və b) istehsal güclərinin artırlması zərurəti nəticəsində yaranır.

Mövcud müəssisələrin avadanlıq parkının dəyişdirilməsi (yeniləşməsi) üçün avadanlığa olan tələbatın həcmi a) mövcud avadanlıq parkının həcmini, b) avadanlığın xidmət (istismar) müddətini, c) mövcud avadanlıq parkının yaş qrupu üzrə tərkibini və d) istismar müddətini (istifadə müddətini) başa vuran avadanlıqların xüsusi çəkisini nəzərə almaqla müəyyən edilir. Bu məlumatları nəzərə almaqla avadanlıq parkının dəyişdirilməsi (yeniləşməsi) üçün avadanlığa olan tələbatın həcmi avadanlıq parkının həcmini xidmət (istismar) müddətini başa vuran avadanlıqların xüsusi çəkisinə vurmaqla müəyyən edilir.

Mövcud müəssisələrin istehsal güclərinin artırılması üçün sənaye avadanlıqlarına tələbat bu avadanlıqların istehlakçıları olan istehsalçı müəssisələrin məhsullarına tələbatın, yəni bu müəssisələrin müştərilərinin tələbatının artması nəticəsində yaranır. Başqa sözlə, məhsulgöndərmə zəncirinin hər hansı bir həlqəsində yerləşən müəssisənin tələbatının həcminin arması (azalması) bu zəncirin əvvəlki həlqələrində yerləşən istehsalçı müəssisələrin məhsuluna tələbatın həcminin armasına (azalmasına) səbəb olur.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin