Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014



Yüklə 0,67 Mb.
səhifə91/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   87   88   89   90   91   92   93   94   ...   102
Marketinq

Müəssisənin tarixi.

  • Xarici (ətraf) mühit.

  • İşgüzarlıq vərdişləri, bacarığı və imkanları.

  • Resurslar.

  • Rəhbərliyin şəxsi keyfiyyəti və inamı.

    Strateji planlaşdırmanın növbəti mərhələsində müəssisənin missiyası­nın əsa­sında onun məqsədi müəyyənləşdirilir. Çünki, missiya ümumi, xarakter daşıdığından müəssisənin strategiyasının, ona nail olması üzrə tədbirlərin hazırlanmasını çətinləşdirir. Buna görə də missiya detallaş­dırılaraq konkret məqsədə (məqsədlərə) transformasiya edilir. Müəssisə­nin məqsədi əsas (qlobal) məqsədə və bu məqsədə çatmağı təmin edən və ya konkret zaman kəsiyində müəssisənin nail olmaq istədiyi lokal (xüsusi) məqsədlərə bölünür.

    Strateji planlaşdırmanın biznes portfelin təhlili mərhələsində hansı fəaliyyət sahəsinin inkişaf etdiriləcəyi və hansı sahəyə əlavə investisiya qoyulacağı, hansı fəaliyyət sahəsinin ləğv ediləcəyi və yaxud hansı fəaliyyət sahəsinin indiki səviyyədə saxlanılacağı müəyyənləşdirilir və əsaslandırılır.

    Biznes-portfelin təhlilinin məqsədi optimal fəaliyyət növləri komplek­sinin tərtib edilməsi olduğuna baxmayaraq bu müxtəlif təhlil metodları əsasında həyata keçirilir. İqtisadi ədəbiyyatda biznes-portfelin təhlilinin ən geniş yayılmış metodları aşağıdakılardan ibarətdir. 1) «Boston Consulting Group»-un işləyib hazırladığı « bazarın artım tempi və bazar payı» metodu , 2) «General Electric» firması ilə «Mckinsey & Co» konsaltinq firmasının birlikdə hazırladığı «bazarın cəlbediciliyi və firmanın vəziyyəti» metodu.

    BCG müəssisənin hər bir fəaliyyət növünü qiymətləndirmək məqsə­dilə iki göstəricidən: həmin fəaliyyət növü üzrə bazarın artım tempi və həmin fəaliyyət növünün bazar payı göstəricisindən istifadə edirlər. Baza­rın artım tempi fəa­liy­yət növü üzrə müəssisənin marketinq imkanla­rı­nın ümumiləşdirilmiş göstəricisi kimi, bazar payı isə onun rəqabət mövqeyini, yəni zəif və güclü tərəflərini xarakterizə edən göstərici kimi istifadə edilir. Hər bir göstərici iki qiymətlə: yüksək və aşağı qiymətlə qiymətləndirilir. Bu göstəricilərdən və onun qiymətlərindən asılı olaraq müəssisənin biznes-portfelinin 4 kvadratdan ibarət matrisa formasında göstərilir . Bunu aşağıdakı şəkildə göstərmək olar.

    Yeni biznesə başlayan müəssisələr adətən yüksək inkişaf tempinə, la­kin bazar payı aşağı olan fəaliyyət sahələrilə məşğul olmağa çalışırlar. Başqa sözlə desək, onlar «dəcəl uşaqlar» kvadratında fəaliyyət gö­s­tərməyə üstünlük verirlər. Müəssisələr bu fəaliyyət növünə daha çox inve­stisiya ayırır və onu sürətlə inkişaf etdirməyə səy edirlər ki, öz rəqiblərini qabaqlasınlar və bunun sayəsində bazar paylarını artır­sın­lar. Bu fəaliyyət növü riskli biznes növü­nə aiddir, yəni bu­rada təhlükələr və inkişaf imkanları eyni dərəcədə yüksəkdir. Buna görə də bu fəaliyyət növü «ulduzlara» da çevrilə bilər, «qapan itlərə» də və müəs­sisə bu sahəyə investisiya yönəldərkən bütün amilləri nəzərə almalıdır. «Problemli uşaqlar» kvadratında yerləşən fəaliyyət növləri müvəffəqiyyətlə inkişaf etdikdə «ulduzlara» çevrilir.

    Həm satışının həcminin artım tempi, həm də bazar payı yüksək olan fəaliyyət növləri «Ulduzlara» aid edilir. Adətən bu fəaliyyət növləri üzrə müəssisə bazarda lider olur. Bu kvadrata daxil olan məhsulların satışı müəssisəyə böyük həcmdə mənfəət əldə etməyə imkan verir. Bu məhsullar yüksək məbləğdə mənfəət əldə etməyə imkan verdiyindən rəqiblər üçün də cəlbedici olur və firma daima rəqiblərin hücumuna məruz qalır.

    «Sağmal inəklərə» aid olan fəaliyyət növlərində müəssisənin məhsul­larının satışının artım tempi aşağı, bazar payı yüksək olur. Müəssisə ba­zarda öz liderliyini saxlayır. Bu fəaliyyət növləri yetkin biznesə aid edilir, yəni burada həm müəssisənin imkanları, həm də onun fəaliyyəti üçün təh­lükələr eyni dərəcədə aşağıdır. Bunun nəticəsində isə bu fəaliyyət növlərinə yönəldilən xərclərin səviyyəsi aşağı düşür və yüksək gəlir əldə edilir. Müəs­sisə bu fəaliyyət növlərindən əldə edilən gəlirləri ya bu sahədə liderliyini saxlamağa, ya da inkişaf etdirilməsi zəruri olan fəaliyyət növlərinə yönəl­dir. Əldə edilən gəlirləri digər fəaliyyət növlərinin inkişafına yönəldildikdə «sağmal inəklər» «qapan itlərə» çevrilə bilər.

    «Qapan itlərə» aid edilən fəaliyyət növləri problemli biznesə aid edi­lir. Çünki bu fəaliyyət növlərində həm bazarın artım tempi, həm də müəssi­sənin bazar payı aşağı olur. Bu fəaliyyət növləri, bir qayda olaraq, müəssi­səyə mənfəət gətirmir, bəzi hallarda isə ziyanla başa gəlir.



    «General Electric» kompaniyası «Mcrincey & Company» konsaltinq firması ilə birlikdə biznes-portfelinin təhlilinin fərqli metodunu hazırlamışlar. Bu metodda həm bazarın cəlbediciliyi, həm də müəssisənin bazar mövqeyi çoxsaylı meyarlarla, amillərlə qiymətləndirilir. Bu amillərin mümkün variantları aşağıdakı cədvəldə verilmişdir (Cədvəl 15.1).

    Bu amillərin hər biri müəssisənin menecerləri tərəfindən 5 ballıq sis­temlə qiymətləndirilir (bazarın cəlbediciliyi və mövqeyi çox aşağı olan amillər 1 bal və bazarın cəlbediciliyi və müəssisənin mövqeyi baxımından səviyyəsi çox yüksək olan amillər - 5 bal) və hər bir amilin çəkisi (müəssisə üçün əhəmiyyətliliyi baxımından) müəyyən edilir. Hər bir amilə verilən bal onun çəkisinə vurulur və bunun əsasında onların qiyməti müəyyən edilir. Alınmış bu qiymətləri bazarın cəlbediciliyi və müəssisənin mövqeyi göstəri­ciləri üzrə ayrılıqda toplayaraq onların hər birinin ümumi qiymətini müəy-




    Yüklə 0,67 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   87   88   89   90   91   92   93   94   ...   102




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin