Cədvəl 12.1
Gözlənilən şərti mənfəət göstəricisindən istifadə etməklə tender əsasında qiymətin müəyyən edilməsi
Qiymət variantları
|
Mənfəət
|
Qiymətin alıcı tərəfindən qəbul edilməsi ehtimalı
|
Gözlənilən şərti mənfəət
|
2000
|
0
|
0,99
|
0
|
2100
|
100
|
0,90
|
90
|
2200
|
200
|
0,75
|
150
|
2300
|
300
|
0,40
|
120
|
2400
|
400
|
0,25
|
100
|
2500
|
500
|
0,15
|
75
|
Cədvəl məlumatlarından göründüyü kimi, gözlənilən şərti mənfəətin həcmi qiymətin 2200 manat olduğu variantda ən yüksəkdir. Məhz bu qiymət məhsulun qiyməti kimi qəbul edilir və məhsul həmin qiymətlə tenderə təklif edilir.
12.3. Tələbə əsaslanan qiymətqoyma metodu. Bu qiymətqoyma metodunda məhsulun qiyməti ona olan tələbin həcminə görə müəyyənləşdirilir və onun dəyişməsinə uyğun olaraq dəyişdirilir.
Müəssisə tələbə əsaslanan qiymətqoymanın son hədd qiymətqoyma metodundan; zərərsiz çevik qiymətqoyma metodundan; tələbin həcmi əsasında qiymətqoyma metodundan; satış yerinə görə qiymətqoyma metodundan və mövsümiliyə görə qiymətqoyma metodundan istifadə edə bilər.
3.1.Müəssisə qiyməti son hədd qiymətqoyma metodu ilə müəyyən etdikdə, əvvəlcə, məhsul üzrə müxtəlif qiymət variantları hazırlayır. Hər bir qiymət variantı üzrə məhsul satışının ehtimal edilən miqdarını, son hədd gəlirlərinin məbləğini (əlavə buraxılan axırıncı məhsulun satışından əldə edilən məbləği) və son hədd xərclərinin məbləğini (əlavə buraxılan axırıncı məhsula düşən məçmu, ümumi xərcləri) müəyyənləşdirir. Sonra isə hər bir qiymət variantı üzrə son hədd gəlirlərin məbləği son hədd xərclərinin məbləğilə müqayisə edilir. Son hədd gəlirləri ilə son hədd xərclərinin bərabərliyini təmin edən qiymət məhsulun qiyməti kimi qəbul edilir.
3.2.Zərərsiz çevik qiymətqoyma metodunda müəssisə, əvvəlki metodda olduğu kimi, məhsul üzrə müxtəlif qiymət variantları hazırlayır. Hər bir qiymət variantı üzrə məhsul satışının ehtimal edilən miqdarı, məhsul satışından əldə edilən ümumi gəlirin və ümumi xərclərin məbləği müəyyən edilir. Sonra ümumi gəlirlərin məbləğilə ümumi xərclərin məbləği arasındakı fərq tapılır, yəni əldə ediləcək mənfəətin məbləği hesablanılır. Bu fərqin, yəni mənfəətin məbləği hansı variantda daha böyükdürsə, çoxdursa o variantın qiyməti də məhsulun qiyməti kimi götürülür.
3.3.Tələbin həcmi əsasında qiymətqoyma metodunda qiymət xərclər əsasında deyil, xərclər qiymət əsasında müəyyənləşdirilir. Belə ki, müəssisə məhsulun qiymətini müəyyən etmək üçün, əvvəlcə, istehlakçının məhsula görə ödəməyə hazır olduğu vəsaitin və əldə etmək istədiyi mənfəətin məbləğini müəyyənləşdirir. Sonra isə məhsulun qiymətindən əldə etmək istədiyi mənfəətin məbləğini çıxmaqla məhsula çəkiləcək xərclərin maksimum həddini müəyyənləşdirir.
3.4.Məhsulun qiyməti satış yerinə görə qiymətqoyma metodu ilə müəyyən edildikdə onun qiyməti satış məntəqələrinin yerləşdiyi yerə görə dəyişdirilir: daha prestijli yerlərdə və yüksək imicə malik mağazalarda məhsula digər yerlər və mağazalarla müqayisədə daha yüksək qiymət qoyulur.
3.5.Mövsümiliyə görə qiymətqoyma metodu. Bu qiymətqoyma metodundan, əsasən, mövsümi məhsulların qiymətinin müəyyən edilməsində istifadə edilir və mövsümə uyğun olaraq məhsulun qiyməti dəyişdirilir. Məsələn, yay paltarlarına qış mövsümində aşağı, qış paltarlarına isə yay mövsümində aşağı qiymət müəyyən edilir.
Dostları ilə paylaş: |