12.1.Xərclərə əsaslanan qiymətqoyma metodu.
Bu metod ondan ibarətdir ki, məhsula çəkilən xərclərin üzərinə mənfəət norması və yaxud əldə edilməsi nəzərdə tutulan mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, məhsulun qiyməti kimi götürülür.
Bu qiymətqoyma metodunun müxtəlif formaları: tam xərclərə (maya dəyərə) görə qiymətqoyma metodu; birbaşa xərclərə görə qiymətqoyma metodu; investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu və xərclərin rentabelliyi normasına görə qiymətqoyma metodu mövcuddur.
Tam xərclərə əsaslanan qiymətqoyma metodunda qiymətqoymanın iki üsuldan: 1) məhsulun tam xərclərin (maya dəyərin) məbləğinin üzərinə mənfəət normasının (qiymət əlavəsi və ya ticarət əlavəsi də adlandırılır) əlavə edilməsi və 2) məhsulun maya dəyərinin (satınalma qiymətinin) üzərinə satış qiymətinə görə müəyyən edilmiş mənfəət normasının (bəzi ədəbiyyatda ticarət güzəşti, məhsulun satış qiymətinə əlavə adlandırlır) əlavə edilməsi üsulundan istifadə edilir.
Qiymətqoymanın məhsulun maya dəyərinin üzərinə mənfəət normasının əlavə edilməsi üsulunda məhsulun qiyməti onun maya dəyərinin, yəni ona çəkilmiş birbaşa və qaimə xərclərinin cəminin üzərinə fiksə edilmiş mənfəət norması gəlməklə hesablanılır, yəni
burada: - i məhsul vahidinin qiyməti, manatla;
- i məhsul vahidinin maya dəyəri, manatla;
- i məhsulunun maya dəyərinə nisbətən müəyyən edilən standart (fiksə edilmiş) mənfəət normasıdır (qiymət əlavəsi və ya ticarət əlavəsidir).
Fərz edək ki, istehsalçı müəssisənin məhsulunun maya dəyəri 100 manat təşkil edir. İstehsalçı müəssisə məhsulun maya dəyərinə nisbətən 20%, vasitəçi isə satınalma qiymətinə nisbətən 40% mənfəət əldə etməyi nəzərdə tutur. Onda istehsalçı müəssisənin satış qiyməti 120 manat (100+1000,2), vasitəçinin satış qiyməti isə 168 manat (120+120 x 0,4) təşkil edəcəkdir.
Məhsulun qiymətinin müəyyən edilməsinin maya dəyərinin və ya satınalma qiymətinin üzərinə satış qiymətinə görə müəyyən edilən mənfəət normasının (güzəştin) əlavə edilməsi üsulunda isə məhsulun maya dəyərinin üzərinə elə bir mənfəət norması əlavə edilir ki, məhsulun satış qiymətindən həmin mənfəət normasının məbləğini çıxdıqdan sonra qalan hissə məhsulun maya dəyərinə bərabər olur. Bu halda məhsulun qiyməti aşağıdakı düsturla müəyyən edilir:
- i məhsul vahidinin qiyməti, manatla;
- i məhsulunun maya dəyəri və satınalma qiyməti manatla;
- i məhsulunun satış qiymətinə görə müəyyən edilən sabit güzəşt əmsalıdır.
Xərclərin rentabelliyi normasına görə qiymətqoyma metodu qiymətin elə bir səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur ki, o, məhsul satışının verilmiş miqdarında məhsulun maya dəyərini ödəməklə yanaşı xərclərin rentabelliyinə görə müəyyən edilmiş məqsəd mənfəətinin, yəni planda nəzərdə tutulan mənfəətin əldə edilməsini də təmin edir. Bu metoda görə qiymət belə hesablanır.
burada: - məhsul vahidinin qiyməti, manatla;
- məhsulunun satışından əldə edilməsi nəzərdə tutulan məqsəd mənfəətin məbləği, manatla;
- məhsul vahidinə çəkilmiş birbaşa və qaimə xərclərinin ümumi məbləği, manatla;
- məhsulunun istehsalının və ya satışının natural ifadədə miqdarıdır.
Xərclərin rentabelliyi normasına görə qiymətin hesablanması metodu ilə xərclərə əsaslanan qiymətqoyma metodlarının müqayisəsi göstərir ki, tam və birbaşa xərclərə əsaslanan qiymətqoyma metodlarından fərqli olaraq xərclərin rentabelliyinə görə qiymətqoyma metodunda məhsulun qiyməti müəyyən edilərkən xərclərlə yanaşı satışın həcmi də nəzərə alınır. Qeyd etmək lazımdır ki, qiymətqoymanın bu metodunda məhsul istehsalı və ya satışının həcminin artması qiymətin səviyyəsinin aşağı düşməsinə və əksinə, onun həcminin azalması qiymətin səviyyəsinin yüksəlməsinə səbəb olur.
Məhsulun qiyməti investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu ilə müəyyən edildikdə əvvəlcə məhsulun istehsalına sərf edilmiş investisiyanın həcmi, bu investisiyaya görə əldə edilməsi nəzərdə tutulan rentabellik səviyyəsi (adətən, investisiyanın rentabellik səviyyəsini onun özünü ödəmə müddətinə uyğun olaraq hesablanılır) müəyyənləşdirilir və bunların əsasında əldə ediləcək məqsəd mənfəətinin məbləği (investisiyanın məbləğini rentabellik səviyyəsinə vurmaqla) hesablanılır. Sonra isə mənfəətin məbləğini məhsul istehsalının və ya satışının ehtimal edilən məbləğinə bölürlər. Hər bir məhsula düşən mənfəətin məbləğinin üzərinə məhsulun maya dəyərini gəlməklə onun qiymətini müəyyən edirlər. Bunu düstur formasında aşağıdakı kimi ifadə etmək olar:
burada: - i məhsul vahidinin qiyməti, manatla;
- i məhsul vahidinin maya dəyəri, manatla;
- i məhsulun hazırlanmasına qoyulmuş investisiyanın rentabellik norması və ya rentabellik əmsalı;
- i məhsulunun hazırlanmasına qoyulmuş investisiyanın məbləği, manatla
- i məhsulun natural ifadədə miqdarıdır.
Dostları ilə paylaş: |