Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə81/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   102
Marketinq

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiyməti­nin tərkibinə aşağıdakı elementlər daxil edilir:

  • məhsulun dəyəri;

  • məhsulun təyinat limanına çatdırılması ilə əlaqədar olan nəqiliyyat xərcləri;

  • məhsulun təyinat limanında boşaldılması xərcləri (daşıma müqa­vi­lə­­sində təyi­nat limanında məhsulun boşaldılması nəzərdə tutul­madığı halda boşaltma xərcləri məhsulun qiymətinə daxil edilmir);

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun sığorta etdirilməsinə görə ödənilən sığorta xərclərinin (mükafa­tı­nın) məbləği;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə yüklənmə li­manında gəminin tutacağından göyərtəsinə keçdiyi andan satı­cıdan alıcıya keçir.

Daşınma ...dək ödənilmişdir (göstərilmiş təyinat yeri) məhsulgöndərmə şərti (CPT - Carriage Paid To .... named plase of destination).

Məhsulun göndərilmiş hesab edilməsi. İxrac və gömrük rəsmiləşdiril­məsinin hə­ya­ta keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razılaşdırılmış tarixdə və ya müddətdə məhsul göstərilmiş yerdə alıcıya və ya onun təyin etdiyi şəxsə təhvil verildikdə göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymə­tinə aşağıdakı qiymət elementləri daxildir:

  • məhsulun dəyəri;

  • məhsulun satıcıdan göstərilmiş təyinat yerinə çatdırılması ilə əlaqə­dar olan bütün nəqliyyat xərcləri;

  • məhsulun göstərilmiş təyinat yerində boşaldılması xərcləri (daşıma müqavilə­sin­də göstərilmiş təyinat yerində məhsulun boşaldılması nəzərdə tutulma­dığı halda boşaldılma xərcləri məhsulun kontrakt qiymətinə daxil edilmir);

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə alıcı­nın təyin etdiyi daşıyıcıya verildiyi andan satıcıdan alıcıya keçir.

Daşınma və sığorta haqqı ...dək ödənilmişdir (göstərilmiş təyinat yeri) məhsulgöndərmə şərti (CIP - Carriage and Insurance Paid To .... named place of destination).

Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixrac və gömrük rəsmiləş­diril­məsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödə­nilməsi şərtilə razılaş­dırılmış tarixdə və ya müddətdə daşıyıcıya təhvil veril­dikdə göndərilmiş hesab edi­lir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiy­mə­tinin tərkibinə aşağıdakılar aid edilir:

  • məhsulun dəyəri;

  • məhsulun kontraktda göstərilmiş təyinat yerinə çatdırılması ilə əla­qədar olan nəqliyyat xərcləri, o cümlədən, satıcının bağladığı daşıma müqaviləsinin tərkibinə daxil olan boşaltma xərcləri;

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun sığorta etdirilməsinə görə ödənilən sığorta xərclərinin (müka­fatının) məbləği;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.

Risklərin keçməsi. Məhsul razılaşdırılmış tarixdə və ya müddətdə göstə­rilmiş təyinat yerində daşıyıcıya təhvil verildiyi andan onun məhv ol­ması və zədələnməsi riski satıcıdan alıcıya keçir.

Sərhədə çatdırılmışdır (göstərilmiş yerdə) məhsulgöndərmə şərti (DAF - Delivered At Frontier ....named place).

Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixrac və gömrük rəsmiləş­diril­mə­sinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödə­nilməsi şərtilə razı­laşdırılmış tarixdə və ya müddətdə satıcı ölkənin sərhə­dində müəyyən olunmuş yerdə nəqliyyat vasitəsindən boşaldılmadan alı­cıya təhvil verildiyi andan göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu halda məhsulun kontrakt qiymətinin tərkibinə aşağı­da­kı qiymət elementləri daxil edilir:

  • məhsulun dəyəri;

  • məhsulun sərhəddə göstərilmiş yerə qədər çatdırılması ilə əlaqədar olan nəq­liyyat xərcləri;

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.

Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski razı­laşdırılmış tarixdə və ya müddətdə satıcı ölkənin sərhədində göstərilmiş yerdə alıcının sə­rən­camına verildiyi andan satıcıdan alıcıya keçir.

Gəmidən satılmışdır (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (DES - Delivered Ex Ship ....named port of destination).

Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixrac və gömrük rəsmi­ləşdiril­məsinin həyata keçirilməsi, rüsumlarının və vergilərinin ödənilməsi şərtilə razı­laş­dırılmış tarixdə və ya müddətdə təyinat limanında gəmidən boşaldılmadan alıcıya təhvil verildikdə göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtinə görə məhsulun kontrakt qiy­mə­tinin tərkibinə aşağıdakılar aiddir:

  • məhsulun dəyəri;

  • məhsulun təyinat limanına çatdırılması ilə əlaqədar olan nəqliyyat xərcləri;

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.

Risklərin keçməsi. Məhsulun məhv olması və zədələnməsi riski onun ra­zılaş­dı­rıl­mış tarixdə və ya müddətdə müəyyənləşdirilmiş məntəqədə gə­minin göyərtəsin­də alıcının sərancamına verildiyi andan satıcıdan alıcıya keçir.

Körpüdən satılmışdır (göstərilmiş təyinat limanı) məhsulgöndərmə şərti (DEQ - Delivered Ex Quay (Duty Paid) .... named port of destination).

Məhsulun göndərilmiş hesab edilməsi. Məhsul ixrac və gömrük rəsmiləş­diril­məsi xərcləri, rüsumları və vergiləri ödənilmək şərtilə razılaşdı­rılmış tarixdə və ya müddətdə təyinat limanındakı körpüdə alıcıya təhvil verildikdə göndərilmiş hesab edilir.

Məhsulun kontrakt qiymətinin tərkibi. Bu məhsulgöndərmə şərtində məhsulun kontrakt qiymə­tinin tərkibinə aşağıdakılar aiddir:

  • məhsulun dəyəri;

  • məhsulun göstərilmiş təyinat limanına kimi çatdırılması ilə əlaqə­dar olan nəqliyyat xərcləri;

  • məhsulun göstərilmiş təyinat limanında körpüyə boşaldılması xərc­ləri;

  • ixrac və gömrük rəsmiləşdirilməsi xərcləri, rüsumları və vergiləri;

  • məhsulun yoxlanması, adi qablaşdırılması və markalaşdırılması xərcləri;

  • zəruri hallarda, məhsulun başqa ölkələrin ərazilərindən tranzitlə keçməsilə əlaqədar olan gömrük rəsmiləşdirilməsi xərcləri.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin