Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə61/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   102
Marketinq

Məhsul reklamları. Məhsul reklamları konkret məhsula tələbat yaradıl­ma­sına, onun satışının stimullaşdırılmasına və bunun sayəsində onun satışının həc­mi­nin artırılmasına yönəldilir. Məhsul reklamları öz növbəsində istehlak məh­sul­ları reklamlarına və istehsal-texniki təyinatlı məhsullar reklamlarına bölünür.

Məqsədindən asılı olaraq bu reklamlar informasiya xarakterli reklamlara, tövsiyə xarak­terli (məsləhətverici) reklamlara və xatırladıcı reklamlara bölünür.



İnformasiya xarakterli reklamların əsas vəzi­fə­si istehlakçıları məlu­mat­lan­dırmaq, onlara məhsulun istehlak xüsusiyyətləri, on­lardan istifadə qaydaları və onları haradan almağın mümkün olması və s. haq­qın­da in­formasiya verməkdir. Bu reklamlardan, əsasən, məhsulun həyat dövranı­nın bazara çıxarılma mərhələ­sin­də, qarşıda ilkin tələbatın yaradılması vəzi­fəsi durduqda istifadə edilir.

Tövsiyə xarakterli (məsləhətverici) reklamın əsas vəzifəsi məq­səd ba­zar­la­rı­nı rəqiblərlə müqa­yi­sədə müəssisənin markalarını seç­mə­yə inandır­maqdır. Rek­lamın bu formasından, əsasən, məhsulun həyat dövranının ar­tım mərhələ­sində və müəssisə qarşısında tələbatın yaradılması problemi durduqda istifadə edilir.

Xatırladıcı reklamdan məhsul barəsində istehlakçının malik ol­du­ğu məlu­matları, bilikləri möhkəmləndir­mək, ondan təkrar istifadə edilməsini stimul­laş­dırmaq, məhsulun bazarda olmasını yada sal­maq üçün istifadə olunur. Rek­lamın bu formasından məhsulların bazar mövqeyi güclü və həyat dövranının yetkinlik mərhələsində olduğu zaman istifadə etmək daha məqsədəuyğundur.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin