Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə62/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   102
Marketinq

İnstitusional reklamlar. İnstitusional reklam­lar dedikdə, ayrı-ayrı müəssisə və təşkilatların reklamı başa düşülür. Bu reklamın məqsədi bütünlükdə konkret bir müəs­sis­­əyə, təşkilata xeyirxah münasibətinin yara­dılmasını təmin etmək, müəsissənin müs­bət obrazını yaratmaqdır.

İnstitusional reklamın 4 forması: müdafiə reklamları, məlumat­verici ins­ti­tusional reklamlar, rəqabət reklamları və xatır­ladıcı institusional rek­lam­ları forması vardır.

Müdafiə reklamlarında, bir qayda olaraq, müəyyən mə­sə­lələrə dair müəs­­si­­sənin, təşkilatın, şirkətin mövqeyi bəyan edilir.

Məlumatverici institusional reklamlardan istehlakçılara müəssisə, təş­kilat və ya şirkət haqqında, onun nə istehsal edə bilməsi, hansı ideyaları həyata keçirə bilməsi və ya harada yerləşdiyi haqqında məlumatlar veril­məsi məqsədilə istifadə edilir.

Rəqabət reklamlarından məhsullar arasında növ rəqabəti oldu­ğu halda, rəqib məhsullarla müqayisədə müəs­si­sənin məhsulunun üstünlüklə­rini və ya rəqib müəssisəyə nisbətən müəssisənin üstünlüklərini isteh­lak­çı­lara göstərmək və izah etməklə onların diqqətini müəssisəyə və onun məh­sullarına cəlb etmək üçün istifadə edilir.

Xatırladıcı reklamların məqsədi müəssi­sə­nin, təşkilatın, şirkətin adını məq­səd bazarlarının diqqətinə çatdırmaq və bu­nun sayəsində məqsəd ba­zarlarının on­ları unutmamasına, yadda saxlamasına nail olmaqdır.

Reklamın hansı formasından istifadə edilməsindən asılı olmayaraq o, aşağıdakı tələblərə cavab verməlidir:



  • reklam qəbul edilmiş ümumi normalara zidd olmamalıdır;

  • rek­lam sahəsində həyata keçirilən tədbirlər sosial məsuliyyəti və haqlı rəqabət şəraitini mütləq nəzərə almalıdır;

  • reklam reklamvericilərə, onların bazara təklif etdikləri məhsullara (xidmətlərə) inam, etibar yaratmalıdır;

  • reklam obyektiv olmalı, yalnız məhsulun mövcud xüsusiyyətləri, key­fiy­yəti və texniki-istismar parametrləri haqqında məlumat verməlidir;

  • rek­lam mətnləri, simvolları, şəkilləri və s. istehlakçını yanıltmamalı və aldatmamalıdır;

  • reklam məhsulun istehlakçının görə bilmədiyi, ilk baxışdan onun diqqətini cəlb etməyən xüsusiyyətləri haqqında məlumat verməlidir;

  • reklam məhsulun bazara çıxması anında verilməlidir;

  • reklam məhsulun həyat dövranına uyğunlaşdırılmalıdır;

  • reklam kampaniyaları iqtisadiyyatın sürətlə inkişafı dövründə daha aktiv aparılmalıdır və s.

Reklam prosesinin və kampaniyasının təşkilində müxtəlif reklam­vericilər, reklam agentlikləri, təd­qi­qat müəssisələri (təş­kilatları), KİV-lər, hökumət və rəqiblər iştirak edir. Reklamvericilər dedikdə, məhsul, ideya, xidmət və müəssisə haqqında rek­lam verilməsini sifariş verən və onun haqqını ödəyən müəssisə və təşki­latlar başa düşülür. Reklamvericilərin əsas məqsədi reklam proqramlarının hazırlanması və reklam tədbirlərinin həyata keçirilməsi planlarının tərtib edilməsidir.
9.4. Reklamın planlaşdırılması

Reklam tədbirlərinin planlaşdırılması üç istiqamətdə: 1) reklamın məq­­sə­di­nin müəyyənləşdirilməsi və məqsəd bazarının identifikasiyası; 2) mü­raciətlərin strategiyası və taktikasının hazırlanması və 3) reklam vasitə­lərinin seçilməsi strategiyası və taktikasının seçilməsi istiqamətlərində həy­ata keçirilir.

Reklamın planlaşdırılması aşağıdakı ardıcıl mərhələlər üzrə həyata keçirilir.

Məsələnin qoyuluşu mərhələsində marketinq planları və bu planlarda reklam fəaliyyəti qarşısında qoyulan məqsəd və vəzifələr təhlil edilir, rek­lamın planlaşdırılması nəticəsində həll ediləcək məsələlər müəyyənləşdirilir. Bu reklamın planlaşdırılmasını və reklam planlarını marketinqin planlaşdı­rılması və marketinq planları ilə uzlaşdırmağa imkan verir.

Reklamın planlaşdırılmasının situasiyalı təhlil mərhələsində bütün­lük­də müəssisə­nin marketinq fəaliyyətinin, o cümlədən, reklam fəaliy­yə­ti­nin situasiyalı təh­li­li həyata keçirilir, müəssisənin fəaliyyətinin zəif və güclü tərəfləri, imkan­lar və təhlükələr öyrənilir, rəqiblərin reklam strateg­iyası və taktikası təhlil edilir.






Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin