Özünüyoxlama sualları və tapşırıqlar
Marketinq kommunikasiya sisteminin mahiyyətini və məqsədini izah edin.
Marketinq kommunikasiya sisteminin elementləri hansılardır? Marketinq kommunikasiya sisteminin hər bir elementinin mahiyyətini izah edin.
Marketinq kommunikasiya prosesi hansı mərhələlərdən ibarətdir?
Marketinq kommunikasiya sisteminin büdcəsinin tərtib edilməsində hansı metodlardan istifadə edilir? Hər bir metodun mahiyyətini izah edin.
Şəxsi və qeyri-şəxsi kommunikasiya necə həyata keçirilir? Onların fərqləri və üstünlükləri nədən ibarətdir?
Reklam nədir? Reklamın satışın həvəsləndirilməsindən və ictimaiyyətlə əlaqədən nə ilə fərqlənir?
Reklam fəaliyyətinin iştirakçılarına kimlər daxildir?
8. Reklamın planlaşdırılması prosesinin hər bir mərhələsinin mahiyyətini izah edin.
9. Satışın həvəsləndirilməsinin mahiyyəti nədən ibarətdir? Satışın həvəsləndirilməsi prosesində kimlər həvəsləndirilir?
10. İstehlakçıların həvəsləndirilməsinin məqsədi nədən ibarətdir? İstehlakçıların həvəsləndirilməsində hansı metodlardan istifadə edilir?
11. İctimaiyyətlə əlaqənin mahiyyəti və məqsədi nədən ibarətdir? İctimaiyyətlə əlaqə hansı formada həyata keçirilir?
Dostları ilə paylaş: |