Mühazirələri tərtib edən: dosent Əliyev Mahir Əlişah baki-2014


Xərclərə əsaslanan qiymətqoyma metodu



Yüklə 0,67 Mb.
səhifə75/102
tarix10.05.2022
ölçüsü0,67 Mb.
#57227
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   102
Marketinq

12.1.Xərclərə əsaslanan qiymətqoyma metodu.

Bu metod ondan ibarətdir ki, məhsula çəkilən xərclərin üzərinə mənfəət norması və yaxud əldə edilməsi nəzərdə tutulan mənfəəti təmin etməli olan qiymət artımı əlavə edilir və o, məhsulun qiyməti kimi götürülür.

Bu qiymətqoyma metodunun müxtəlif formaları: tam xərclərə (maya dəyərə) görə qiymət­qoy­ma metodu; birbaşa xərclərə görə qiymətqoyma metodu; investisiyanın rentabelliyi normasına görə qiymətqoyma metodu və xərclərin rentabelliyi normasına görə qiymətqoyma metodu mövcuddur.

Tam xərclərə əsaslanan qiymətqoyma metodunda qiymətqoymanın iki üsuldan: 1) məhsulun tam xərclərin (maya dəyərin) məbləğinin üzərinə mən­fəət nor­ma­sının (qiymət əlavəsi və ya ticarət əlavəsi də adlandırılır) əlavə edilməsi və 2) məhsulun maya dəyərinin (satınalma qiymətinin) üzə­rinə satış qiy­mə­tinə görə müəyyən edilmiş mənfəət normasının (bəzi ədə­biyyatda ti­carət güzəşti, məhsulun satış qiymətinə əlavə adlandırlır) əlavə edilməsi üsulundan istifadə edilir.

Qiymətqoymanın məhsulun maya dəyərinin üzərinə mənfəət norması­nın əlavə edilməsi üsulunda məhsulun qiyməti onun maya dəyərinin, yəni ona çəkilmiş birbaşa və qaimə xərclərinin cəmi­nin üzərinə fiksə edilmiş mənfəət norması gəlməklə hesablanılır, yəni



burada: - i məhsul vahidinin qiyməti, manatla;



- i məhsul vahidinin maya dəyəri, manatla;

- i məhsulunun maya dəyərinə nisbətən müəyyən edilən standart (fiksə edilmiş) mənfəət normasıdır (qiymət əlavəsi və ya ticarət əlavəsidir).

Fərz edək ki, istehsalçı müəssisənin məhsulunun maya dəyəri 100 manat təşkil edir. İstehsalçı müəssisə məhsulun maya dəyərinə nisbətən 20%, vasitəçi isə satın­alma qiy­mə­tinə nisbətən 40% mənfəət əldə etməyi nə­zərdə tutur. Onda istehsalçı müəssi­sə­nin satış qiyməti 120 manat (100+1000,2), vasitəçinin satış qiyməti isə 168 manat (120+120 x 0,4) təş­kil edəcəkdir.

Məhsulun qiymətinin müəyyən edilməsinin maya dəyərinin və ya satı­nalma qiy­mə­tinin üzərinə satış qiymətinə görə müəyyən edilən mənfəət nor­masının (güzəştin) əlavə edilməsi üsulunda isə məhsulun ma­ya dəyərinin üzə­rinə elə bir mənfəət norması əlavə edilir ki, məhsulun satış qiy­mətindən həmin mənfəət normasının məb­ləğini çıxdıqdan sonra qalan hissə məh­su­lun maya dəyərinə bərabər olur. Bu halda məhsu­lun qiyməti aşağıdakı düsturla müəy­yən edilir:



- i məhsul vahidinin qiyməti, manatla;

- i məhsulunun maya dəyəri və satınalma qiyməti manatla;

- i məhsulunun satış qiymətinə görə müəyyən edilən sabit güzəşt əmsa­lıdır.

Xərclərin rentabelliyi normasına görə qiymətqoyma metodu qiymətin elə bir səviyyəsinin müəyyən edilməsini nəzərdə tutur ki, o, məhsul satışının verilmiş miqdarında məhsulun maya dəyərini ödəməklə yanaşı xərclərin rentabelliyinə görə müəyyən edilmiş məqsəd mənfəətinin, yəni planda nə­zərdə tutulan mənfəətin əldə edilməsini də təmin edir. Bu metoda görə qiymət belə hesablanır.

burada: - məhsul vahidinin qiyməti, manatla;



- məhsulunun satışından əldə edilməsi nəzərdə tutu­lan məqsəd mənfəətin məbləği, manatla;

- məhsul vahidinə çəkilmiş birbaşa və qaimə xərcləri­nin ümumi məb­ləği, manatla;

- məhsulunun istehsalının və ya satışının natural ifa­dədə miqda­rı­dır.

Xərclərin rentabelliyi normasına görə qiymətin hesablanması metodu ilə xərclərə əsaslanan qiymətqoyma metodlarının müqayi­səsi göstərir ki, tam və birbaşa xərclərə əsaslanan qiymətqoyma metodla­rından fərqli olaraq xərclərin rentabelli­yinə görə qiymətqoyma metodunda məhsulun qiyməti müəyyən edilərkən xərclərlə yanaşı sa­tı­şın həcmi də nə­zərə alınır. Qeyd etmək lazımdır ki, qiymətqoymanın bu metodunda məh­sul istehsalı və ya satışının həcminin artması qiymətin səviyyəsinin aşağı düşməsinə və əksinə, onun həcminin azalması qiymətin səviyyəsinin yük­səl­məsinə səbəb olur.

Məhsulun qiyməti investisiyanın rentabelliyi normasına görə qiymət­qoyma metodu ilə müəyyən edildikdə əvvəlcə məhsulun istehsalına sərf edilmiş investisiyanın həcmi, bu investisiyaya görə əldə edilməsi nəzərdə tutulan renta­bel­lik səviyyəsi (adətən, investisiyanın rentabellik səviyyəsini onun özünü ödəmə müddətinə uyğun olaraq hesablanılır) müəy­yənləşdirilir və bunların əsasında əldə ediləcək məqsəd mənfəətinin məbləği (investi­si­ya­nın məbləğini rentabellik səviy­yəsinə vurmaqla) hesablanılır. Sonra isə mənfə­ə­tin məbləğini məhsul istehsalının və ya satışının ehtimal edilən məbləğinə bölürlər. Hər bir məhsula düşən mənfəətin məbləğinin üzərinə məhsulun maya dəyərini gəlməklə onun qiymətini müəyyən edirlər. Bunu düstur formasında aşağıdakı kimi ifadə etmək olar:

burada: - i məhsul vahidinin qiyməti, manatla;



- i məhsul vahidinin maya dəyəri, manatla;

- i məhsulun hazırlanmasına qoyulmuş investisiyanın renta­bellik nor­ması və ya rentabellik əmsalı;

- i məhsulunun hazırlanmasına qoyulmuş investisiyanın məbləği, manatla

- i məhsulun natural ifadədə miqdarıdır.


Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin