Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


Cədvəl 7.1 Məhsulun həyat dövranının müxtəlif mərhələlərində marketinq



Yüklə 0,67 Mb.
səhifə45/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   102
Marketinq

Cədvəl 7.1

Məhsulun həyat dövranının müxtəlif mərhələlərində marketinq

ele­mentləri üzrə tətbiq edilən marketinq taktikası




Bazara çıxma

Artım

Yetkinlik

Böhran

Məhsul

Baza modeli

Məhsul çeşidinin və nomenklatu­ra­sının genişlən­di­ril­məsi

Bazara yeni məh­sul­ların çıxarıl­ma­sı

Bazardan çıxma və ya mövcud məh­sulların tək­milləşdirilməsi

Qiymət

Məhsuldan asılı ola­raq aşağı və ya yüksək olur

Qiymətin səviy­yə­si yüksəkdir

Qiymət güzəştləri tətbiq edilir

Tələbin səviyyə­sinə uyğun olaraq müəyyən edilir

Satış

Bir seqmentdə tə­mərküzləşmiş­dir

Satış bazarları­nın genişləndiril­məsi.Yeni bazar seqmentlərinə çıx­maq

İntensiv alış

Məhsulların seç­mə qayda­sında bölüşdürülməsi

Məhsulların irəlilədilməsi

Məhsulların irəli­lədilməsinə xeyli güc sərf edilir

Məhsulların irəli­lədilməsinə mak­si­mum güc sərf edilir

Məhsulların irəli­lədilməsinə sərf edilən güclə­rin həcmi mənfəə­tin səviy­yəsinə uy­ğun­laş­dı­rılır

Son nəticədə məhsul bazar­dan çıxarılır

b) böhran mərhələsində olan məhsulların siyahısının müəyyən edil­məsi və onların ya təkmilləşdirilməsi, ya da istehsaldan çıxarılması haq­qında qərar qəbul edil­məsi;

c) satışın həcmi, mənfəətin məbləği və norması üzrə müəyyən edilmiş plan tap­şı­rıqlarının təmin edilməsi baxımından inkişaf və yetkinlik mər­hə­ləsində olan məhsulların potensialının qiymətləndirilməsi;

ç) yeni məhsulların siyahısının tərtib edilməsi və onların məhsul çeşi­dinə daxil edilməsi vaxtının müəyyənləşdirilməsi.


7.4. Yeni məhsul yaradılmasının planlaşdırılması

Müəssisə bazarda uğurlu fəaliyyət göstərmək, mövcud istehlakçıları qoru­yub saxlamaq və yeni istehlakçılar cəlb etmək, satışın həcmini və ba­zar payını artırmaq, həmçinin rəqabət üstünlüyü əldə etmək və s. məqsədilə daima özünün məhsul çeşidinə yenidən baxmalı və onu yeniləşdirməlidir.

Yeni məhsulun planlaşdırılması prosesi aşağıdakı mərhələləri əhatə edir (Şəkil 7.1).

Mərhələ özündə yeni ideyaların tapıl­ması və toplanmasını bir­ləşdirir. Yeni məh­su-lun yaradılmasına dair ideyalar müəssisənin işçilərindən və müva­fiq böl­mələrindən, elmi-təd­qi­qat ins­ti­tut­la­rın­dan, istehlakçılardan, distri­bü­tor­lar­dan, ticarət heyətindən, rəqiblər­dən və s. mənbələrdən daxil ola bilər.



II mərhələdə verilmiş ideyaların seçilməsi, yəni onların süzkəcdən keçirilməsi həyata keçirirlər. Bunun üçün bir sıra müəssisələr yeni məhsulun qiymət­lən­diril­məsi meyarlarını (məsələn, satışın həcminin artım tempi, mənfəət norması, ma­liyyə imkanları və s.) əks etdirən siyahı tərtib edir, menecerlərin və isteh­lakçıların iştirakı ilə yeni məhsulun ideyası­nın həmin kriteriyalar üzrə qiymətləndirilməsini həyata keçirirlər.



Qəbul edilmiş ideyaların yoxlanması mərhələsində seçilmiş ideyalar əsasın­da yeni məhsulun konsepsiyası hazırlanır. Məhsulun konsepsiyası özündə onun istehlak xüsusiyyətlərinin, qiymətinin, qablaşdırılmasının, dizaynının, mövqeləş­di­rilməsinin və məhsulu xarakterizə edən digər xüsu­siyyətlərin müəyyənləş­diril­məsini birləşdirir. Hazırlanmış kon­sep­siya is­tehlakçıların və mütəxəssislərin işti­ra­­kı ilə testləşdirilir və onların məh­sula münasibəti öyrənilir.

İqtisadi təhlil mərhələsində müxtəlif təhlil metodlarından istifadə et­məklə yeni məhsulun hazırlanması üçün zəruri olan investisiyaların məb­ləği hesab­lanı­lır, satışın həcmi və bazar payı proqnozlaşdırılır, məhsulun istehsalına və mar­ke­tinqinə çəkiləçək xərclərin məbləği, məhsu­lun qiyməti müəyyənləşdirilir, rəqabət mühiti təhlil edilir.

Məhsulun hazırlanması mərhələsində yeni məhsulun sınaq nümunələri hazırlanır, onun konstruksiyası, qablaşdırılması, mar­kası, bazar möv­qeyi, mövqeyləşdirilməsi, onun müxtəlif bazar seq­ment­lə­rinə və bazarlara uyğun­laşdırılması haqqında qərar qəbul edilir. Hazırlan­mış nümunələr labora­toriya və real şəraitdə yoxlamadan keçirilir və isteh­lakçıların iştirakı ilə bir daha testləşdirilir. Yoxlamanın və testləşdirmənin nəticələri əsasında məhsulda zəruri dəyişikliklər edilir.

Məhsul yoxlanıldıqdan və hazırlandıqdan sonra onun marketinq planı və strategiyası tərtib edilir. Məhsulun marketinq planı və strategiyası məq­səd baza­rının təsvirini, birinci bir neçə il üçün satışın həcmini və bazar payını, məhsulun marketinq kompleksini, marketinq büdcəsini, məhsulun mövqeyləşdirilməsini və s. əhatə edir.

Növbəti mərhələdə məhsulun sı­naq satışı həyata keçi­­rilir. Məhsulun sınaq satışının nəticəsi əsasında məh­sulda, onun marketinq pla­nında, strategiyasında və marketinq komplek­sində müvafiq dəyişikliklər edilir, məhsulun ümummilli bazara çıxarılması, yəni kommersiyalaşdırılması haqqında qərar qəbul edilir.

Yeni məhsulun yaradılmasının planlaşdırılmasının sonuncu - kom­mersiya realizasiyası mərhələsində yeni məhsulun kütləvi istehsalı, onun ümummilli bazara çıxarılması, tərtib edilmiş marketinq planının və stra­tegiyasının realizasiyası həyata keçirilir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin