Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə80/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   102
Marketinq

Franko-zavod (göstərilmiş yer) məhsulgöndərmə şərti (EXW - Ex Works).

Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul satıcı müəssisənin ərazi­sində və yaxud həmin ərazidə göstərilmiş başqa yerdə ixrac və gömrük rəsmiləşdiril­mə­si həyata keçirilmədən, həmçinin nəqliyyat vasitəsinə yüklənmədən alıcıya və ya onun təyin etdiyi şəxsə təhvil verildiyi andan göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymə­ti­nin tərkibinə məhsulun dəyərilə yanaşı onun göstərilmiş yerə çatdırılması ilə əla­qədar xərclər (həmin yerdə boşaltma xərcləri də daxil olmaqla), həmçinin məhsulun yoxlanması, adi qablaşdı­rılması və markalaşdırılması xərcləri daxildir.

Risklərin keçməsi anı. Məhsulun məhv olması və zədələnməsi riski və onunla əlaqədar olan xərclər razılaşdırılmış tarixdə və ya müddətdə göstə­rilmiş yerdə alıcı­nın və ya onun təyin etdiyi şəxsə verildiyi andan satıcıdan alıcıya keçir.

Franko-daşıyıcı (göstərilmiş yer) məhsul göndərmə şərti (FCA - Free Carrier .... named place).

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə alı­cının göstərdiyi limanının körpüsündə gəminin göyərtəsi boyunca düzüldüyü andan onun məhv olması və ya zədələnməsi riski satıcıdan alı­cıya keçir.

Franko-göyərtədə (göstərilmiş yüklənmə limanı) məhsulgöndərmə şərti (FOB - Free On Board ....named port of shipment).

Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul göstərilmiş yüklənmə limanın­da gəmiyə yükləndiyi andan göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinin tərkibinə aşağı­da­kılar aiddir:

  • məhsulun dəyəri;

  • məhsulun göndəriş limanına çatdırılması ilə əlaqədar olan nəq­liyyat xərcləri;

  • məhsulun gəminin göyərtəsinə yüklənməsi xərcləri;

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri.

Risklərin keçməsi. Məhsulun təsadüfi məhv olması və ya zədələnməsi riski razılaş­dırıl­mış tarixdə və ya müddətdə göstərilmiş yüklənmə lima­nında gəminin göyərtəsinə keçdiyi andan satıcıdan alıcıya keçir.

Dəyər və fraxt (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (CFR - Cost And Freigh ....named port of destination).

Məhsulun göndərilmiş hesab edilməsi. İxrac və gömrük rəsmiləşdiril­məsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsul göndərmə limanında gəmi­nin tutacağından göyər­tə­sinə keçdiyi andan göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymə­tinə aşağıdakı xərc elementləri daxildir:

  • məhsulun dəyəri;

  • məhsulun təyinat limanına çatdırılması ilə əlaqədar olan nəqliyyat xərcləri;

  • məhsulun təyinat limanında boşaldılması xərcləri (daşıma müqa­vilə­­sində təyi­nat limanında məhsulun boşaldılması nəzərdə tutul­madığı halda boşaltma xərcləri məhsulun qiymətinə daxil edilmir);

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə göndəriş limanında gəminin tutacağından göyərtəsinə keçdiyi andan satıcı­dan alıcıya keçir.

Dəyər, sığorta və fraxt (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (CIF - Cost, Insurance and Freight .... named port of destination).

Məhsulun göndərilmiş hesab edilməsi. İxrac və gömrük rəsmiləşdiril­məsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsulgöndərmə limanında gəminin göyərtəsində alıcıya və onun təyin etdiyi şəxsə təhvil verildikdə göndərilmiş hesab edilir.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin