Özünüyoxlama sualları və tapşırıqlar
1. Məhsul nədir? Məhsulun hansı səviyyələri vardır? Məhsulun hər bir səviyyəsinin məzmununu izah edin.
2. Məhsul nomenklaturası, məhsul kateqoriyası, məhsul çeşidi və çeşid pozisiyası nədir? Məhsul nomenklaturasının və çeşidinin genişliyi və dərinliyi necə müəyyən edilir?
3. Marketinq baxımından məhsulların təsnifləşdirilməsinin əhəmiyyətini izah edin. İstehsal təyinatlı məhsullar hansı qruplara bölünür?
4. Məhsulun həyat dövranın mərhələlərini və hər bir mərhələdə marketinqin vəzifəsini izah edin.
5. Yeni məhsulun planlaşdırılması hansı mərhələlərdən ibarətdir? Hər bir mərhələnin məzmununu izah edin.
6. Məhsulun rəqabət qabiliyyətliliyini və onu müəyyən edən amilləri izah edin. Məhsulun qiymətinin yüksəlməsi onun rəqabət qabiliyyətliliyinin yüksəlməsini və ya aşağı düşməsinimi göstərir?
7. Ticarət nişanı və marka emblemi nədir? Bunlar arasında hansı fərqlər vardır?
8. Məhsullara ticarət markasının verilməsinin hansı strategiyaları mövcuddur? Hər bir strategiyanın üstünlüklərini və çatışmazlıqlarını izah edin.
9. Məhsullara ştrixli kodların verilməsinin əhəmiyyətini izah edin.
Dostları ilə paylaş: |